Qaynar xəbər portalı

Kitab dünyası


Kaliforniyanın mərkəzində yerləşən Monterey şəhərində ştatın Türk icmasının 10-cu mədəniyyət və incəsənət festivalı keçirilib. APA-nın ABŞ bürosunun məlumatına görə, təxminən 2 min yerli sakinin qatıldığı toplantıda Türkiyə incəsənəti, onun folkloru, rəqsləri və dekorativ əl işləri nümayiş olunub.Kaliforniyanın Türk-Amerika Assosiasiyasının keçirdiyi festivalda milli “YORE” və qədim sufi qrupunun çıxışları amerikan auditoriyasında xüsusi maraq doğurub. Qeyd edək ki, artıq bir necə ildir Şimalı Kaliforniya Azərbaycan Mədəniyyət Mərkəzi də (ŞKAMM) bu toplantıya qatılır. Bu il cəmiyyət üzvləri festivalın keçirildiyi ərazidə yer alaraq Azərbaycan xalça sənətinə dair ekspozisiya açıb, milli musiqi və tariximizi tərənnüm edən faktları amerikan auditoriyasına çatdırıblar. Eyni zamanda azərbaycanlı uşaqlardan ibarət milli rəqs qrupunun çıxışı da olub. Cəmiyyətin təsisçisi Samir Lütfəliyev APA-ya bildirib ki, ŞKAMM-ın məqsədi yaxın illərdən etibarən Kaliforniyada müstəqil şəkildə Azərbaycan festivallarını keçirməkdir.






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (Hələ səs verilməyib)
    Loading ... Loading ...
Şərhlər

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: