Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyində Cəlaləddin Ruminin anadan olmasının 800 illiyi münasibəti ilə tədbir keçiriləcək. Bu barədə APA-ya məlumat verən muzeyin direktoru Rafael Hüseynov yubiley çərçivəsində Cəlaləddin Ruminin həyat və yaradıcılığını əks etdirən sərginin açılacağını vurğulayıb. R. Hüseynovun sözlərinə görə, silsilə tədbirlərin sentyabrın sonundan həyata keçirilməsinə başlanacaq. Yubiley tədbirlərinin birində R. Hüseynovun ssenarisi əsasında Tofiq İsmayılovun quruluşunda hazırlanan film təqdim olunacaq.
« Avstraliyada bədii, sənədli, uşaq və animasiya filmləri üzrə müsabiqə keçiriləcək | Əsas səhifə | 20 CİZGİ FİLMİ AZƏRBAYCANA GƏTİRİLİB »




Bölmə: 








