«Sürət» filmi ekranlara çıxan kimi aktrisa Sandra Ballok məşhurlaşdı. Bir neçə ay keçdikdən sonra artıq aktrisa ən çox tələb olunan və yüksək maaşlı Hollivud ulduzuna çevrildi. Məhz buna görə də ona həsr olunan yazıların çoxunda belə başlıq verilirdi: «SÜRƏT». Amma hərdən həyat onu döngələrdə sürəti azaltmağa vadar edir… Davamı…

Avq
15
Sandra Ballok- SÜRƏT mələyi
Bölmə: Kino | ≅ 2 şərh var
Avq
15
Ayaz Salayev: «Azərbaycan dilini dünya kinematoqrafına çıxarmaq üçün keyfiyyətli dublyaj tələb olunur »
Bölmə: Xəbərlər | ≅ Şərh yazın
Gələn ilin əvvəllərində yerli kanallarda bütün filmlər azərbaycan dilində nümayiş olunacaq. Bütün filmlər dublyaj olunacaq. Azərbaycan gövlət radio və televiziya verlişlərinin şurasının rəhbəri Nuşirəvan Məhərrəmli söyləyib ki, türk serialları tərcümə olunmayacaq. Çünki buna ehtiyac yoxdur. Hər kəs bu dildə olan filmləri başa düşür. İş ondadır ki, indi mütləq dulyaj üzərində ciddi iş getməlidir. Çünki insanlar nəinki yaxşı filmlərə həm də düzgün tərcüməyə qulaq asmaq istəyir. Ayaz Salayev isə indiki vəziyyətə «TrendLife»a beləcə aydınlıq gətirdi: «Təssüf ki Azərbaycanda dublyaj bir o qədər də ürək açan deyil. İlk növbədə onun səviyyəsini qalıdrmaq lazımdır. Heç olmasa rusiya dublyaj mərkəzinin təcrübəsindən bəhrələnmək olar. O çox yüksək səviyyədədir. İnanın ki, indi dublyaj çox ağrılı yerimizdir. Azərbaycan dilini dünya kinematoqrafına çıxarmaq üçün keyfiyyətli dublyaj tələb olunur». /Trend/








