Qaynar xəbər portalı

Kitab dünyası


Bu gün Kanadada hər il keçirilən beynəlxalq festival çərçivəsində Azərbaycan musiqisi gecəsi keçiriləcək. «TrendLife»ın verdiyi məlumata görə, gecə «İpək yolunda dayanacaq» adlanır. Həmin festival çərçivəsində ilk dəfədir ki, Üzeyir Hacıbəyovun, Qara Qarayevin, Cövdət Hacıyevin, Firəngiz Əlizadənin, Fikrət Əmirovun, Tofiq Quliyevin əsərləri səslənəcək. Konsert ingilis kilsəsi olan Sent-Markada keçiriləcək. Əsərləri Niaqaranın simfonik orkestri ifa edəcək. Solist kimi isə Yeganə Axundova çıxış edəcək. Konsertdə həmçinin Vaqif Kərimov, Natali Roqerson çıxış edəcək. Konsertə dirijorluğu isə əsas təşkilatçılardan biri İsmayıl Hacıyev edəcək.






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (Hələ səs verilməyib)
    Loading ... Loading ...
Şərhlər

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: