Tərlan Növrəsli oktyabrda Türkiyənin İzmir şəhərində keçiriləcək konsertdə çıxış edəcək. Bu barədə APA-ya məlumat verən Tərlan Növrəsli bildirib ki, konsert Azərbaycan diasporasının təşkilatçılığı ilə gerçəkləşəcək. Bununla yanaşı, T. Növrəsli “İlğım” adlı ilk şeir kitabı üzərində işi də yekunlaşdırıb: “Kitabda Azərbaycan və rus dilində şeirlər yer alıb. Payız aylarında kitabın təqdimat mərasimini keçirməyi planlaşdırırıq”. Türkiyənin “Dokuz Eylül” (9 sentyabr) Universitetinin doktoranturasını bitirdiyini söyləyən T. Növrəsli hazırda “Azərbaycanın turizm potensialının inkişaf məqsədilə dəyərləndirilməsi” mövzusunda dissertasiya üzərində işlədiyini bildirib.
« ŞAH İSMAYIL XƏTAİNİN NƏVƏSİNİN ŞEİRLƏRİ TAPILIB | Əsas səhifə | ORXAN PAMUK ŞAHBAZ XUDUOĞLUNA MƏKTUB YAZIB »




Bölmə: 









Kenan Mecidov adlı istifadəçi, Avqust 8, 2007 tarixində, saat 19:22 yazıb:
30 deq once Terlanla birlikde idik. Oten illeri, telebeliyimizi, ortaq dostlarimizi xatirladiq…
Sene ugurlar Terlan.