Qaynar xəbər portalı

Kitab dünyası


İstiqlal abidəsiAmma abidə ətrafında böyüyən qalmaqala aydınlıq gəlmədi

Avqustun 3-də mətbuat konfransı keçirən “Azərbaycan Xalq Cümhuriyyətinin Varisləri” İctimai Birliyinin rəhbəri Akif Cəfərov Əlyazmalar İnstitutunun yaxınlığında ucaldılmış “Azərbaycan Xalq Cümhuriyyəti” abidəsinin sökülməsini tələb edib. O, müvafiq dövlət qurumlarını tarixi faktları saxtalaşdırmaqda günahlandırıb. Mədəniyyət və Turizm Nazirliyi isə bu gün qeyd edilən məsələ ilə bağlı açıqlama yayıb. Nazirliyin mətbuat xidmətindən APA-ya daxil olan müraciətdə bildirilib ki, sözügedən abidə A. Cəfərovun dediklərindən fərqli olaraq “İstiqlal” deyil, “Azərbaycan Xalq Cümhuriyyəti” abidəsidir və ölkə başçısının 1 fevral 2003-cü il tarixli, 1138 nömrəli sərəncamı əsasında ucaldılıb: “Abidənin hazırlanması ilə Mədəniyyət və Turizm Nazirliyi yox, Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq qurumları məşğul olub. “İstiqlal” abidəsinin yaradılması haqqında isə ölkə başçısı 2006-cı ilin 18 dekabrında xüsusi sərəncam imzalayıb. Həmin sərəncamın icrası ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyi tərəfindən lazımi tədbirlər həyata keçirilib və abidənin layihələndirilməsi üzrə açıq beynəlxalq müsabiqə elan olunub”. Məlumatda bildirilib ki, müsabiqənin şərtləri yerli və xarici kütləvi informasiya vasitələrində dərc edilib və 1-ci, 2-ci, 3-cü yerlərin qalibləri üçün müvafiq olaraq 100, 50 və 20 min manat mükafat təyin olunub. Müsabiqəyə indiyədək 56 iddiaçı layihə təqdim edib. Onlardan 18 nəfəri Azərbaycandan, digərləri isə Türkiyə, Ukrayna, Belarus, Polşa, Çin, Fransa, Almaniya, İtaliya, Kanada və başqa ölkələrdəndir. “İstiqlal” abidəsi Dağüstü Parkda ucaldılacaq (APA).
Qey edək ki, adıçəkilən abidədə daş üzərinə həkk edilmiş “İstiqlal bəyannaməsi”nin altına bütün 26 nəfərin yox, yalnız səkkiz nəfərin adı həkk olunub. “Unudulanlar” arasında M.Ə.Rəsulzadənin də adı var.
Kultaz






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (Hələ səs verilməyib)
    Loading ... Loading ...
Şərhlər

Bu yazı Bazar Ertəsi, Avqust 6th, 2007 tarixində 18:46 radələrində Abidələr bölməsində yazılıb. Yazını istədiyiniz saytda RSS 2.0 feed xidməti ilə paylaşa bilərisniz. Həmçinin aşağıdan yazıya şərh yaza bilərsiniz.

1 şərh var


  1. Seyid Ramin adlı istifadəçi, Avqust 6, 2007 tarixində, saat 20:00 yazıb:

    Çox Təəssüflər olsun ki, Dahi Rəsulzadəni unudublar…
    Bu böyük biabırçılığdır.

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: