İtaliyanın dünyaca məşhur “Cinecitta” kinostudiyasında dünən güclü yanğın olub. Gecə saatlarında filmlərin dekorasiyalarnın saxlandığı anbarda başlayan yanğın 2000 kvadrat metrik məkanı külə döndərəndən sonra yaxınlıqdakı tikililərə sıçrayıb.
Romanın yanğınsöndürmə xidmətinin rəhbəri Qvido Parisinin dediyinə görə, kinostudiyada ağac və sintetik materiallar yandığından, alovun hündürlüyü 30-40 metrə çatıb.Günorta saatlarında 11 yanğınsöndürmə heyəti və 5 vertolyotun köməyi ilə alovu ram etmək mümkün olub.
Lakin bu ilin aprelində 70 illiyini qeyd etmiş “Cinecitta”ya çox böyük ziyan dəyib. Yanan dekorasiyalar arasında “Amarkord”, “8 1/2″ və daha onlarla kino incisinin xatirə eksponatları vardı.
Dünya kinomatoqrafiyasında “Kino Cənnəti” adlanan “Cinecitta”dakı yanğında kül olan əşyalar arasında Mikelancelo Antionioni, Vittorio de Sika, Federiko Fellini, Sofi Loren, Marçello Mastroyanninin kinoçəkilişlərində istifadə etdiyi çoxsaylı aksessuar və avadanlıqlar da olub.




Bölmə: 








