Qaynar xəbər portalı

tQan Turalı

qan_tural@yahoo.com

Hekayə haqda, hekayə boyda yazı

Həmişə hekayənin ən çətin ədəbiyyat janrı olduğunu düşünmüşəm. Biz beş-altı, hətta on yaxşı romançının adını çəkə bilərik. Bəs, kim on yaxşı hekayəçi adı çəkə bilər? Mənim Çexovla, Oskar Uaylddan başqa heç kim ağlıma gəlmir. Yalnız indi deyil, həmişə. Azərbaycan ədəbiyyatında isə qəribə mənzərə yaranıb. Mirzə Cəlü 47 gözəl hekayənin müəllifidir, Haqverdiyevin də çox güclü hekayələri var. Rafıq Tağı da güclü hekayəçi kimi istisnadır. Amma bir şey də var ki, Azərbaycan ədəbiyyatında hekayə roman üçün bir pillə idi və indi də elədir. Davamı…


Seymur BaycanSeymur Baycan

Seymurbaycan@gmaii.com

Həzrəti Əlinin (ə) mübarək mövludu münasibəti ilə İçərişəhər “Cümə” məscidi dini icmasının nəzdində “İmam Əli” (ə) idman klubunun təşkilatçılığı və “Dəyərlər” qəzetinin informasiya dəstəyilə futbol yarışı keçirilmişdi. Yarışlarda iki qrup altında “Əhli-beyt”, “Vi-layət”, “Malik Əştər”, “Üveys Qərəni”, “Əmmar Yasir”, “Kümeyl ibn Ziyad”, “Qədir-Xum”, “Rəcəb”, “Zülfüqar”, “Əmirəlmöminin”, komandaları iştirak et-mişdi. 1/4 fınala “Qədir-Xum”, “Vilayət”, “Rəcəb” və “Əhli-Beyt” komandaları çıxmışdı. Gərgin mübarizə nəticəsində 2 komanda - “Rəcəb” və “Əhli-Beyt” komandaları finala çıxıblar. Əsas vaxt ərzində hesab heç-heçə (1:1) qurtardığı üçün hakim əlavə penalti zərbələri təyin etdi. Bu mərhələdə “Rəcəb” daha uğurlu çıxış edərək, yarışın qalibi oldu.
“Dəyərlər” qəzeti, O3-09 avqust 2007-ci il

Cümə günü bu xəbəri yuxarı-da adını yazdığım qəzetdə oxuyanda bir anlıq özümü İranda hiss etdim. İran demişkən, İraqda küçələrə çıxıb qələbə sevinci yaşayan adamlar göyə atəş açdılar. Davamı…


Bakı Kamera Teatrı Ukraynada keçirilən beynəlxalq teatr festivalında ölkəmizi təmsil edib. Teatrdan APA-ya daxil olan məlumata görə, festivalda I yeri Belarus teatrı tutub. Davamı…


İsveçrənin Montro şəhərində keçirilən 41-ci musiqi festivalında ölkəmizi təmsil edən və festivalda II yerə layiq görülən cazmen Şahin Növrəsli avqustun 2-də mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Ş.Növrəsli festivalda 40-dan çox ölkənin təmsilçilərinin iştirak etdiyini deyib. Davamı…


“Fatehlərin divanı” çoxseriyalı film-tamaşasının davamı çəkiləcək. Bu barədə APA-ya filmin ssenari müəllifi, xalq yazıçısı Mövlud Süleymanlı məlumat verib. Davamı…


KitabAzərbaycan dilində yeni elektron kitabxana saytı yaradılıb. Saytın ünvanı belədir: www.kitabxana-az.tk
Saytda yalnız Azərbaycan dilində müxtəlif mövzularda elektron kitablar və mətnlər yerləşdirilir. Davamı…