Qaynar xəbər portalı

Kitab dünyası


Orxan PamukNobel mükafatı laureatı mətbəə rəhbərindən kitab istəyib

“Mən türk yazarı Orxan Pamukam. ”Mənim Adım Qırmızı” romanımı Azərbaycanda yayımlamısınız. Çox sevindim, qürur duydum. Lütfən “Mənim adım Qırmızı”dan beş nüsxə mənə, İstanbula yollaya bilərsinizmi? Sayğılar, sevgilərlə Orxan Pamuk”.Bu sözlər türk yazıçısı, qalmaqallı yazar kimi məşhurlaşan, 2006-cı il ədəbiyyat üzrə Nobel mükafatı laureatı Orxan Pamukun “Qanun” Nəşrlər Evinin rəhbəri Şahbaz Xudoğluna ünvanına göndərdiyi məktubundan götürülüb. Dünya şöhrətli yazar bir neçə ay əvvəl “Qanun” Nəşrlər Evinin daxili imkanları hesabına nəfis tərtibatla çap edilib oxucuların ixtiyarına verilən “Mənim adım Qırmızı” əsərindən ona da göndərməyi xahiş edib. Qeyd edək ki, romanı Azərbaycan türkcəsinə yazıçı-tərcüməçi Nəriman Əbdürrəhmanlı çevirib. Müəllifin “ən rəngli və qorxulu romanım” adlandırdığı bu əsər orta əsr nəqqaşlarının həyatı və naxış sənəti haqqında bənzərsiz hekayətdir. 1591-ci ilin doqquz qarlı qış günündə İstanbulda baş verən bu hekayət ölüm, sənət, eşq barədə orijinal yazıçı təfəkküründən doğulmuş əsərdir. Avropada son qırx ilin ən yaxşı romanı seçilmiş, bir neçə il əvvəl Nobel mükafatından sonra ədəbiyyat üzrə ən nüfuzlu mükafat olan Dublin İMPAC ödülünü qazanmış “Mənim adım Qırmızı” əsəri Azərbaycan oxucusunun da çoxdan gözlədiyi töhfədir.
Qeyd edək ki, Ş.Xudoğlu mətbuata açıqlaması zamanı N.Əbdürrəhmanlının çevirməsində O.Pamukun “Qara kitab” romanını da nəşr etmək fikrində olduğunu bildirib. /Yeni Musavat/






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (1 səs, təxmini: 5 ilə 5)
    Loading ... Loading ...
Şərhlər

Bu yazı Çərşənbə, Avqust 8th, 2007 tarixində 13:13 radələrində Ədəbiyyat bölməsində yazılıb. Yazını istədiyiniz saytda RSS 2.0 feed xidməti ilə paylaşa bilərisniz. Həmçinin aşağıdan yazıya şərh yaza bilərsiniz.

4 şərh var


  1. Seyid Ramin adlı istifadəçi, Avqust 8, 2007 tarixində, saat 15:18 yazıb:

    Sevindirici haldır…


  2. Novarg adlı istifadəçi, Avqust 8, 2007 tarixində, saat 15:36 yazıb:

    Sozsuz ki, sebeb tercumede qusurlarin olub-olmadigini yoxlamaqdir…


  3. aishen aliyeva adlı istifadəçi, Avqust 8, 2007 tarixində, saat 23:09 yazıb:

    Buna cox sevindim. Mence O.Pamuk da tercumeni beyenecek.


  4. esmer adlı istifadəçi, Avqust 13, 2008 tarixində, saat 23:26 yazıb:

    qeribe eserdir, adami basqa aleme aparir, coxlari cansixici hesab edir, menim xosuma geldi.

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: