Qaynar xəbər portalı

Kitab dünyası


İslam hardadır?


Bölmə Bölmə: Köşələr | Göndər Göndər | Çap et Çap et | 1,424 oxuma

Seymur BaycanSeymur Baycan

Seymurbaycan@gmaii.com

Həzrəti Əlinin (ə) mübarək mövludu münasibəti ilə İçərişəhər “Cümə” məscidi dini icmasının nəzdində “İmam Əli” (ə) idman klubunun təşkilatçılığı və “Dəyərlər” qəzetinin informasiya dəstəyilə futbol yarışı keçirilmişdi. Yarışlarda iki qrup altında “Əhli-beyt”, “Vi-layət”, “Malik Əştər”, “Üveys Qərəni”, “Əmmar Yasir”, “Kümeyl ibn Ziyad”, “Qədir-Xum”, “Rəcəb”, “Zülfüqar”, “Əmirəlmöminin”, komandaları iştirak et-mişdi. 1/4 fınala “Qədir-Xum”, “Vilayət”, “Rəcəb” və “Əhli-Beyt” komandaları çıxmışdı. Gərgin mübarizə nəticəsində 2 komanda - “Rəcəb” və “Əhli-Beyt” komandaları finala çıxıblar. Əsas vaxt ərzində hesab heç-heçə (1:1) qurtardığı üçün hakim əlavə penalti zərbələri təyin etdi. Bu mərhələdə “Rəcəb” daha uğurlu çıxış edərək, yarışın qalibi oldu.
“Dəyərlər” qəzeti, O3-09 avqust 2007-ci il

Cümə günü bu xəbəri yuxarı-da adını yazdığım qəzetdə oxuyanda bir anlıq özümü İranda hiss etdim. İran demişkən, İraqda küçələrə çıxıb qələbə sevinci yaşayan adamlar göyə atəş açdılar. Asiya kubokunu qazanmaq həqiqətən böyük qələbədir. Dağılmış bir ölkənin vətəndaşlarının sevinməyə daha çox ehtiyacı var. Məhz buna görə İraq əhli o qədər sevindi ki, goyə odlu silahlardan atəş açdılar. Nəticadə 4 nəfər öldü, 12 nəfər yaralandı.
Müxtəlif qəzetlərdə müşahidə aparmışam. Çox vaxt din mövzusunda yazılmış yazılar redak-torların iti, odda yanmaz, suda batmaz “qayçısına” tuş gəlir. Yazılar doğranır, zəlil günə qoyulur, ya da elə formada yumşaldılır ki, nə ət, nə də balıq janrına salınır. Əlbəttə, cəhalətin və qaramatın tam sürətlə çiçəkləndiyi Azərbaycanda redaktorların müstəqillik dövründə yaranmış kütlədən qorxması təbiidir. Anlaşılandır. Redaktorların cəhalətdən doğulmuşlardan qorxmasını anlamaq asandır. Ümumiyyətlə, din mövzusunda mübahisə etmək çox səmərəsiz bir məşğuliyyətdir. Münasibətlər pozulur. Adamın enerjisi sovrulur. Əsəblər korlanır. Və hərə öz mövqeyinə daha bərk söykənir. Din mövzu-sunda mübahisələr çox vaxt tərəflərin düşmən olması ilə bitir. Dindarları dinləmək, normal söhbət zamanı bir az zəif olmalarını da nəzərə almaq lazımdır.

Rauf Arifoğlu və demokratiya

Ötən ay çox qəribə hadisə baş verdi. Bu ha-disə məni çox kədərləndirdi. Bir daha əmin ol-dum ki, yaxın əlli ildə Azərbaycanda demokra-tiya deyilən nəsnə olmayacaq. Demokratiya termin deyil. Demokratiya həyat tərzidir. Amerikada səfərdə olan “Yeni Müsavat” qə-zetinin baş redaktoru Amerikanın demokratik mühiti haqqında çox bəlağətli, heyranlıqla dolu yazılar yazdı. Bu, məsələnin adi oxuculara görünən tərəfidir. Məsələnin görünməyən tərəfi də var. Bu da ondan ibarətdir ki, Rauf müəllim Amerikada ola-ola baş redaktor olduğu qəzetin internet saytından Şahvələd Çobanoğlunun Türkiyədə keçirilən seçki haqqında yazısını oxumuş, xeyli qəzəblənmiş və Bakıya zəng vuraraq yazının saytdan çıxarılmasını əmr etmişdir. Təsəvvür edirsiniz? Adamı xərc çəkib Amerikaya aparır, demokratiya dərsi keçirlər, amma o yenə Amerikadan zəng vurub qəzetin saytından yazı çıxartdırır. Guya bütün Türkiyə əhli Şahvələd Çobanoğlunun yazısını oxuyacaqdı. Əgər bu despotik münasibəti Rauf müəllim Bakıda göstərsəydi, onu hardasa başa düşmək olardı. Amerikada demokratiyadan İlham alıb, okeanın o tayından yazı çıxartdırmaq… Bunun adı dik-taturadır. Bəli, iqtidar pisdir, amma müxalifət iqtidardan on qat pisdir. Biz uşaqlarla ötən həftə bu barədə söhbət edirdik. Müxalifət düşərgəsindən həqiqətən demokraıik düşüncəli 10 adamın adını sadalaya bilmədik. Yoxdur. Demokratiya müxalifətçilərin beynində “siz gedin, bir az da ölkəni biz idarə edək”,- kimi assosiasiya olunur.
Otuz dəfə yazmışam. Yüz də-fə də təkrarlamağa hazıram. “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Həsənoğlu
“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğludan daha demokratik insandır. Hər halda siz “Yeni Azərbaycan” qəzetinin şənbə buraxılışında aparılan müzakirələrdə iqtidar düşərgəsinə mənsub ziyalıların tənqidinə rast gələrsiniz. Amma “Yeni Müsavaf’da müxalifətin “dejurnu” ziyalıları haqqında bir kəlmə də yazmaq olmaz. Sadəcə qadağandır. Amerikada oturub qəzetindən yazı çıxardan Rauf müəllimə öz dərin təşəkkürümüzü bil-dirək. O, bir daha iç üzünü aydın göstərdi. Və bu debil janrında hadisəni tirajlamaq sevincini bizə bəxş etdi. Təşəkkürlər!

Sivilizasiyadan uzaq xəbərlər

Təxminən 1998-ci il olardı. Millətçİliyin qıcqıran vaxtı gizli aparılan Qarabağ danışıqlarına etiraz olaraq aclıq aksiyası keçirirdik. Aramızda bir təbrizli də var idi. Boşluqdan söhbət edirdik. Müxtəlif mövzularda. Bir dəfə söhbət dindən düşdü. Adam din haqqında tənqidi fikirlər söylədi. Söhbət qızışdı. İrandan danışmağa başladı. Dedim İranda İslam dini yoxdur. Yazıq dəli oldu. Necə əsəbləşdisə ağzı köpükləndi. İndi onun o vaxtlar nələr çəkdiyini, özümün də necə böyük qələt elədiyimi anlayıram. Üstündən illər keçəndən sonra səhvimi başa düşüb, təbrizli qardaşlarımızdan min dəfə, milyon dəfə üzr istəyirəm.

Coğrafiya dərsi

Açırsan televizoru, baxırsan xəbərlər proqramma. İraqda adamları qarışqa kimi qırırlar.
Hər gün terror, hər yer terrordur. Artıq İraqda terror nəticəsində 50-60 adamın ölməsi adi hal alıb. İraq camaatı özünə təzə Səddam Hüseyn axtarır ki, oğlu Uday gozünə xoş görünəni tutub zorlasın, xoş görünməyəni şirlərinə yedirtsin. Təzə Səddam 30 min adamı diri-diri əritsin. Bir sözlə, keçi məsəli. Keçini üç gün
eyni vaxtda, eyni yerdə “sığallayanda” dördüncü gün özü gəlib həmin yerdə dayanıb sahibini gözləyir.
Xəbərlər proqramı davam edir. Göstərirlər: Pakistanda ac-yalavac xalq humanitar yardım gətirən vertolyota hücum etdi. Vertolyotun pərini qoparırdılar. Ərzaq üstündə amansız didişmə gedirdi. Axırda əsgərlər- məcbur olub göyə atəş açdılar. Fələstindən yazmağa isə dəyməz. 40 ildən çoxdur fələstinlilər tanka daş atırlar. Müsəlman ölkələrinə baxırsan, əksərində səfalət, cəhalət, antisanitariya, terror, qan, diktatura hökm sürür. Guya bir az normalı Türkiyədir. Amma orada da 9 milyon adam adını yaza bilmir. Anadolu it günündə-dir. İstanbulda da türklər hazır sivilizasiyaya sahib çıxıblar. Deyİrsən Sudan. Deyirlər, orda İslam yoxdur. Deyirsən İran. Deyirlər orda İslam yoxdur. Deyirsən Suriya. Deyirlər, orda İslam yoxdur. Deyirsən Banqladeş. Deyirlər, orda İslam yoxdur. Deyirsən Liviya. Deyirlər, orda İslam yoxdur. Deyirsən Somali. Deyirlər, orda İslam yoxdur. Deyirsən Əfqanıstan. Deyirlər, orda İslam yoxdur. Deyirsən Yəmən. Deyirlər, orda da İslam yoxdur. Sual doğur: bəs, İslam hardadır?






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (14 səs, təxmini: 3.43 ilə 5)
    Loading ... Loading ...
Şərhlər

Bu yazı Bazar, Avqust 5th, 2007 tarixində 14:51 radələrində Köşələr bölməsində yazılıb. Yazını istədiyiniz saytda RSS 2.0 feed xidməti ilə paylaşa bilərisniz. Həmçinin aşağıdan yazıya şərh yaza bilərsiniz.

48 şərh var


  1. qashqay adlı istifadəçi, Avqust 6, 2007 tarixində, saat 15:46 yazıb:

    islam hech yerde yoxdur, olada bilmez eger heqiqi islam movcud olsa bele insan cemiyyetleri onu oz maraqlarina uyqunlashdirmayana qeder qebul etmeyecekler. butun dinler bu cur olub xristianlarin isa peyqemberi oldurmesi, muselmanlarin imamlari oldurmesi buna misaldir. xristianlarin heqiqetini isa peyqember bilirdi, islamin heqiqetlerini ise imamlar. hamsi oldurulubler.


  2. Novarg adlı istifadəçi, Avqust 7, 2007 tarixində, saat 12:33 yazıb:

    Yadima Fexreddin Hacibeyli`nin “Islam ve Demokratiya”, Agalar Memmedov`un “Xurafat, Batil Etiqad ve Din”, adini unutdugum bir studentin bashligi texminen “Chin Seddi`nden baxanda Dinler” olan meqaleleri, yooox, elmi-felsefi arashdirmalari dushdu…

    Men de bashlamisham arashdirmaya, bu yaxinlarda “Dinlerarasi Dialoq” adli, 1 sehifeden biraz chox olan arashdirmami chap etdirecem… men bu sehife yarimliq arashdirmamda Dinlerin nece yarandigini, nece inkisahf etdiyini, nece dialoq lazimdir dinlerarasi, milletler nece xoshbext olar sherietle yashasalar ve s. bu kimi derin metleblere bash vuracam… umid edirem, oxucularim oxuyub meni anlayacaqlar… he, bir de sonra Nitshe`nin, Kafka`nin ve diger adini ezberlediyimiz filosoflarin heyat ve yaradiciligindan da sitatlar yazacam ki, yazdiqlarim savadli gorunsun…

    S.B., sene qalib, Islam`i axtarmaq…? Niye hesherat heyatina davam elemirsen tinde-bucaqda…???


  3. melany adlı istifadəçi, Avqust 8, 2007 tarixində, saat 16:48 yazıb:

    ele adam bu yazini yazsin ki hec olmasa ozu bu ideyalarin dasiyicisi olmasin!Seymur senin ozun Raufda ne ile ferqlenirsen? menim icin sizin ferqiniz yoxdu


  4. Adsiz deyirmanda..... adlı istifadəçi, Avqust 8, 2007 tarixində, saat 17:45 yazıb:

    Seymur bu defeki meqalen senin ozunden de real ve realistdir. Sadaladigin olkelerdeki sefaletin sebebine gelince ise: O insanlar ne qederki, olkelerinin vetendashlari olmazdan evvel muselmandirlar bele de olacaq. Tessuf ki Azerbaycanda da azeri olmamishdan ozunu muselman goturen insanlar çoxdur!!!


