Qaynar xəbər portalı

Kitab dünyası


“Yeni Dalğa” prodüser mərkəzində bərpa olunan filmlər yaxın aylarda balacaların ixtiyarına veriləcək

Azyaşlıların çoxdan izləyə bilmədikləri cizgi filmləri yenidən ekranlara çıxarılacaq. Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Rusiyanın Dövlət Film Fondunda saxlanılan 30-dan artıq Azərbaycan filmi alınaraq ölkəmizə gətirilib. Bunların arasında bədii və sənədli filmlərlə yanaşı, 20 cizgi filmi də var.
Nazirlikdən verilən məlumata görə, həmin lent yazıları bərpa olunmaq məqsədi ilə ötən həftə “Yeni Dalğa” prodüser mərkəzinə təqdim edilib.
Qurumun məlumatında bildirilir ki, Rusiya Dövlət Film Fondundan alınan ekran əsərləri içərisində 1959-cu ildə çəkilən “Kirpi və alma”, 1970-ci ildə lentə alınan “Fitnə”, 1974-cü ildə ekranlaşdırılan “Tülkü həccə gedir” və 70-ci illərin məhsulu olan “Şah və nökər”, “Qız qalası haqqında əfsanə” və digər cizgi filmləri var.
Mədəniyyət və Turzim Nazirliyinin məlumatına görə, cizgi filmlərinin bərpası tam başa çatdırıldıqdan sonra onlar Dövlət Film Fonduna təqdim olunacaq. Yaxın gələcəkdə animasiya filmləri balaca seyrçilərin ixtiyarına veriləcək.






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (Hələ səs verilməyib)
    Loading ... Loading ...
Şərhlər

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: