Qaynar xəbər portalı

Kitab dünyası


DİQQƏT! FOTOMÜSABİQƏ


Bölmə Bölmə: Xəbərlər | Göndər Göndər | Çap et Çap et | 186 oxunma

Foto“ANALAR VƏ UŞAQLAR ÖLMƏSİN”

AZƏRFOTO AGENTLİYİ və Böyük Britaniyanın Oxfam təşkilatı peşəkar və həvəskar fotoqraflar arasında fotomüsabiqə elan edib.
Fotomüsabiqə Oxfam təşkilatının maliyyələşdirdiyi və Yoxsulluğun Azaldılması üzrə Qlobal Çağırış Azərbaycan Milli Koalisiyasının həyata keçirdiyi “Səhiyyə ilə bağlı Minilliyin İnkişaf Məqsədləri Kampaniyası” layihəsi çərçivəsində keçirilir. Layihənin əsas məqsədi Azərbaycanda 2000-ci ilin sentyabr ayında Nyu-Yorkda dünya liderləri tərəfindən qəbul edilmiş Minilliyin İnkişaf Məqsədlərinə çatılması prosesinin sürətləndirilməsinə nail olmaqdan ibarətdir.
Layihə 8 inkişaf məqsədindən 4 və 5-ci məqsədləri hədəf götürmüşdür ki, bunlar da respublikamızda ana və uşaq ölümünün müvafiq olaraq 2/3 və 3/4 azaldılmasına nail olmaq deməkdir.
Müsabiqəyə təqdim olunan və Azərphoto təşkilatının münsiflər heyəti tərəfindən seçilmiş fotomateriallar 2007-ci ilin oktyabr ayında Bakı şəhərində keçiriləcək “ANALAR VƏ UŞAQLAR ÖLMƏSIN” adlı fotosərgidə nümayiş etdiriləcək.

MÜSABİQƏNİN ŞƏRTLƏRİ

• Fotomaterillar müsabiqənin mövzusuna uyğun olmalıdır.
• Müsabiqəyə təqdim olunan lakin münsiflər tərəfindən bəyənilməyən fotolar sərgidə nümayiş etdirilməyəcək.
• Müsabiqəyə təqdim olunan fotomaterillar geri qaytarılmır və Azərfoto agentliyi tərəfindən gələcəkdə müəlliflik hüququ qorunmaqla çap materiallarında və internetdə yayımlanmaq hüququ qazanır.

Müsabiqədə peşəkar-həvəskar fotoqraf və fotoreportyorlar iştirak edə bilər və müsabiqədə iştirak etmək üçün yaş həddi yoxdur. Fotolar rəqəmli və digər vasitələrlə də çəkilmiş ola bilər. Fotoların keyfiyyətli olması arzuolunandır. Sərgidə nümayiş etdirilmək üçün seçilmiş şəkillərə qonorar verilməsi də nəzərdə tutulub.
Fotomaterialların son qəbul vaxtı saat 18:00, 15 sentyabr 2007-ci ildir və yalnız mail@azerphoto.com elektron ünvanında qəbul olunur.
Əlavə məlumatları 447 16 60 nömrəli telefonla ala bilərsiniz.






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (Hələ səs verilməyib)
    Loading ... Loading ...
Şərhlər

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: