Qaynar xəbər portalı

Azərbaycan prezidenti İlham Əliyev Azərpaşa Nemətovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Davamı…


«Yeni dalğa» prodüsser mərkəzi sənədli tarixi film olan «Təməl» üzərində işi başa çatdırıb. Filmin ssenari müəllifləri Aydın Abdullayev, Nadir Bədəlov, Mirsadıx Ağazadədir. Film 1907-ci il aprel ayında çəkilmiş boru kəmərinin 100 illiyinə həsr olunur. Davamı…


Azərbaycanda sentyabrın 8-dən 10–na qədər ilk Uşaq kino festivalı keçiriləcək. Bu haqda «TrendLife»a Dövlət film fondunun rəhbəri Cəmil Quliyev xəbər verib. Onun sözlərinə görə orda Azərbaycandan, Gürcüstandan, Rusiyadan olan filmlər iştirak edəcəklər. Bizim ölkəni 10 film, Gürcüstanı 8, Rusiyadan isə bir film təmsil edəcək. Davamı…


İtaliyanın dünyaca məşhur “Cinecitta” kinostudiyasında dünən güclü yanğın olub. Gecə saatlarında filmlərin dekorasiyalarnın saxlandığı anbarda başlayan yanğın 2000 kvadrat metrik məkanı külə döndərəndən sonra yaxınlıqdakı tikililərə sıçrayıb.
Romanın yanğınsöndürmə xidmətinin rəhbəri Qvido Parisinin dediyinə görə, kinostudiyada ağac və sintetik materiallar yandığından, alovun hündürlüyü 30-40 metrə çatıb. Davamı…


Elnur ASTANBƏYLİ
molodoy25@box.az

Bu dəfə daha çox Azad Yazarlar Ocağından (AYO) yox, onun nəşri olan «Alatoran» dərgisindən danışacağıq. Çağdaş dünyada nəinki AYB, hətta AYO tipli ədəbi birliklər də öz ömrünü başa vurub. İndi məhz ədəbi dərgilər ətrafında birliklər dəbdədir. «Alatoran» Azərbaycanda bu təcrübənin yaranmasına və yayılmasına ilk cəhd kimi təqdirəlayiqdir. İlk cəhdin adəta uğursuz nəticələnməsi ehtimalı yüksək olur. «Alatoran» təcrübəsi bunu bir daha sübut etdi. Davamı…


abbasAbbas

Norveç, xüsusi olaraq “Kultaz” üçün

“Azərbaycan bizim heç nəyimizdir, calışacağıq ki, onu bizim üçün “hər şey” edək”
Xaqani H.

İnsan həmişə uşaqdır. Heç bir zaman böyümür. Məktəbdə, zavodda, evdə, sükan arxasında, yatağında, prezident aparatında və hər yerdə özünə məxsus formada qoruyub saxladığı uşaqlığını yaşayır. Heç bir zaman dəyişilmir, dəişdirmir zatını. Orta yaşlarında mərkəzdən qaçsa da, yaşlandıqca uşaqlığına yenilir və yenidən ilkin formasına - “kirli-pasaqlı” uşaqlığına geri dönür.
Öncələri insan kimlərinsə axıtdığı alın tərləri, indi isə göz yaşları sayəsində Kəbəyə - cisimləşdirilmiş Allahın evinə getməyə can atırsa - kim nə deyir desin - insan mahiyyətini dəyişmir. Dəyişilən sadəcə insanı dəyişdirə bilməyən ruzigardır, vəssalam. Davamı…


Tiflis Azərbaycan Dram Teatrının binası yararsız vəziyyətdədir

Tiflis Azərbaycan Dram Teatrının yerləşdiyi bina yararsız vəziyyətdədir. Teatrdan verilən məlumata görə, rəhbərliyin maliyyə imkanlarının pis olması səbəbi ilə binanın əsaslı təmiri mümkün deyil. Davamı…


TƏQİB

Bölmə Bölmə: Kino |1 şərh var

AnarQısametrajlı bədii filmin ədəbi ssenarisi

ANAR

Ekranda - qaçan adamın ayaqları. Elektrodrelin, ya elektromişarın cansıxıcı səslərini andıran uğultu. Nəfəsi kəsilən adamın tövşüməsi. Addım səsləri.
Bir müddətdən sonra oyuncaq maşını - balaca limuzini görürük. Bu oyuncaq maşın qaçan adamın ayaqlarına tərəf gəlir. Nəhayət, qaçan adamın özünü də görürük - 40-45 yaşlarda bir kişidir. Sifətində qorxu ifadəsi var. Davamı…


Bir müddət əvvəl start verilən və ardıcıl şəkildə həyata keçirilən Azərbaycan Musiqi Festivalının payız aylarında davam etdirilməsi qərarlaşdırılıb. Mədəniyyət və Turizm Nazirliyinin musiqi sektorunun müdiri Fərəh Əliyeva APA-ya bildirib ki, festivalın İsmayıllı, Xanlar, Goranboy və Gəncədə keçirilməsi nəzərdə tutulub. Davamı…