Cənubi Qafqaz Müstəqil Kino Xadimləri Assosiasiyasının (“İFA-SC”) və Beynəlxalq Kinoprodüserlər Assosiasiyalar Federasiyasının (FİAPF) təşəbbüsü ilə Avstraliyada bədii, sənədli, uşaq və animasiya filmləri üzrə müsabiqə keçiriləcək. Bununla əlaqədar İFA-SC-nın Azərbaycandakı rəsmi nümayəndəsi “Nərimanfilm” studiyası müsabiqə elan edib. Studiyadan APA-ya bildirilib ki, İFA-SC-da Azərbaycan, Gürcüstan və Ermənistan təmsil olunub. Azərbaycan rejissor və prodüserləri bədii, sənədli, animasiya və uşaq filmləri sentyabrın 12-nə kimi təqdim edə bilərlər. Daha sonra seçilmiş filmlər üç ölkədən yığılmış komissiya üzvləri tərəfindən seçiləcək və noyabrda Avstraliyada keçiriləcək müsabiqənin yekun mərhələsində mükafatlandırılacaq.
« Ermənilər Qarabağ xalçalarını Avropada satır | Əsas səhifə | Cəlaləddin Ruminin həyat və yaradıcılığını əks etdirən sərgi açılacaq »




Bölmə: 








