Qaynar xəbər portalı

Azərbaycan türkcəsində yazılan əlyazmaların surəti Bakıya gətirilib

Şah İsmayıl Xətainin nəvəsi, “Cahi” təxəllüsü ilə şeirlər yazan şahzadə İbrahim Mirzənin Azərbaycan türkcəsində yazdığı şeirləri tapılıb. Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini Paşa Əlioğlunun məlumatında bildirilir ki, vaxtilə akademik Həmid Araslı Şah İsmayıl Xətainin davamçısı olan nəvəsinin anadilli yaradıcılığı ilə bağlı məlumat versə də, İbrahim Mirzənin şeirlərini aşkar etmək mümkün olmamışdı. Davamı…


Efirdə baş verəcək qanun pozuntularına İqtisadi İnkişaf Nazirliyinin departamentində baxılacaq

“Azərbaycanda xarici filmlərin 30 faizi qeyri-qanuni yayımlanır. Bu filmlər yayımlanarkən heç bir müəlliflik hüququ qorunmur” - bu fikirlər Mədəniyyət və Turizm Nazirliyinin filmlərin dövlət reyestr sektorunun müdiri Müşfiq Hətəmova məxsusdur. Davamı…


Ramiz RövşənRamiz Rövşən hesab edir ki, dünyada çoxdan yaşanmışları biz təzədən yaşamağa başlayırıq

İndiki gənc yazarların qruplaşması, tənqidi fikirləri ilə razılaşmayan köhnə nəsil onların bu mövqeyinə birmənalı yanaşmağa çalışırlar. Ramiz Rövşən təklif edir ki, onlar böyük əsərlər ortaya çıxarmağa çalışsınlar. Onun fikrincə, hər şeyi yazı həll edir. Əgər bu yoxdursa, boş-boşuna danışmamaq lazımdır. Yazıçı eyni zamanda düşünür ki, bu fikirləri bilməyə-bilməyə deyənlər də var. Davamı…