Elnur ASTANBƏYLİ
molodoy25@box.az
Bu dəfə daha çox Azad Yazarlar Ocağından (AYO) yox, onun nəşri olan «Alatoran» dərgisindən danışacağıq. Çağdaş dünyada nəinki AYB, hətta AYO tipli ədəbi birliklər də öz ömrünü başa vurub. İndi məhz ədəbi dərgilər ətrafında birliklər dəbdədir. «Alatoran» Azərbaycanda bu təcrübənin yaranmasına və yayılmasına ilk cəhd kimi təqdirəlayiqdir. İlk cəhdin adəta uğursuz nəticələnməsi ehtimalı yüksək olur. «Alatoran» təcrübəsi bunu bir daha sübut etdi.İndiki Azərbaycan reallığında «Alatoran» kimi dərgilərin hansı əzab-əziyyət bahasına başa gəldiyini söyləmək artıqdır. Buna görə jurnalın baş redaktoru Rasim Qaracaya, yaradıcı heyətə sadəcə, təşəkkür düşür. Amma gəlin «Alatoran»ın uğursuzluğa düçar olmasının səbəblərinə baş vuraq.
İlk səbəb, şübhəsiz, «Alatoran»ın ideya baxımından bir-birinə zidd yazarların dərgisi kimi meydana çıxmasıdır. Sivil ölkələrin təcrübəsində sağ və sol düşüncəli, liberal və millətçi yönlü yazarların eyni dərgi ətrafında birləşməsi təcrübəsi yoxdur. Nəinki dünyada, heç allahın Türkiyəsində də sol düşüncəli yazar sağçı jurnalda dərc olunmaz və ya əksinə. Bu, onların özünəhörmət və daşıdığı dəyərlərə sayğı hissindən irəli gəlir. «Alatoran»da bu ideoloji qarmaqarışıqlığa haqq qazandıra biləcək bircə arqument varsa, o da bizim yazarların sağçılıq olsun, ya solçuluq, fərq etməz, istənilən ideoloji xəttə kortəbii, allah umuduna, dəb xatirinə bağlanmasıdır. Bizim sağçılar haqqında heç nə deməyəcəm, allah düşmənimi də onların gününə salmasın. Və bizim solçular… Marksdan iki-üç sitat əzbərləyirsən, Trotskinin, Leninin adını yeri gəldi-gəlmədi yazının üç-dörd yerinə dürtüşdürürsən və olursan hazır solçu.
«Alatoran»ın uğursuzluğunun ikinci səbəbi onun səhifələrində hətta «Ulduz», «Azərbaycan» kimi anti-ədəbi jurnalların belə çapından imtina edə biləcəyi səviyyədə istedadsız müəlliflərin çoxluq təşkil etməyə başlamasıdır. «Alatoran»ın son 5-6 sayında saysız-hesabsız, heç bir bədii keyfiyyəti olmayan şeir və proza nümunələri çap olunmaqdadır. Götürək jurnalın 9-cu sayını.
qapılar açılır
qapılar bağlanır
qapılar açılır bağlanır
qapılar açılır
qapılar bağlanır
açılır bağlanır
qapılar
(H. Bayat)
Və ya:
Eşqə susqun ürəyim
Səni görcək dirçəldi
Əvvəlkitək yaşamaq
Eşq şərbətini dadmaq istədi
(S. Ənnağı)
Yaxud da:
sənə baxdım inanmadım alın yazısın
İnanmadım qara tale qazan əllərə (?)
(Y. Türksəs)…
Mən belə istedadsız, mənasız «şeir» parçalarını heç allahın Elçin Hüseynbəylisinin «Ulduz»unda da oxumamışam. Ümumiyyətlə, AYB kimi, AYO-nun da evini kütləviləşmə yıxdı. Görəcəksiniz, bir-iki ilə AYO, üzvlərinin sayına görə AYB-ni də vurub keçəcək. Artıq bu kütləviləşmə «Alatoran»a da ayaq açıb. Bu jurnal indi «Azərbaycan»dan, «Ulduz»dan çox az fərqlənir.
Yeri gəlmişkən, «Alatoran»ın 9-cu sayında xeyli sıradan hekayələrə də rast gəlmək olar: «Qum» (Z. Quluzadə), «İbişin səfəri» (Ş. Sarıca). Dərd orasındadır ki, artıq «jurnal xatirinə jurnal» təsiri bağışlayan «Alatoran»ın həmin nömrəsində baş redaktor və AYO-nun özünübaşqanı Rasim Qaracanın da bir hekayəsi çap olunub, adı «Ləkə» (olsun ki, hekayənin adında da bir mistika vardır. Mistikaya inanmayana lənət!) Bu hekayəni ən səbrli (və şübhəsiz, savadlı!) oxucu iki-üç abzasdan çox oxuya bilməz. Bir sözlə, ortabab Azərbaycan şairi Rasim Qaraca prozada özünü çox pis «yandırıb». Başqalarına dil, üslub dərsi keçən Rasim bəyin «Ləkə»si məhz dil və üslub açısından ədəbiyyata yaxın qoyulası deyil. «Ləkə»dən beş-altı cümlə oxuyana qədər Mehdi Hüseynin «Qara daşlar»ına gedib gəldim. Eyni hissləri bir dəfə dəfə də – istedadsız, amma tərbiyəli gənc yazıçı Rəşad Məcidin «10 sentyabr» hekayəsini oxuyanda da keçirmişdim.
AYO seriyasından ikinci yazımızın nöqtəsini qoymamışkən Əli Əkbərin «Reytinq» qəzetinin ötən sayındakı müsahibəsində dediyi bir fikrə də münasibət bildirək ki, camaatın qoyun olmadığını anlasın. Əli Əkbər deyir ki, AYO olmasaydı, bizim Sorokindən, Pelevindən xəbərimiz olmayacaqdı. YAP-onçiklərin «Heydər Əliyev olmasaydı, Azərbaycan dağılacaqdı» şüarından ilhamlanmış yoldaş Əli Əkbərin diqqətinə çatdırmaq lazım gəlir ki, internetin, açıq informasiya cəmiyyətinin inkişaf etdiyi bir dönəmdə belə dar düşüncə nümayişi sadəcə, ayıbdır.




Bölmə: 









Postmoderperverperest adlı istifadəçi, Avqust 11, 2007 tarixində, saat 22:51 yazıb:
İlk defe “ideologiya” sözünü işleden Treysi, doqmatik düşünce ve metafizik dünya görüşünden uzaq deyerler bütünü olaraq terif etmişdi onu…
Sonralar Napoleon özü kimi düşünmeyenleri bu mefhum kontekstinde günahlandırdığı üçün sözün ilk menası deformasiya oldu, esline özgeleşdi ve menfi xarakter daşımağa başladı…
İndi müellifin aşağıdakı setirlerini oxuyanda gördüm ki, azerbaycanlı dalana qısılanlar bu sözün lap anasını ağlar qoyub:
“İlk səbəb, şübhəsiz, «Alatoran»ın ideya baxımından bir-birinə zidd yazarların dərgisi kimi meydana çıxmasıdır. Sivil ölkələrin təcrübəsində sağ və sol düşüncəli, liberal və millətçi yönlü yazarların eyni dərgi ətrafında birləşməsi təcrübəsi yoxdur. Nəinki dünyada, heç allahın Türkiyəsində də sol düşüncəli yazar sağçı jurnalda dərc olunmaz və ya əksinə.”
Hörmetli müellif, ideologiyaların doqmalaşmasını yaxşı cehet kimi oxucuya sıramaq sadece, ayıbdır!
Eslinde “Alatoran”da ferqli düşünce terzine sahib müelliflerin iştirakı fexr edilmeli cehetdir.
Dünya praktikası Allah kelamı deyil!
Novarg adlı istifadəçi, Avqust 13, 2007 tarixində, saat 09:08 yazıb:
“Reytinq”in yalanchisiyam, deyir guya Anar bu yaxinlarda terifleyib Astanbeyli`ni, bu yazilar onun neticesidir… Bir de guya M.K. (bunun da adini tam yazmaga deymez, S.B. kimi…) gonderildiyi uchun AYO`dan, Astanbeyli oz aleminde bunun evezini chixir…
Yaxshi, bes a Astanbeyli, her sheyi basha dushduk, o “Ulduz” meselesi nedir…? Özüm ölüm lotusan…-))
rebiqe adlı istifadəçi, Avqust 13, 2007 tarixində, saat 14:59 yazıb:
Elnuru taniyan adamkimi birinci varianta inanmiram, ammaikinciola biler///
Ryabina adlı istifadəçi, Avqust 14, 2007 tarixində, saat 09:41 yazıb:
Alatoran 6 - Rza Kazımi yazıb:
Sevgilim!
Səni “İfel” üstündə görmək istəyirəm
donunu çək yuxarı
və bütün içdiyimiz Viskiləri
işə
şor-şor…
*******************
Alatoran 10 - Yaşar Eəsən yazıb:
Bəlkə də
Parisə gedəcəm
Eyfelə dırmaşacam
Və işəyəcəyəm
Bütün sevgilərə
*******************
Bu da cənublu qardaşlarımızın ən müqəddəs arzusu…tellərindən daha incə…-)
***********************
Alatoran 9 - Divanə Ozan yazıb:
Sidik ifrazı ləngiməsinin müalicəsi
*********************
Bir sözlə, modern ədəbiyyatı yaratmaq istəyinin uroloji-psixoloji problemləri…
Pis mövzu deyil işləmək üçün…Elnur, bunu da yoxla…
Tural adlı istifadəçi, Sentyabr 6, 2007 tarixində, saat 22:31 yazıb:
O eyfel qullesi meselesinde hardasa raziyam…Bizde ele yerler azdir…Ona gore ehtiyac coxdur hardasa…Birde Ironiya var orda ashagida sevgiden danish yuxaridan ise asta-asta