  5. eli adlı istifadəçi, Avqust 12, 2007 tarixində, saat 02:26 yazıb:

    seymur size çok teşekkür ederim.azerbaycanın mirze elekber sabirisiniz.islam dini qeder bize felaket getiren ikinci bir şey byoxdur.


  6. elmin həsənli adlı istifadəçi, Avqust 14, 2007 tarixində, saat 13:38 yazıb:

    seymur ellerine saglik


  7. Seyid Ramin adlı istifadəçi, Avqust 14, 2007 tarixində, saat 23:00 yazıb:

    Hörmətli eli. Mirzə Ələkbər Sabir dindar və müsəlman olub. İstəsəniz onun dini bəhri təbillərinə baxa bilərsiniz. O ki, qaldı Sabiri Seymur kimi bir Allahsız, alkaş və küçə adamı kimi biri ilə tay etməniz Vallah biyabırçılığdır. Təəssüflər olsun


  8. Seyid Ramin adlı istifadəçi, Avqust 14, 2007 tarixində, saat 23:02 yazıb:

    İslam bu dünyaya sığmaz…


  9. Seyid Ramin adlı istifadəçi, Avqust 14, 2007 tarixində, saat 23:07 yazıb:

    İmamları müsəlmanlar yox, namüsəlmanlar öldürüb.


  10. qashqay adlı istifadəçi, Avqust 17, 2007 tarixində, saat 20:13 yazıb:

    seyd ramin bey evvela sizin qeyri semimi muselman olduqunuz ordan bilinir ki seyid sozunu adinizin evveline artirmaqla bizlerden bir pille yuxarida dayanmaq iddianiz aydin olur. yeni sizin hechde insanlari beraber tutmadiqiniz hiss olunur. cemiyyetimizde seyid titulundan ele istifade olunur ki hech imamlar o iddiada olmayiblar. ikincisi de sen calish islami boqazdan yuxari sozlerle bizlere telqin etmekdense oz numunevi hereketlerinle, xeyirxah emellerinle bizlere numune ol bizleri haqq yoluna getir. nece ki xiristian cemiyyetlerinde bele numuneler muselmanlardan defelerle choxdur. oruic tutmaq, namaz qilmaq muselmana hech bir maddi ziyan vurmur ona gore o ayinler butun muselmanlar terefinden noqsansiz icra edilir. amma diger yaxshi ve xeyirxah emellerin hech birine emel edilmir.


  11. Nizədar adlı istifadəçi, Avqust 18, 2007 tarixində, saat 15:09 yazıb:

    Bu sayt guya ki, mədəniyyət saytıdır. Amma burda həmişə “kultura”ya dəxli olmayan söhbətlər gedir.


  12. AzeBaku adlı istifadəçi, Avqust 18, 2007 tarixində, saat 15:14 yazıb:

    Ne gormusuz bu zibil qerbde? Men Seyid Raminin yazilari ile raziyam. O birisilerin sohbeti ise et tokendir…


  13. sentimental adlı istifadəçi, Avqust 18, 2007 tarixində, saat 22:01 yazıb:

    melany:

    “men azerbaycanda bir dene de olsun dindar gormemisem.”

    Sizin gormursunuzse ve ya gormek istemirsinizse, bu size yuxaridaki kelimeleri soylemek haqqi vermez.. ayrica insanlarin dindarligini ne ile olcursunuz.. yoxsa sizde ele bir alet var biz mi bilmirik..


  14. melany adlı istifadəçi, Avqust 20, 2007 tarixində, saat 17:43 yazıb:

    yasayin xeyallar aleminde:) gunah sizde deyil ki? ferqli dusunenleri dasa basmaq muselmanlarin kohne adetidir:)


  15. Agnostik adlı istifadəçi, Avqust 21, 2007 tarixində, saat 11:22 yazıb:

    Men burada tehqirden bashqa bir shey oxumadim hele. Dinar, musulman, islam dovletleri, tolerantliq - bunlar nisbi ve felsefi anlayishlardir, ve en azindan 4-5 metofizikin eserini oxumayanda bashlayir insan bele danihsmaga.


