Qaynar xəbər portalı

Kitab dünyası


Ramiz RövşənRamiz Rövşən hesab edir ki, dünyada çoxdan yaşanmışları biz təzədən yaşamağa başlayırıq

İndiki gənc yazarların qruplaşması, tənqidi fikirləri ilə razılaşmayan köhnə nəsil onların bu mövqeyinə birmənalı yanaşmağa çalışırlar. Ramiz Rövşən təklif edir ki, onlar böyük əsərlər ortaya çıxarmağa çalışsınlar. Onun fikrincə, hər şeyi yazı həll edir. Əgər bu yoxdursa, boş-boşuna danışmamaq lazımdır. Yazıçı eyni zamanda düşünür ki, bu fikirləri bilməyə-bilməyə deyənlər də var.“Çox-çox illər əvvəl qaranlıqda quşlar kimi bir-birimizi səsindən tanıyıb dostlaşdığımız insanlar var. İndi o dostların sayı çox azalıb. Anar mənim barmaqla sayılan o əziz dostlarımdan biridir. Amma bu gün hədəfdə təkcə Anar deyil. Hədəfdə Azərbaycan mədəniyyətinin, mənəviyyatının sütunu olan insanlardır. Yazdığı bir qəpiyə dəyməyən, əlli il ədəbiyyatı zibilləyənlərin heç biri yox, Bəxtiyar Vahabzadə və Anar kimi insanlar hədəfdədir”, - deyən Ramiz Rövşən eyni zamanda qeyd edir ki, bunu birmənalı olaraq bütün cavanların adına yazmaq düzgün olmaz.
“Qoy əsər yazıb ortaya qoysunlar, hər şeyi yazı həll eləyir. Ortada yazı yoxdursa, hər cür giley-güzar boş taftalogiyadır. Bu gün cəmiyyətdə mənəvi çürümə gedir. Dünyada çoxdan yaşanıb qurtarmış şeyləri biz təzədən yaşamağa başlayırıq. Çoxdan bitmiş davalar bizdə məhəlli formada üzə çıxır. Anarı Azərbaycan ədəbiyyatının bütöv bir dövrünün rəmzi saymaq olar. İstedadlı şairlər, yazıçılar az deyil, amma elə tək-tük insan da var ki, bütöv bir dövrün rəmzidir.
60-70-ci illər deyəndə və hətta vizual mənada o dövrü təsəvvür eləyəndə, gözümüzün qarşısına ilk növbədə Anar, Bəxtiyar Vahabzadə gəlir. Qərbdə bir Edip, Şərqdə isə Rüstəm Zal kompleksi var. Birincisi oğulların atalara, ikincisi ataların oğullara hücumunda özünü göstərir. Cavid kimi şairlər Lenindən poema da yazsaydılar, fərqi yox idi. Sovet rejiminə bu adamların yaddaşı sərf eləmirdi. Çünki bu yaddaş üstündə o manqurt dövləti qurmaq mümkün deyildi.
Biz ədəbiyyata gələndə 60-cı illər idi. Həmin dövrdə bizə qarşı Rüstəm Zal kompleksi işə düşdü. Yaşlı nəsil bizə qarşı çox qəddar idi. Ədəbiyyata o vaxtkı hücumlarla indiki hücumların fərqi o qədər də çox deyil, yanaşma eynidir. Yadımdadır, o vaxt mənim ilk kitabım çıxanda Vaqif Səmədoğlu sevindi ki, indi məndən əl çəkib səndən yapışacaqlar. Məndən yapışdılar, amma Vaqifdən də əl çəkmədilər. Biz belə bir dövr yaşadıq. İndi yenə də Edip kompleksi başlayıb.
Mən cavanlara ədəbiyyatın mahiyyətini öyrənməyi məsləhət görərdim. Qoy onlar otuz il, qırx il eyni adamların həmişə maraq dairəsində olmasının sirrini araşdırsınlar. Əsl şairlə mübarizə aparmaq gülməlidir. Çünki əsl şairin vaxtı çoxdur. Bu vaxt yüz illərlə ölçülür. Onunla mübarizə aparmağa heç kəsin ömrü çatmaz. Ədəbiyyatda da, siyasətdə də”, - deyə yazıçı qeyd etdi.
Ayna






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (Hələ səs verilməyib)
    Loading ... Loading ...
Şərhlər

Bu yazı Çərşənbə axşamı, Avqust 7th, 2007 tarixində 11:14 radələrində Ədəbiyyat bölməsində yazılıb. Yazını istədiyiniz saytda RSS 2.0 feed xidməti ilə paylaşa bilərisniz. Həmçinin aşağıdan yazıya şərh yaza bilərsiniz.

1 şərh var


  1. Novarg adlı istifadəçi, Avqust 7, 2007 tarixində, saat 16:46 yazıb:

    Vaxtile Azerbaycan jurnalinda Ismayil Shixli`nin “Ayrilan yollar ve…” adinda bir senedli eseri derc olunurdu… biz orda az-chox muharibeden sonraki edebi neslin formalashmasi proseslerini oxuduq-oyrendik… teessuf ki, indi bele paxir achan eserleri tapmaq mumkun deyil, mashallah, indi birine pislik etmek isteyen cherez NKVD ishlemir, ele bulvar qezetlerinin biriinde “yixib suruyur” obyektini… Amma evveller chox maraqli ve heyecanli idi, iten dana bir shairin qapisina gedirdi, guman mininin…

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: