Bakı Kamera Teatrı Ukraynada keçirilən beynəlxalq teatr festivalında ölkəmizi təmsil edib. Teatrdan APA-ya daxil olan məlumata görə, festivalda I yeri Belarus teatrı tutub. Final gecəsi Yaltada keçirilən festivalda “Ən yaxşı kişi rolu” nominasiyasında Bakı Kamera Teatrının aktyoru, əməkdar artist İlqar Cahangiroğlu qalib gəlib. Türkiyə və İranda keçiriləcək festivallara da dəvət alan teatr kollektivi hazırda yeni mövsümə hazırlaşır. Yeni mövsümü sentyabrın 29-da açmağı planlaşdıran kollektiv həmin gün “Şah Edip” tamaşasını nümayiş etdirəcək.
« Fərhad Bədəlbəyli: “Şahin Növrəsli Montro festivalında I yerə layiq görülməməsinin səbəbi həmin festivalın münsiflər heyətinin sədrinin türk olmasıdı” | Əsas səhifə | İslam hardadır? »




Bölmə: 








