Qaynar xəbər portalı

“Azərbaycantelefilm” Yaradıcılıq Birliyində şair Əli Kərimin həyat və yaradıcılığından bəhs edən sənədli filmin çəkilişlərinə başlanılıb. Bu barədə APA-ya “Azərbaycantelefilm” Yaradıcılıq Birliyinin direktoru Vüqar Tapdıqlı məlumat verib. Davamı…


Azərbaycanın əməkdar incəsənət xadimi, rəssam Sara Manafova uzun sürən xəstəlikdən sonra 74 yaşında dünyasını dəyişib. Bu barədə APA-ya məlumat verən Azərbaycan Rəssamlar İttifaqının katibi Arif Hüseynov deyib ki, o, bu gün səhər saat 10.00 radələrində vəfat edib. Davamı…


kadr«Şərq-Qərb» kinofestivalının rəsmi açılışına bir aydan az vaxt qaır. İndi ən çox danışılan hansı xarici filmlərin festival çərçivəsində göstərilməsidir. Davamı…


Sevinc ÇılğınSevinc Çılğın

Saat çoxalıb gün artdıqca biz şəhərdən uzaqlaşırdıq. Nə yaxşı ki, şəhərdən qaçmaq ağlıma gəlmişdi. Bu cırhacırda burda qalmaq, od tutub yanmaq axmaqlıq olardı lap. Amma dünənin təsiri hələ də keçməmişdi. Bir az ürəyim bulanırdı, bir az. O da qorxudan. Uşağa qalmaqdan qorxurdum. Ayrı heç nə narahat etmirdi məni. Ərə gedəndə tikilib getmək olardı. Amma onun uşağını saldırmağa gücüm olmazdı. Bir də o uşaq gec-tez doğulmalıdı onsuz da. İndi lazım deyil sadəcə. Ərə gedərəm, uşağı da ər pərdəsi altında böyüdərəm. Hər halda ondan doğulacaq yavrumu abort stolunda qoyub gələ bilmərəm.
Bu günsə baş götürüb gedirəm buralardan. Aldadıram hamını. Elə bilirlər isti qovur məni. Guya dözümüm yoxdu. 1-2 ay gözləyib sonra qayıdacağam. Uşağa qalmasam, qayıdacağam. Yoxsa… Davamı…


“Cənab Prezidentin məni “Şöhrət” ordeni ilə təltif etməsi çəkdiyim zəhmətə, əziyyətlərə verilən yüksək dövlət qiymətidir. Məncə, bundan böyük nailiyyət yoxdur. Prezident mənə “Şöhrət” ordeni verməklə muğam sənətinə böyük dəyər verdiyini bir daha göstərdi”. Davamı…


Azərbaycan prezidenti İlham Əliyev xalq artisti Alim Qasımovu “Şöhrət” ordeni ilə təltif edib. Davamı…


Alim QasımovAlim Qasımov: “İndi yüksəyə yox, dərinə getmək istəyirəm”

Azərbaycanın xalq artisti Alim Qasımovla 50 illik yubileyi ərəfəsində müsahibə

- Alim Qasımov özünü neçə yaşında hiss edir?
- Bu mənim əhvalıma, yaşadığım günə bağlıdır. Baxır, hansı gün necə yuxudan qalxıram, necə yatıram. İndi daha yaşın yox, günlərin fərqi var. Bu gün neçə yaşında olduğumu belə bilmirəm. Davamı…