Daimi oxucularımız yaxşı bilir ki, portalımız şou xəbərləri yayımlamır, ciddiliyini qorumağa çalışır. Bunları xatırlatmağımıza səbəb aşağıda sizlərə təqdim edəcəyimiz foto-sərginin doğru anlaşılması üçündür.
Sərgi “Son 12 ilin bikini dəbi” adlanır. Bu şəkilləri izləyicilərlə paylaşmaq qərarına gəldik. Çünki bu şəkillər bir neçə məqama görə maraqlıdır. Birincisi, yaydır, bizim portalda da bir dəniz havasının duyulmasını istədik. İkincisi, yaşadığımız son on iki ilin modasının necə sürətlə dəyişdiyini müşahidə edərkən, zamanın da necə hiss olunmadan yanımızdan ötdüyünü hiss edirsən. Bir var bunu qocalıqdan, Əzrayıldan və ya hansısa qəfil xəstəlikdən anlayasan, bir də var ki, estetik bir çevrilmədən. Məncə, ikincisi, daha məqbuldur.
O da doğrudur ki, nəinki zaman, hətta dünyada, çevrədə baş verən üslub, estetik dəyişmələr də bizdən yan keçib. Zövqlər, estetikalar dəyişir, təfəkkür və yanaşma tərzləri dəyişir, biz isə, yüz illərdir haman-hamanıq.
Nə isə, sizi “fəlsəfi kaçatdamalarımla” yormaq istəmirəm.
Buyurun, şəkilləri izləyin və şərh edin. Qeyd edim ki, şəkilləri orijinal ölçüsündə izləmək üçün üstünə tıklamaq, həmin şəıklin kimə və necənci ilə mənsub olduğunu öyrənmək üçün “siçanı” şəklin üstünə gətirmək kifayətdir.
« Prezident kino xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb | Əsas səhifə | “Ələkbər əmi” vəfat etdi »




Bölmə: 









Novarg adlı istifadəçi, Avqust 2, 2007 tarixində, saat 15:55 yazıb:
Anna Kurnikova xeyli deyishib…
e110365 adlı istifadəçi, Avqust 3, 2007 tarixində, saat 10:52 yazıb:
Hörmətli admin, səhviniz var. İndi “topless” günəşlənmək dəbdədir və bu dəb bizdən yan keçməyib. Heyf ki, bura ciddi portaldır. Yoxsa…:)