Sazımız, sözümüz
Yazar: Qan Turalı | Bölmə: Ədəbiyyat | Tarix: 10 Ağustos, 2007Yana-yana çaldı «Yanıq Kərəmi»,
Ağrın alım, onu bir də çal, aşıq.
Aşıq mahnısından
Azərbaycan cəmiyyəti total faciə üçün bədii materialdan başqa heç bir mahiyyət kəsb etmir. Bu sözləri filosof olmaq şansını hələ də qoruyan perspektivli köşə yazarlarından biri deyib. Bir neçə gündür, bədbin yazılar yazıram. Səbəb kifayət qədər çoxdur. Müşfiqin həbs olunması hər birimizə pis təsir edib. Cəmiyyətdə də ölüm sükutu var, mətbuatda da. Şəxsən mən neçə gündür, heç bir qəzeti düz-əməlli oxuya bilmirəm. Hətta Azər Ayxanın yazıları da mənə əvvəlki həzzi vermir.
Amma Məmməd İsmayılın sözü olmasın: «Hələ yaşamağa dəyər bir az da». Bundan əvvəlki misranı da yaza bilərdim, amma gülməli göründüyü üçün yazmıram. (Yazının bu yerini oxuyan redaktor məni yanına çağırır, gülməli misranı da bura yazmağımı xahiş edir). Əvvəlki misra belədir: “Dünən Bethoveni çaldılar sazda; Hələ yaşamağa dəyər bir az da”.
Saz demişkən, yadıma Aşıqlar Birliyi düşdü. Onlara şəhərin harasındasa bina ayırıblar, amma onlar bu binaya köçmək istəmirlər. Zülfiyyə xanım əla bir arqument gətirdi: «Görürsən ki, rayondan bir uşaq gəlir, indiki binamız mərkəzdədir, heç onu tapa bilmir. İndi bizi ucqar yerə köçürsələr, rayondan gələn uşaqlar binamızı necə tapacaqlar?» Bu söhbəti dünən yox, ondan əvvəlki gün Aşıqlar Birliyinin sədri hörmətli Zülfiyyə xanım əməkdaşımıza telefonla danışanda eşitdim. Biz əvvəldən görmüşük ki, aşıq dağda, bağda və bulaq başında olar, aşığın şəhərin mərkəzində nə işi var? Aşıq Ələsgər ömrü boyu Bakı üzü görməyib. Elə Aşıq Abbas Tufarqanlı da. Ümumiyyətlə, Bakıda aşıq olmayıb. Bakıda meyxana olub. İndi də Mirşahin Ağayevin qayğısı ilə onlar ANS kanalında təbliğ olunurlar. Aşıqlardan ayrılmayaq.
«Tarqovı» küçəsinin (əslində buranın adı Nizami küçəsidir) başında bir aşıq dayanıb zəhmətkeşlərimiz üçün oxuyurdu. Amma polislər ona imkan vermirdilər ki, “Ruhani” havası ilə gecə barlarından çıxanları feyziyab eləsin. O aşığı elədən belə qovurdular, belədən elə. Axırda aşıq çox orijinal bir addım atdı. Yox, elə bilməyin ki, aşıq polis görən kimi «Bakı-Ceyhan»a həsr etdiyi mahnısını oxumağa başladı. Qətiyyən yox. O aşıq müxalifətçi idi. Özüm öz gözümlə onu Qənimət Zahidin yazısını oxuyanda görmüşdüm. Hətta mitinqlərə də gedirdi. Müsavatın mitinqində o aşığı Vurğun Əyyubla söhbət eləyən görmüşdüm. Hər nəsə. Aşıq sazı tulladı, bundan sonra tütək çalmağa başladı. Ona görə yox ki, o daha saz çalmaq istəmirdi. Sadəcə olaraq, polis onu həmişə qovurdu, saz isə qaçmaq üçün çətinlik törədirdi. Aşıq (əslində o indi aşıq deyil) polisi görən kimi tütəyi cibinə qoyub qaçırdı. Amma o gün «Tarqovı»da təzə tikilən yeraltı keçiddə aşığı saz çalan gördüm. Sazdan ayrı qala bilmirdi. Vəzirovun sözü olmasın, özü də çox qəmli-qəmli çalırdı. Elçin Əfəndiyev “Yaxın-uzaq Türkiyə” əsərində oriyental rəqs oynayan qızın gözlərindəki kədərdən bəhs edib. Biz gələn yazılarımızda aşığın kədərindən yazacağıq. Kislovodskda qaçqınlar haqqında hekayə yazdıran kədərdən.
Ümumiyyətlə, aşıq sənəti son dövrlərdə ciddi mövqe qazanmaqdadır. Bir müddət əvvəl Yeganənin klipində Kamran Həsənlinin oynadığı (burda ən axmaq söz “yaratdığı” olardı) aşıq obrazına görə klip ekranlardan yığışdırıldı. Hətta Zəlimxan Yaqub Kamran Həsənlini ölkədən qovmaqla hədələdi. Onu da xatırladaq ki, Zəlimxan Yaqub rus dilini bilməsə də, Elmar Hüseynovu məhkəməyə verən sonuncu şəxs olub. Bu hadisədən az sonra Elmar Hüseynov gürcüstanlı qatillər tərəfindən öldürüldü.






Yüklənir...
Əziz Tural bey sene bir qelem ehli kimi boyuk hormetim var.Amma bu yazinda sen biraz dusunmelisen.En azindan yazdiqin cumleleri ozun ozunde tehlil ele.Azerbaycan hardadir,ve bu olkede tarix boyu kimler yasayib,bu xalqin medeniyyetini,meneviyyatini folklorunu bu qederde ucuzlasdirmaq lazim deyil.Ezizim asiq niye bu qeder ucuzlasib?
Bu cumleler ise senin orjinal yazindandir.Xahis edirem oxu menim haqli olduqumu bileceksen.Ona gore yazdimki heddinden artiq yersiz cumlelerdir.Asiqin bakida ne isi var,ve yaxud asiq hara baki hara?Sual verirem azerbaycan pasprotu dasimir asiq,azerbaycan medeniyyetini yasatmir asiq,bedbaxtciliqimiz buradan baslayir ki,ecnebi bakiya yarasir amma oz kokunu,esil necabetini taniyan bakiya yarasmir…..
Biz əvvəldən görmüşük ki, aşıq dağda, bağda və bulaq başında olar, aşığın şəhərin mərkəzində nə işi var? Aşıq Ələsgər ömrü boyu Bakı üzü görməyib. Elə Aşıq Abbas Tufarqanlı da. Ümumiyyətlə, Bakıda aşıq olmayıb. Bakıda meyxana olub. İndi də Mirşahin Ağayevin qayğısı ilə onlar ANS kanalında təbliğ olunurlar. Aşıqlardan ayrılmayaq.
«Tarqovı» küçəsinin (əslində buranın adı Nizami küçəsidir) başında bir aşıq dayanıb zəhmətkeşlərimiz üçün oxuyurdu. Amma polislər ona imkan vermirdilər ki, “Ruhani” havası ilə gecə barlarından çıxanları feyziyab eləsin. O aşığı elədən belə qovurdular, belədən elə