  16. duman adlı istifadəçi, Avqust 24, 2007 tarixində, saat 19:30 yazıb:

    seymur sen haqlisan.her bir nov mutleqiyat ve despotizm dashiyan ideologiya insanlara felaketden bashqa tohfeler ermegan etmir


  17. sadige adlı istifadəçi, Avqust 28, 2007 tarixində, saat 23:16 yazıb:

    Bu qeder polemika? ortada bir agilli fikir yoxdu. Seymur avara adamdi. hem de istedadsiz. vesellam


  18. kamil adlı istifadəçi, Avqust 29, 2007 tarixində, saat 01:32 yazıb:

    Sadige xanim, sizin savadiniz deyesen qicqirib dashir. Avara insanlar aktual movzulara toxunmurlar: Xeberiniz var? Təzə pir məsçidinin günbəzi və minarələri qızıldan olacaq
    Inanmirsan oxu

    http://lidertv.com/view_index.php?lang=az&menu=news&type=view&id=31138


  19. Kulturist adlı istifadəçi, Avqust 29, 2007 tarixində, saat 16:51 yazıb:

    Burda nə varki?! Allahın evi qızıldan olmamalıdır bəyəm?


  20. Kulturist adlı istifadəçi, Avqust 29, 2007 tarixində, saat 16:57 yazıb:

    Seymurun zərrə qədər istedadı yoxdur. Onun heç ədəbiyyata dəxli yoxdur axı. O, başqa işlə məşğul olsa daha yaxşı olar.


  21. nizami63 adlı istifadəçi, Sentyabr 3, 2007 tarixində, saat 00:04 yazıb:

    hormetli Seymur Baycan yene hemisheki kimi guzguye baxib eyriliyinin sebebini ozunde yox aynada goren insanlarda telash yaratmishdir…


  22. elminhesenli adlı istifadəçi, Sentyabr 3, 2007 tarixində, saat 00:33 yazıb:

    Seymur Baycan ejdahadir. Onun yeterince istedadi var. Yeni kitabi da superdir. Din haqinda fikirleri ile da tam raziyam.


  23. FILOFF adlı istifadəçi, Sentyabr 3, 2007 tarixində, saat 14:20 yazıb:

    Ey Azər-bəy-canlı-lar,ayıbdır ya ədəbiyyatdan yazın ya da kı, bu jurnalın adın dəyişin, amma öz aramızdı, söyürsünüz islamı söyün, ruslar demişkən-каждый носит свой крест-hər kəs öz günahını daşıyır ona görədə inciməyin ey mənin Azər-bəy-canlı arkadaşlarım
    ___________________
    Çox səs çıxartma deyərlər ki dəlisən…


  24. Seyid Ramin adlı istifadəçi, Sentyabr 3, 2007 tarixində, saat 15:10 yazıb:

    elminhesenli. Seymur Badımcanın din haqqında fikiri var bəyəm?


  25. FILOFF adlı istifadəçi, Sentyabr 3, 2007 tarixində, saat 16:16 yazıb:

    Ay camahat, ay mənim istəkli bəy canlılarım-elə bilirsi ki, bu yazıq müslüm əhli avamdır-yox avam elə müslim haqqında yazanlardır-onların axrıdə ki, qır qazanında yanmaqdır

    P.S.bu qədər oxumuşam yəni nadirnamənin hamısın oxumuşam amma bu səhifənin adını heç bir yerdə tapa bilmədim ey mənim Azər-bəy-canlı-larım…səcdə edirəm sizdə olan bu kimi, olmayan şeylərə

