Qaynar xəbər portalı

Aydın Talıbzadə(kübarlıq fenomeni)

Qaloş qara, parıltılı bir cisimdir. Rezindən hazırlanar. Tarixi bir filan qədər. Yağışda, tufanda, qar və çovğunda camaat ondan istifadə edir ki, sürüşməsin, ayaqları su çəkməsin. Kəndistan əhli üçün misli yoxdur. Ancaq heç bir evdə onu içəri buraxmazlar. Çünki yaş olar, palçıq olar. Hara getsə aləmi ləkələr, bulaşdırar. Odur ki, qapıda cütlənib qalar, məlul-məlul sahibini gözlər. Davamı…


Foto“ANALAR VƏ UŞAQLAR ÖLMƏSİN”

AZƏRFOTO AGENTLİYİ və Böyük Britaniyanın Oxfam təşkilatı peşəkar və həvəskar fotoqraflar arasında fotomüsabiqə elan edib.
Fotomüsabiqə Oxfam təşkilatının maliyyələşdirdiyi və Yoxsulluğun Azaldılması üzrə Qlobal Çağırış Azərbaycan Milli Koalisiyasının həyata keçirdiyi “Səhiyyə ilə bağlı Minilliyin İnkişaf Məqsədləri Kampaniyası” layihəsi çərçivəsində keçirilir. Davamı…


Elnur AstanbəyliElnur ASTANBƏYLİ

molodoy25@box.az

Bu həftə rayona getmişdim. Əyalət camaatının xasiyyətidir, Bakıdan gələnləri Nostradamus hesab edirlər. Hamı mənə eyni sualı verirdi: «2008-ci ildə nə olacaq?». Aydındı ki, söhbət prezident seçkilərindən gedir. Açığı, daha məndə belə suallara, məsələn, 2003-cü ildə olduğu kimi, ümid və ehtiras dolu cavab vermək həvəsi qalmayıb. Hətta «hər şey yaxşı olacaq, gələn il irticanı tarixin arxivinə göməyəcəyik» desəydim də, inanan olmayacaqdı. Çünki adamlar əvvəlki kimi sadəlöhv deyillər. O üzdən də əyalət adamlarının bu suallarına eyni cavabı verirdim: «Mən hardan bilim nə olacaq?». Davamı…


Bu gün Azərbaycan prezidenti İlham Əliyev xalq artisti Müslüm Maqomayevi yubleyi münasibətilə təbrik edib. APA-nın məlumatına görə, ölkə başçısının təbrik məktubunda M. Maqomayevin yüksək zövqü, fitri musiqi mədəniyyəti və çoxşaxəli yaradıcılıq qabiliyyəti vurğulanaraq, onun böyük bir dövrün əsl rəmzinə çevrildiyi qeyd olunub. Davamı…


Film Hollandiyada təmsil olunacaq

Yusif Quliyevin ekranlaşdırdığı “Keçid” filmi Hollandiyada keçiriləcək “Şadof film” festivalında da Azərbaycanı təmsil edəcək. “Yeni Dalğa” Prodüsser Mərkəzinin istehsalı olan bu film paralel olaraq Qırğızıstan və Qazaxıstandakı festivallarda da iştirak edəcək. Bu barədə “OLAYLAR”a mərkəzin mətbuat xidmətindən məlumat verilib. Davamı…


Film aktyor sayına görə rekord vuracaq

“Yeni Dalğa” Prodüsser Mərkəzində istehsal olunan “Hüseyn Cavid” filmi artıq ictimaiyyətə təqdim olunmağa başlayıb. Ötən gün sözügedən film kino tənqidçilərinə təqdim olunub. Davamı…


Şəmkirdəki alman kilsəsinin təmirinə başlandı. Mədəniyyət və Turizm Nazirliyinin mədəni irs şöbəsinin rəhbəri Rizvan Bayramovun sözlərinə görə, kilsənin divarları yaxşı vəziyyətdə olduğundan, təmir dam örtüyündən başlayıb. Davamı…


“Yeni Dalğa” prodüser mərkəzində istehsal olunan “Qrinviç meridianından kənarda” filmi artıq hazırdır.

Film bu yaxınlarda ictimaiyyətə təqdim olunacaq. Mərkəzin direktoru Rasim Həsənov bildirdi ki, filmin ssenari müəllifi Kamran Qasımov, rejissoru Yusif Quliyev, bədii rəhbəri Yavər Rzayevdir. Filmdə baş rolu Rəfael İsgəndərov oynayıb. Davamı…


Murad KöhnəqalaMurad Köhnəqala

Eşitdiyimə görə, Yazıçılar Birliyi arı yuvası kimi qaynayır. Ölkənin hər tərəfindən YB-nin xalis üzvü olan yazıb-pozan adamlar dəstə-dəstə Birliyin binasına qalxır, səs-küy salır, yalvarır, dalaşır, dördüncü mərtəbədə qutabla araq içirlər.
İrili-xırdalı yüzlərlə romantik yazıçı-şair prezidentin bu yaxınlarda imzaladığı fərmandan ruhlanaraq hala gəlib. Nə başını ağrıdım, İlham deyib ki, bu prezident seçkiləri qabağı bəstəkarlara, rəssamlara və yazıçılara birillik pul ayırmaq lazımdır. Hamı bilir ki, pul yaxşı şeydir. Davamı…


Nuridə AtəşiNuridə Atəşi: “Qadınlardan əl çəkin!!!”

Müsahibimiz Almaniyada yaşayan həmyerlimiz şairə Nuridə Atəşidir. Onun qadın hisslərinin çılpaq təsvirləri ilə zəngin yaradıcılığı bir neçə ildir, ədəbi dairələrdə mübahisə doğurub. Bizəmlə söhbət zamanı Nuridə xanım son çalışmaları və yaradıcılığı haqda suallarımızı cavablandırıb.

- “Əli və Nino ” əsərinin müəllifinin kimliyi ilə bağlı yeni mübahisələr açılıb. Bir qisim alim əsərin Yusif Vəzir Çəmənzəminliyə məxsus olduğunu desə də, Siz tamamilə başqa mövqedəsiniz. Necə oldu ki, əsərin Məhəmməd Əsəd bəy tərəfindən yazılması qənaətinə gəldiniz?
- 10 il bundan əvvəl mən də elə blirdim ki, bu əsərin müəllifi Çəmənzəminlidir. Lakin Almaniyada olanda hər dəfə söhbətlərimizdə mənə deyirdilər ki, nədən Əsəd bəyə sahib çıxmırsınız? O ki Azərbaycanla Avropa arasında ilk mədəni körpü quranlardandır. Sonradan almancam püxtələşdikdə mən yavaş-yavaş başladım Əsəd bəyi oxuyub tədqiq etməyə. Davamı…