Qaynar xəbər portalı

Hüseyn Cavidin həyatından bəhs edən “Cavid ömrü” iki seriyalı bədii filmi ilk dəfə iyunun 15-də nümayiş olunacaq. Anarın ssenarisi əsasında Ramiz Həsənoğlunun quruluş verdiyi film dövlət sifarişi ilə “Yeni Dalğa” Prodüser Mərkəzində istehsal olunub. Filmin bəstəkarı Cavanşir Quliyevdir. Mərkəzin direktoru Rasim Həsənov APA-ya bildirib ki, nümayiş qapalı şəkildə mərkəzdə kino mütəxəssislərinin iştirakı ilə keçiriləcək. Filmin çəkilişinin iki ilə yaxın davam etdiyini vurğulayan R. Həsənov filmdə ümumilikdə 72 aktyorun rol aldığını deyib. Filmdə Hüseyn Cavid rolunu Rasim Balayev, İblis rolunu Məmməd Səfa, Mircəfər Bağırovu Ramiz Novruz, Müşkünaz xanım rolunu isə Dilarə Əliyeva canlandırıb. Filmin laboratoriya işləri İranda, səsyazma işləri isə Sankt-Peterbuqrda aparılıb. Mərkəz direktoru deyib ki, film geniş ictimaiyyətə sentyabrın 5-dən 10-dək keçiriləcək ənənəvi IX “Şərq-Qərb” Bakı Beynəlxalq Kinofestivalı çərçivəsində “Azərbaycan” kinoteatrında təqdim olunacaq. Qeyd edək ki, iki seriyalı bədii film 2 saat 9 dəqiqədən ibarətdir.


Bu gün Kanadada hər il keçirilən beynəlxalq festival çərçivəsində Azərbaycan musiqisi gecəsi keçiriləcək. «TrendLife»ın verdiyi məlumata görə, gecə «İpək yolunda dayanacaq» adlanır. Həmin festival çərçivəsində ilk dəfədir ki, Üzeyir Hacıbəyovun, Qara Qarayevin, Cövdət Hacıyevin, Firəngiz Əlizadənin, Fikrət Əmirovun, Tofiq Quliyevin əsərləri səslənəcək. Davamı…


Azərbaycan Dövlət Film Fondu Bolqarıstan Kino Arxivi ilə əməkdaşlıq edəcək. Bu barədə APA-ya məlumat verən Dövlət Film Fondunun direktoru Cəmil Quliyev deyib ki, hazırda danışıqlar gedir. Davamı…