    __________________

    Çox səs çıxartma deyərlər ki,dəlisən


  26. Seyid Ramin adlı istifadəçi, Sentyabr 3, 2007 tarixində, saat 17:31 yazıb:

    Azər-bəy-canlı FILOFF. Səcdə yalniz Allaha edilməlidir. Vəssalam…


  27. Tural adlı istifadəçi, Sentyabr 3, 2007 tarixində, saat 21:07 yazıb:

    Seymur,coxlarinin anlamadigi bir menaya toxunub…Elm savad ve dunyagorushu


  28. Seyid Ramin adlı istifadəçi, Sentyabr 3, 2007 tarixində, saat 22:38 yazıb:

    seymur baycan bu yazıda İslamdan heçnə danışmır. Çünki o özüdə bilirki nəsə oyan-buyan eləsə onunçün çox pis olar


  29. vefa adlı istifadəçi, Sentyabr 8, 2007 tarixində, saat 23:36 yazıb:

    butun fikirlerle raziyam:) haminizi Seymurun 18,6 kitabini oxumaga meslehet gorurem!


  30. scorpion adlı istifadəçi, Sentyabr 11, 2007 tarixində, saat 00:16 yazıb:

    Islamın elmi və təhsili buxovladığını düşünən adamın nə qədər bisavad və geridəqalmış olduğunu təsəvvür eləmək o qədər də çətin deyil. İndi hərə bir yolnan qərbə yarınmaq istəyir. Seymurbaycanlar da bu yolu seçiblər.


  31. scorpion women adlı istifadəçi, Sentyabr 11, 2007 tarixində, saat 17:04 yazıb:

    iarana satilmaq isteyenler ne edirler bes? Rafiq tagiya olm hokmu oxuyurlar siz axi niye olmursuz ki bizde azad yasayyaq


  32. scorpion adlı istifadəçi, Sentyabr 11, 2007 tarixində, saat 23:58 yazıb:

    Irana satılanlar da, Qərbə yarınanlar da hər ikisi bir medalın iki üzləridir. Hər ikisi Azərbaycanı satmaq üçün islamdan və ya anti-islamdan vasitə kimi istifadə edirlər.
    scorpion women hiss olunur ki scorpionun mənasını hələ başa düşmürsən. Scorpionlar azad yaşamaq üçün heç kimin ölümünü arzulamazlar.Onlar ya öldürürlər ya da özləri özlərini öldürürlər…


  33. MELANY adlı istifadəçi, Sentyabr 15, 2007 tarixində, saat 17:51 yazıb:

    Qerbe satilmaq nedi siz ne danisirsiz!xahis edirem kitabi bir daha diqqetle oxuyun


  34. Sadiq adlı istifadəçi, Sentyabr 23, 2007 tarixində, saat 00:09 yazıb:

    seymur baycani çoxdandır tanıyıram. Bir yerde işləmişik. O həmişə deyirdi ki, “mənim dünyaya gəlişim, atamin anam üzərində ehtirasini söndürməsi nəticəsində baş verib.”
    Belə bir şəxsiyyətin (şəxsiyyətsiz adamın) islama qiymət verməsi ən azı həqarətdir. Atasini əyyaş anasını … (Azərbaycan xanımı olduguna görə onun kimi deməyə (yazmaga) əlim gəlmir) adlandıran “kişi” hansi dəyərə söykənib, islamı dəyərləndirə bilər. Təbii bir prosesi belə iyrənc ifadə edən yazardan, daha sanballi bir məqalə gözləmək axmaqlıqdır…


  35. Gülşən Cəbi adlı istifadəçi, Sentyabr 28, 2007 tarixində, saat 16:01 yazıb:

    Günəş dünyaya dünyalıq verir. Amma heç nə etmədən gün altında saatlarla boş-boş durmaqla onu anlayacağını düşünən adam heç nə anlamır (=anlaya bilməz), əksinə başında, səhhətində problemlər başlayır. Hətta sayıqlamalara da gedib çıxır. Günəşin isə bunda bir qram da günahı yoxdur. Din də belədir.

    Kimsə islamı bəsit, primitiv anlayışlar, ayrı-seçkiliyə, boşluğa meylli subyektlər üzərində qavramağa çalışırsa (qavrayırsa), bunda islamın günahı yoxdur.

