Qaynar xəbər portalı

Kitab dünyası


“Azərbaycantelefilm” Yaradıcılıq Birliyində şair Əli Kərimin həyat və yaradıcılığından bəhs edən sənədli filmin çəkilişlərinə başlanılıb. Bu barədə APA-ya “Azərbaycantelefilm” Yaradıcılıq Birliyinin direktoru Vüqar Tapdıqlı məlumat verib. O bildirib ki, filmin ssenari müəllifi Aydın Qurbanoğlu, rejissoru Tariyel Vəliyevdir. Filmin çəkilişləri Bakıda və Göyçayda aparılacaq. V. Tapdıqlının sözlərinə görə, filmdə Əli Kərimin həyat və yaradıcılığı haqqında onun həyat yoldaşı Elza xanım və övladları söz açacaqlar. Birlikdə çəkilişləri başlanılan digər sənədli film “Dağlı çörəyi” adlanır. Filmin quruluşçu rejissoru Arif Qasımov, ssenari müəllifi Rafiq Savalan, operatoru Nəriman Şıxəliyevdir. Filmin salnaməçisi Firudin Qurbansoydur. Çəkilişləri Bakıda aparılan filmdə Seyfəddin Dağlının “Bahar oğlu” tamaşasından fraqment də yer alıb. Birlik direktorunun sözlərinə görə, hər iki film yaxın vaxtlarda ekrana çıxacaq.






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (Hələ səs verilməyib)
    Loading ... Loading ...
Şərhlər

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: