Qaynar xəbər portalı

Kitab dünyası


Sandra Ballok- SÜRƏT mələyi


Bölmə Bölmə: Kino | Göndər Göndər | Çap et Çap et | 521 oxunma

s-1«Sürət» filmi ekranlara çıxan kimi aktrisa Sandra Ballok məşhurlaşdı. Bir neçə ay keçdikdən sonra artıq aktrisa ən çox tələb olunan və yüksək maaşlı Hollivud ulduzuna çevrildi. Məhz buna görə də ona həsr olunan yazıların çoxunda belə başlıq verilirdi: «SÜRƏT». Amma hərdən həyat onu döngələrdə sürəti azaltmağa vadar edir… Sandra Annet Ballok 1964-cı il, iyulun 26-da Almaniyada anadan olub. 40-a yaxın filmdə rol ifa edib. Onun çəkildiyi məşhur filmlərə «Sürət», «Təbiətin qüvvələri», «Miss Kongeneallıq», «28 gün», «Şəbəkə», «Toqquşma» kimi filmləri misal göstərmək olar.

Ana- əzabların başlanğıcı

s-22000-ci ilin aprelində Sandra Ballokun anası dünyasını dəyişdi. Xelqe Mayerin 63 yaşı var idi. O, çoxdan xəstə yatırdı və hamı onun ölümünə özünü hazırlamışdı, amma yenə də zərbə ağır oldu. Opera tənqidçiləri onu «Almaniyanın Mariya Kallası» adlandırırdılar. Anası Sandranın həyatına güclü təsir etmişdi. O, qızına ilk aktyorluq dərsləri verdi və ona gözəlliyi qiymətləndirməyi öyrətdi. Amma məhz anası onun bir çox əzablarının başlanğıcını qoyub. Gözəl müğənni, Zalsburq operasının solisti, özünə inanan Xelqaya elə gəlirdi ki, qızının həyatını o, həll edə bilər. Onun fikrinə görə, qızının taleyi yalnız və yalnız musiqi ilə bağlı olmalı idi. Və yazıq qıza az qala bələkdən vokal dərsləri və fortepiano tədris etməyə başladılar. Sandranın atası Amerika vokal müəllimi idi. Boş vaxtlarını isə anasının getdiyi yerlərə gedər, pərdə arxasında olar və ya qastrol səfərlərinə çıxardı. Uşaq Amerika və Avropa arasında yaşayırdı. Musiqi alətləri, alqışlar, məşqlər və teatr intriqaları ilə bol olan bu parlaq dünya Sandra üçün adi həyat tərzi idi.

Tənhalıq hər yerdə tənhalıqdır

tenhaliqSandra özü də dərk etmədən özünü dəhşət tənha hiss edirdi. Onun dostları yox idi, musiqiyə isə nifrət edirdi. Not və qammaların bezdirici dərslərindən yayınmaq üçün Sandra əlindən gələni edirdi. 7 yaşında o, «bilmədən» əlinin içini kəsdi, bir il sonra isə musiqi məktəbində imtahanlar ərəfəsində bir oturuma 12 dondurma yedi ki, bu da güclü soyuqdəymə ilə nəticələndi. Bir dəfə ana ilə qız birgə səhnəyə çıxdılar, Sandra Verdinin «Trubadur» operasında kasıb qız rolunu ifa etməli idi. Qəmli faciəni gülünc vəziyyətə gətirmək üçün Sandra əlindən gələni etdi. Sandra səhnədən gedəndən sonra zaldan hələ uzun müddət gülüş səsi gəlirdi. Səhəri gün anası qızı özünü pis apardığına görə opera teatrının rəhbərliyinə cərimə ödədi. Bundan sonra valideynləri birdəfəlik əmin oldular ki, qızlarının musiqiçi kimi gələcəyi yoxdu və ondan əl çəkdilər. 12 yaşında olanda Sandra Amerikaya gedir, əvvəl nənəsi, daha sonra isə anasından ayrılan atası ilə birgə yaşayır. Amma vəziyyət düzəlmir, daha da çətinləşirdi. Onu aksentinə, qapalı olması və utancaqlığına görə lağa qoyan yüzfaizli amerikalı məktəb yoldaşları Sandranı «alman» adlandırırdılar. Və Sandranın «dünyada ən dəhşətli yer» adlandırdığı məktəb arxada qalanda həyatın burulğanına atıldı. O, yaxınları ilə əlaqəni kəsir. 3 semestr ərzində Şərqi Karolina Universitetində hüquq fakültəsində təhsil alsa da, oranı atır və cibində 157 dollar Nyu-Yorku fəth etməyə gedir.

Model, stüardessa, ofisiant və…

ofisiantOnun 22 yaşı var idi. Əvvəlcə model olmaq istəsə də, məlum oldu ki, onun bədən quruluşu heç də dünya standartlarına uyğun deyil. Stüardessa işləmək cəhdi də uğursuz alınır, pulu qurtardığına görə barlarda ofisiant işləməli olur. Elə bu qarmaqarışıqlıqda Sandra aktrisa olmaq qərarına gəlir. Barda qazandığı pulla aktyor kurslarını bitirir və düz yeddi il Hollivud studiyalarına ayaq döyəndən sonra nəhayət ilk rola dəvət alır: «Sevgi şərabı 9» (1991). Televiziyada ilk rolu isə «İşləyən qız» komik serialında olub. Kütləvi səhnələrdə çəkilənlərdən onu fərqləndirən zahirən Culiya Robertsə oxşarlığı oldu. Artıq onun rolları nəzərəçarpan olmağa başladı, Stallone onu «Dağıdıcı» (1993) filmində baş rola dəvət edir. 28 yaşlı aktrisa rolunun öhdəsindən 100 faiz gəldi. Bu filmdə ifa etdiyi rola təriflər söyləndi. Movie Line jurnalı yazırdı: «Ballok çox təbii və xoşagələn oynadı, Stallone, Uil Smit kimi aktyorların kampaniyasından da çəkinmədi. Filmin 70 milyon toplaması da daha çox onun sayəsindədir».

İndi SÜRƏT götürmək olar

suretFilmin çəkilişləri zamanı ona «Sürət» (1994) trillerinin ssenarisini verdilər. Amma filmə çəkilməmişdən əvvəl aktrisa əsl kaskadyor hazırlığı keçməli oldu. «Mən təzə idim və təzələrin bəxti həmişə gətirir. Mən tryük haqqında düşünməmişdən əvvəl bədənim həmin trükü ifa edirdi. Bir dəfə az qala maşının üstündən yıxılacaqdım, amma Kiani Rivz ayağımdan tutub saxladı».
Sandra Ballok döyüş (boevik) janrında ilin “Ən yaxşı” aktrisası elan edildi. Ona «Hollivud qızlarından ən səmimisi» adını verdilər. O, Hollivudda «Kinoulduz №2» adını aldı. Demi Mur birinci idi. Filmin qəhrəmanı polis işçisini oynayan Kiani Rivz olsa da, hadisələrin gedişində Ballokun qəhrəmanı olan Enni birinci plana keçir.
«Sürət» filmi göstərdi ki, Sandra Culiya Robertsə oxşasa da qara saçları, ifadəli qara gözləri, şişkin ehtiraslı dodaqları, arıq yarıuşaq fiquru ilə ekranda tamam fərqli insan tipi yaratdı. Balloka bir neçə dəqiqə baxmaq kifayətdir ki, onun qeyri-adi ağıla və sağlam düşüncəyə malik olduğunu görəsən. 1996-cı ildə aktrisa menecerini qovaraq onun yerinə çoxdan işsiz oturan atasını qoyur. Bunun ardınca aktrisanın imici və həyat tərzi tamamilə dəyişir. Atası Kelvin Klayna qızı üçün bir neçə geyim tikməyi sifariş edir. Təqdimatlardan birinə cinsdə yox, tor geyimdə gələn aktrisa hamını şoka saldı. Bunun ardınca yeni menecer aktrisaya motosikldə yox, limuzində gəzməyi məcbur etdi və onun üçün iki cangüdən tutdu.

Dəyişən ərlər- həyat personajları…

evliOnun sevimli məşğuliyyətlərindən biri alpinizmdir. Bir də çəkiliş meydançasına gələn kimi yaxınlıqda rəqs zalı axtarır. «Rəqs edəndə harmoniya hiss edirəm, daha sərbəst və ifadəli oluram». Onun üçün göbələk və vitçina ilə piççadan dadlı heç nə yoxdur. Həm də təbii soğan ilə! O, internetin böyük fanatıdır. Bir də azbüdcəli müstəqil filmlər çəkməyi xoşlayır. Bunlar aktrisanın çəkildiyi filmlərdən çox fərqlənir. Onlar çoxlu pul gətirmir. Amma onlar incəsənətə daha yaxındır.
20 yaşında qısa müddətə aktyor Jan Mişel Vinsetlə ailə qurur. Sonra onun adı filmərindəki tərəf müqabilləri ilə bir yerdə çəkilir - Teyt Donov və Kiani Rivz. Sonra Kris O Donnol peyda oldu. Daha sonra aktrisa həyatının ən güclü və uzun müddətli bağlılığı olan Metyu Makkonaxi ilə tanış olur. 2 il bir yerdə olan bu cütlük «Öldürmək vaxtıdır» filminin çəkilişləri zamanı tanış olublar. Gözəl günlər keçirən zaman Sandra hiss etdi ki, hamilədir və gələcək ataya xəbəri çatdırmağa tələsdi. Metyu isə hələ ailə qurmağa tələsmirdi və aktrisanın hisslərinin səhv olduğunu öyrənənə qədər susdu. İnciyən Sandra onunla bütün münasibətləri kəsir, amma tez də hirsi keçir. İçki düşgünü olan Makkonaxidən ayrılan aktrisanın növbəti hədəfi Bob Şnayder oldu. Bu siyahıya çoxlarının adı daxil ola bilər. Aktrisa isə ailə qurmaq istəmir…
«Sən yatan zaman» filminin qəhramanı Lüsi də eyni keyfiyyətlərə malikdir. Filmin əvvəlində qatarın altına düşən gənc oğlanı xilas edən Lüsi xeyirxah hərəkətlərinə görə mükafatlandırılır. O, həyatının sevgisi ilə tanış olur və ailə qurur. Bu filmdə aktrisanın fərdiliyi, eyni zamanda həm güclü, həm də köməksiz, cəsur, utancaq, gözəl və ağılsız kimi xarakterləri yarada bilmək istedadı daha qabarıq üzə çıxır. Pərdəarxası uşaqlığına baxmayaraq Sandra bir çox Hollivud ulduzlarından fərqli olaraq karyerasına daha gec başlayıb. Amma aktrisa heç vaxt açıq şəkildə anasının qarasına danışmayıb. «O məni şou-biznesə gətirib» - vəssalam.

Mələklərin yaşı 40-dan artıqdır

sanKim inana bilər ki, Sandra Ballok 40 yaşına çatıb. 40 yaşında Britaniya kanallarının tamaşaçılarından biri Sandranı dünyanın ən gözəl qadını adlandırıb. Razılaşın ki, 40 yaşlı qadınlarla bu çox nadir hallarda baş verir. Onun gözəlliyinin və cazibəsinin sirri nədədir? Bəlkə də gölə baş vuran zaman başını daşla zədələdiyinə baxmayaraq hələ də çox sevdiyi üzgüçülük? Bir sözlə, Sandra Ballok gözəlliyinin sirrini heç kimə açmağa tələsmir.

Gülnar






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (2 səs, təxmini: 5 ilə 5)
    Loading ... Loading ...
Şərhlər

Bu yazı Çərşənbə, Avqust 15th, 2007 tarixində 22:13 radələrində Kino bölməsində yazılıb. Yazını istədiyiniz saytda RSS 2.0 feed xidməti ilə paylaşa bilərisniz. Həmçinin aşağıdan yazıya şərh yaza bilərsiniz.

2 şərh var


  1. Novarg adlı istifadəçi, Avqust 16, 2007 tarixində, saat 15:50 yazıb:

    Bu qizin gulushune benzer gulushu bashqa hech bir qizda gormedim…

    Eshitdiyime gore Asiyadaki sunami zamani Sandra`nin bagishladigi yardim Turkiye`nin bagishladigi yardima beraber olub, texminen 1 milyon dollar…


  2. Şahanə adlı istifadəçi, Avqust 21, 2007 tarixində, saat 15:19 yazıb:

    onu sevirem… menim tipimdir… roberts tipine yaxin… ele ozunu oynayir, rola girmir…

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: