Qaynar xəbər portalı

Kitab dünyası


Efirdə baş verəcək qanun pozuntularına İqtisadi İnkişaf Nazirliyinin departamentində baxılacaq

“Azərbaycanda xarici filmlərin 30 faizi qeyri-qanuni yayımlanır. Bu filmlər yayımlanarkən heç bir müəlliflik hüququ qorunmur” - bu fikirlər Mədəniyyət və Turizm Nazirliyinin filmlərin dövlət reyestr sektorunun müdiri Müşfiq Hətəmova məxsusdur. O bildirib ki, əvvəllər bu göstərici daha yüksək olub. Hətta xarici filmlərin, demək olar ki, 90 faizə yaxını yayımlanarkən onların müəllif hüquqları pozulurdu. M.Hətəmovun sözlərinə görə, bu faiz günü-gündən aşağı düşür: “Deyərdim ki, proses çox güclü şəkildə gedir. 2008-ci ilin əvvəlinədək Azərbaycan bu sahədə keçmiş MDB dövlətləri arasında öndə gedən respublika olacaq”. İndi reyestr tərəfindən 1600-ə yaxın xarici film qeydiyyata alınıb. Sektor müdirinin sözlərinə görə, artıq bütün telekanallar öz film paketləri ilə reyestr sektoruna müraciət edib. Bu yaxınlarda onların qeydiyyatdan keçmələri gözlənilir. Bundan başqa, sözügedən qurum sektorda vəziyyəti tənzimləmək üçün yeniliklər tətbiq etmək niyyətindədir. Belə ki, bundan sonra tamaşaçılar 3 yaş qrupuna ayrılacaq - 12-yə qədər, 12-18 yaş arası və 18-dən yuxarı. M.Hətəmov bildirdi ki, artıq hər bir yaş qrupu üçün müxtəlif efir vaxtı təyin edilmişdir. Filmlərin yayımı zamanı baş verəcək qanun pozuntusu ilə əlaqədar isə İqtisadi İnkişaf Nazirliyinin antiinhisar departamentinə müraciət olunacaq.






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (Hələ səs verilməyib)
    Loading ... Loading ...
Şərhlər

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: