Aqil dayı: “Mənim sahəm bu gün başqadır. Zəng vururlar ki, bu gün filan yerdə ol, manqalımı hazırlayıb gedirəm”
Adətən hər hansı bir aktyoru təqdim edərkən onun yaratdığı böyük obrazlar yada düşür. Ancaq müsahibimizi təqdim edərkən yaratdığı bir obraz yetərlidir ki, onun kimliyi barədə məlumat verilsin. Yəqin ki, “Bizim Cəbiş müəllim” filmini hər bir azərbaycanlı seyr edib. Bu filmdə ən yaddaqalan, orijinal və o cümlədən, xarakterik bir obraz da var - Makedon. Biz də məhz bu obrazın yaradıcısı Aqil dayının axtarışına çıxdıq. Öyrəndik ki, Aqil dayı Pirşağı qəsəbəsində yaşayır. Ancaq bildirdilər ki, o, heç kimə müsahibə vermir. Uzun sözün qısası, bu işdə bizə kənd sakini Bəhmən qardaş kömək etdi. Bildirdi ki, vaxtilə Aqillə atası dost olublar. Sözündən çıxmaz. Beləcə, bizə yardım göstərdilər, əlaqələndirici oldular. Məhz Bəhmən qardaşın köməkliyi ilə Pirşağı qəsəbəsinin girəcəyindəki Nəsib dayının xudmani kafesində görüşümüz baş tutdu. Davamı…



Bölmə: 