    Qashqay, Seyid Ramin adlı şərhçiyə ayrı-seçkiliklə bağlı söz ünvanladız.
    Sizə tam əminliklə deyə bilərəm ki, o qanın əsl daşıyıcıları heç vaxt özlərini üstün tutmurlar, çünki bu, ən azından insanlar arasında onların mənşəyinə görə ayrı-seçkilik etməkdir ki, bu da əslində ən mühüm dəyərlərdən birini tapdalamaq, xəyanət deməkdir.

    Rafiq Tağının məsələsiylə bağlı da bir məqam gördüm. Scorpion women, siz ya ən azından peyğəmbərlərin müqayisəsində yazılmışları oxumamısız, ya da… İstənilən dini etiqadda peyğəmbərin təhqir edilməsi eyni reaksiya ilə müşaiyət olunur. Bəşəriyyətin (çoxluğun) müqəddəslərinə münasibəti kəskindir. Bu, xristianlıqda da belədir, islamda da, başqa dinlərdə də.

    Qaldı ki, Seymur Baycanın islamı axtarmasına, islamı ölkələrdə, siyasi hakimiyyətlərdə və s. bu kimi yerlərdə axtarmaqla onsuz da bir şey tapan deyil. İslam ölkələrə yox, insanlara ünvanlanıb və ölkələrdə yox, insanlardadir. Avropadakı kilsə və dövlət münasibətləri, kilsənin siyasi hakimiyyətə meyli, rolunu məscidlərdə axtarmağa ehtiyac yoxdur; meyarları çox fərqlidir. Bu fərqləri tarixdə çoxdan müəyyənləşdiriblər.
    Yox, əgər müəllif İslam adlı konkret adamı axtarırsa, bu artıq öz işidir. :-)


  36. Yura adlı istifadəçi, Noyabr 13, 2007 tarixində, saat 21:06 yazıb:

    Pulla xristianligi qebul eden kecmis muselman Seymur Baycandan bundan ferqli yazi gozlemirem… Goresen İslam olkelerini pislemek ucun ne qeder pul veribler ona? Dinini pula gore deyisen bir adam basqa neyini de pula deyiser, cavabini ozunuz mueyyenlesdirin.


  37. xan adlı istifadəçi, Noyabr 20, 2007 tarixində, saat 04:41 yazıb:

    Seymur, bu yaziya gore seni soyede bilerler terifleyede bilerler. Amma inanmiram ki, sen soyushlere gore depresiyaya dushesen. Depresiyaya dushsen demek Seymur Baycan deyilsen


  38. zaur adlı istifadəçi, Dekabr 6, 2007 tarixində, saat 13:27 yazıb:

    sadaladigin olkelerin hamisinda olan o nesne ele islamin ozudur.beyem islamdan bundan artigini gozlemeye deyermi?


  39. zaur adlı istifadəçi, Dekabr 12, 2007 tarixində, saat 21:21 yazıb:

    :)))muellife yazilan ittihamlari hele indi oxudum,ekseriyyeti gulmeli geldi-esas da o pula gore xristianliq sohbeti:)demeli kim(ler)se seymura pul verir ki insanlari bataqliqdan chixarmaga xidmet eden yazi yazsin:)teki bele sheylere de pul veren tapilsin,opurem o pulu veren ellerden
    P.S.oyreshmishik aglamali sheylere gulmeye


  40. Kulturist adlı istifadəçi, Dekabr 13, 2007 tarixində, saat 00:27 yazıb:

    Seymur Baycan elə doğurdanda yazıçı Anar demişkən Sirkə Badımcandır.


  41. HaHaHa adlı istifadəçi, Dekabr 26, 2007 tarixində, saat 18:45 yazıb:

    HaHaHa…


  42. şexs adlı istifadəçi, Yanvar 24, 2008 tarixində, saat 21:36 yazıb:

    Ey dost seni marjinal olmamağa çağırıram, bezdirmisiz oriental yazılarınızla, bilirsen neye oxşayir bu?
    Neftçi kamandasini tutmusan, Lenkeran kamandasindan zehlen gedir ve onlar qarşi elinden gelen mubarizeni aparirsan, fairplay yox. neceki bu medeniyyetsizlik sayilirsa senin de inanan insanlara qarşi nifretle yanaşman medeniyyetsizlikdir.
    Medeniyyetsizlik =)
    Medeni olun, Ağilli olun


  43. ATILLA adlı istifadəçi, Fevral 5, 2008 tarixində, saat 09:27 yazıb:

    Sag ol Seymur. Qelemine sagliq qardash. Bu erebleshmish mangurtlari Mehemmedin torundan xilas etmek chetindir, chunki bunlar nece bir derde mubtela olduqlarinin ferqinde deyiller, zehmetine heyfin gelsin. Surunmek uchun yarananlar ucha bilmez. Dine inanan insan ozu-ozluyunde bir bedebxtdir ona yuz de desen xeyiri yox. Bashini agritma. Sag ol!


  44. Teymur adlı istifadəçi, Fevral 16, 2008 tarixində, saat 17:28 yazıb:

    Tashakkurlar Seymur Baycana, cunku o, hamisha haqiqati yazdigina gora. Moskvadan sizi salamlayiram…


  45. Sabir adlı istifadəçi, Mart 7, 2008 tarixində, saat 16:14 yazıb:

    Islam harada?…Islam bizim qelbimizde…
    Xeyir ve sher qardashdirlar.Her bir islam memleketinde dinini seven insanlarla yanashi ona kor baxan antiislam quvvelerde var.Antiislam quvvelerin coxalmasinin sebebi ise dunyaperestlerin coxalmasi demekdir.Sadece gordulerini sevib ona berk - berk sarilanlarin ona ebedi sadiqolacaqlarini zenn edenlerin coxalmasi demekdir.Insan dunyaya gelmemishden qabaq nece ki 9 ay anabetninde bashqa bir alemde yashamishdisa elecede dunyadan kocdukden sonra onu bashqa bir heyat gozleyir amma bu defe ebedi.
    Allahi derk etmek ucunse ilk once ozumuzu derk etmeliyik.Ozunu derkeden kes feqet Allahini derk eder.
    Hemishe bu suallarhaqqinda dushunub cavab axtarmagi axtarmagi ozumuze tofsiye ederdim:
    Kimik?Haradan gelmishik?Bes niye ebedi deyilik?Hara gedirik?


  46. Samit adlı istifadəçi, Aprel 3, 2008 tarixində, saat 08:36 yazıb:

    Cox-cox uzr isteyirem


  47. Allahqulu adlı istifadəçi, Aprel 15, 2008 tarixində, saat 13:37 yazıb:

    Salam.
    Kafirlər istəməsə də Allah öz nurunu tamamlayacaqdır. Gec-tez bütün bəşəriyyət Allahın cəmiyyət daxili üçün qoyduğu şəriətlə idarə olunacaq.

    Qaldıki müsəlmanların səfalət içində yaşamalarının səbəbi isə, yenə müsəlmanların özləridir. Çünki Allah vəd verib ki, bir millət öz durumunu dəyişməyincə, Allah da onların durmunu dəyişməz.
    Müsəlmanlara görünür belə sərf edir ki, döyüşmədən, cihad etmədən yəhudi və xristianların qapazı altında yaşasın. Müsəlmanlar da o zaman izzətlərini itirdilər ki, Cihadı tərk etdilər. Çünki müsəlmanların izzəti Cihaddadır. Cənnət də qılıncların kölgəsi altındadır.
    Əfsuslar olsun ki, bəzi “alimlər” bu kimi məslələrdə müsəlmanlara səbr etməyi tövsiyyə edirlər. Lakin unudublar ki, müsəlmanın torpaqina hücum edən kafirlərlə vuruşmaq kişilərə vacibdir. Necəki erməni kafirləri bizim torpaqi zəbt ediblər. Amma onlarla Cihad etmək barəsində “müsəlman alimlər” “yəhudilərdən” fətva gözləyir.
    Bax buda zəlalətin və səfilliyin son həddidir. Cəsarətin bitdiyi yerdə, əsarət başlayır….


  48. Anti West adlı istifadəçi, Aprel 15, 2008 tarixində, saat 16:59 yazıb:

    Sağol, ey Allahqulu. Bu şərhi yazdığına görə sənə minnətdaram və sənə halaldır.

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: