Qaynar xəbər portalı

Kitab dünyası


Bu gün Azərbaycan prezidenti İlham Əliyev xalq artisti Müslüm Maqomayevi yubleyi münasibətilə təbrik edib. APA-nın məlumatına görə, ölkə başçısının təbrik məktubunda M. Maqomayevin yüksək zövqü, fitri musiqi mədəniyyəti və çoxşaxəli yaradıcılıq qabiliyyəti vurğulanaraq, onun böyük bir dövrün əsl rəmzinə çevrildiyi qeyd olunub. M. Maqomayevin bəstəkarlıq fəaliyyətinin şöhrətini daha da artırdığını qeyd edən ölkə başçısı Azərbaycanı vəsf edən məşhur mahnıda sənətkarın doğma diyara olan hədsiz məhəbbətinin əksini tapdığını vurğulayıb: “ Zahirən bir-biri ilə uzlaşmayan xüsusiyyətlər heyrətamiz şəkildə Sizin şəxsiyyətinizdə cəmləşərək, eyni zamanda klassik və estrada musiqisinin ifaçısı, kinoaktyor və opera teatrının solisti, estrada-simfonik orkestrinin təşkilatçısı və ictimai xadim kimi fəaliyyət göstərməyinizə zəmin yaradıb. İfaçılıq və bəstəkarlıq fəaliyyəti ilə yanaşı incəsənətin hər bir sahəsində qüvvənizi sınamaq həvəsinizi “Mənim məhəbbətim melodiya” kitabınız və rəsm əsərləriniz bir daha əyani surətdə nümayiş etdirir. Biz hamımız haqlı olaraq Sizinlə fəxr edirik. Siz artıq bizim canlı tariximizsiniz. İstedadınızın misilsiz yüksəlişinin şahidləri, eləcə də yeni nəslə mənsub azərbaycanlılar Sizi həmişə həqiqi sənətin böyük ustadı kimi dəyərləndirəcəklər”.
Qeyd edək ki, M. Maqomayev 1942-ci avqustun 17-də Bakıda doğulub.






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (Hələ səs verilməyib)
    Loading ... Loading ...
Şərhlər

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: