Qaynar xəbər portalı

Kitab dünyası


Muxalifət ziyalıları


Bölmə Bölmə: Köşələr | Göndər Göndər | Çap et Çap et | 459 oxunma

Elnur AstanbəyliElnur ASTANBƏYLİ

molodoy25@box.az

Bu həftə rayona getmişdim. Əyalət camaatının xasiyyətidir, Bakıdan gələnləri Nostradamus hesab edirlər. Hamı mənə eyni sualı verirdi: «2008-ci ildə nə olacaq?». Aydındı ki, söhbət prezident seçkilərindən gedir. Açığı, daha məndə belə suallara, məsələn, 2003-cü ildə olduğu kimi, ümid və ehtiras dolu cavab vermək həvəsi qalmayıb. Hətta «hər şey yaxşı olacaq, gələn il irticanı tarixin arxivinə göməyəcəyik» desəydim də, inanan olmayacaqdı. Çünki adamlar əvvəlki kimi sadəlöhv deyillər. O üzdən də əyalət adamlarının bu suallarına eyni cavabı verirdim: «Mən hardan bilim nə olacaq?». Qoy canları çıxsın, özlərinin, övladlarının gələcəyini Qorxmaz Əlilinin torbadan çıxardığı lotoreya daşlarına bağlamaqdan vaz keçib, bayağı teleseriallardan, düşük teleşoulardan, ulduz yarışmalarından vaxt tapıb özləri cavab axtarsınlar.
Biz isə qayıdaq Bakıya. Burada «2008-ci ildə nə olacaq» sualına çoxlu cavablar tapmaq mümkündür.

Flora Kərimova və İsmayıl Ömərov

Onlardan biri vaxtilə Əliyevlər rejiminin ən sərt tənqidçisi idi, digəri bu hakimiyyətin ən murdar məddahı. Əslində İsmayıl Ömərovda heç nə dəyişməyib, elə əvvəlki yaltaq, müti İsmayıl Ömərovdur, hələ üstəlik, «İctimai Televiziya» adı altında tayfa telekanalını idarə edir. Hətta Az. TV belə son vaxtlar İTV-dən daha obyektiv təsir bağışlayır adama.
Amma Flora Kərimova… Mən bu xanım müğənninin İTV-nin saytında İsmayıl Ömərova yağdırdığı tərifləri oxudum, matım-qutum qurudu, əl-ayağım yerdən-göydən üzüldü. Flora Kərimovanın oxumaması oxumasından daha funksional idi, daha ictimai yüklü idi. İndi nə var-nə var, İsmayıl Ömərov onu bir-iki dəfə efirə çıxaracaq deyə, bu adamın çirkli keçmişinə göz yumub, vaxtilə müxalifəti küçə söyüşləri ilə təhqir etməsini unudub haqqında «dəyərli ziyalı», «vicdanlı insan» kimi bəlağətli ifadələr kullanmaq yumşaq desək, ayıbdır.
Bundan sonra Flora xanım istəyir gündə beş dəfə İTV-yə çıxıb yanıqlı-yanıqlı oxusun, nə mənası var? Oxumayanda bizə daha çox lazım idi.

Xalid Əlimirzəyev hardadır?

Vaxt vardı hansı qəzeti açırdın onu görürdün. Hakimiyyətin qabırğasına xoruz səsi eşitməyən, ən radikal tənqidləri Xalid Əlimirzəyev döşəyirdi. Amma bir ildir ki, Xalid müəllimin səsi çıxmır. Bu bir ildə nə baş verib axı? Hakimiyyətin mahiyyəti dəyişib bəlkə? Bəlkə avtoritarizmi hüquqi demokratik dövlət əvəzləyib? Bəlkə Azərbaycanda ədalətli vətəndaş cəmiyyəti qurulub, bizim xəbərimiz yoxdur?
Əlbəttə, bunların heç biri baş verməyib, bəs onda Xalid Əlimirzəyev hardadır? Elə ki, Xalid müəllimin kürəkəni Müdafiə Nazirliyində yüksək vəzifəyə gətirildi, bu müxalifət ziyalısı da səsini kəsdi. İndi onu axtarıb-tapmaq, hakimiyyətin hansısa özbaşınalığına bir cümlə münasibətini öyrənmək müşkül məsələdir. Doğrudan da, insan əvvəl-axır özü olurmuş…

Ramiz Rövşən və Vilayət Eyvazov

Ramiz Rövşənin geniş təqdimata ehtiyacı yoxdur, allah qoymasa, guya müxalifət ziyalısıdır, Vilayət Eyvazovu isə «Viloş» kimi hamı tanıyır, hakimiyyətin cəza maşınının ən qəddar, ən amansız sürücülərindən biridir. Sual doğa bilər: bəs indi onları «və» bağlayıcısı ilə bir-birinə qovuşduran nədir? Desəm inanmazsınız, Ramiz Rövşən və Vilayət Eyvazov eyni filmə məsləhətçi təyin olunub. Film daxili işlər naziri Ramil Usubovun sifarişi ilə çəkilir, özü də Azərbaycan polislərinin qəhrəmanlığından, şücaətindən bəhs edəcək. Demək artıqdır ki, Azərbaycan polisinin şücaəti cibə nəşə atıb adam tutmaqdan, mitinqçiləri eşşək balası kimi çırpmaqdan o yana keçmir. İndi Ramiz Rövşənin belə bir filmə, özü də Vilayət Eyvazovla çiyin-çiyinə məsləhətçilik etməsi heyrət doğurmaya bilməz. Vilayət Eyvazov 2003 seçkilərində səslərinin oğurlanmasına etiraz edən ləyaqətli insanlara divan tutub, onları «Azadlıq» meydanından az qala erməniləri Qarabağdan qovurmuşcasına vəhşiliklə döyüb çıxarandan sonra Ramiz Rövşən repressiyalara qarşı mübarizə komitəsinə sədr olmuşdu, hakimiyyətin «viloş»ların əli ilə cəzalandırdığı, demokratiya savaşına qalxan insanları müdafiə edirdi. Aradan bir neçə il keçib və indi Ramiz Rövşən həmin «Viloş»la birgə demokratiya savaşına qalxan insanları mitilinə çırpan polislər haqqında filmin məsləhətçisidir! Yazıqlar olsun! Mənim başından bəri açıq-aşkar hakimiyyəti müdafiə edən Zəlimxan Yaqublara, Anarlara, Bəxtiyarlara hörmətim birə-beş artdı.
Ən əsası isə, bütün bunlardan sonra doğrudanmı, bilmək çətindir ki, 2008-ci ildə nə olacaq?






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (6 səs, təxmini: 3.67 ilə 5)
    Loading ... Loading ...
Şərhlər

Bu yazı Cümə axşamı, Avqust 16th, 2007 tarixində 20:42 radələrində Köşələr bölməsində yazılıb. Yazını istədiyiniz saytda RSS 2.0 feed xidməti ilə paylaşa bilərisniz. Həmçinin aşağıdan yazıya şərh yaza bilərsiniz.

6 şərh var


  1. ehtiram adlı istifadəçi, Sentyabr 6, 2007 tarixində, saat 01:29 yazıb:

    her kes satildi. iqtidara deyil .nefsine. satilmayanlar kicikler.nefsleri de kicik.nefsleri ve ozleri boyuyende onlar da satilacaklar


  2. pishik adlı istifadəçi, Sentyabr 15, 2007 tarixində, saat 21:04 yazıb:

    cox pis yazidi axi niye bele yazilar yazmisan cenab ASTANBEYLI qorxmursunuz sizi oldurerler…


  3. Araz adlı istifadəçi, Sentyabr 20, 2007 tarixində, saat 01:52 yazıb:

    Mənim başından bəri açıq-aşkar hakimiyyəti müdafiə edən Zəlimxan Yaqublara, Anarlara, Bəxtiyarlara hörmətim birə-beş artdı.
    Bu cumla mana lap lazzat eladi Deyasan anlamisiniz ki,bizda muxalifat yox manfaatbardarlar var.Ala yazi idi…


  4. meni taniyirsan adlı istifadəçi, Sentyabr 26, 2007 tarixində, saat 14:39 yazıb:

    elnur ozunu gozle.
    qaldi ki ziyzlilara
    flora xanimi ilhame ile muqayise et ve shukur et ki efirden o da salam dunya azerbaycanlilari deyib iyrendirmir bizi
    sene ugurlar.chox mentiqe esaslanmisan


  5. Lang lebe das Vaterlad adlı istifadəçi, Mart 8, 2008 tarixində, saat 03:05 yazıb:

    Yazanda bir az da olsun savadli olmaga ve meseleni deqiqlesdirmeye calisin.Adini hallandirdiginiz Xalid Elimirzeyivin kurekeni 20 ildir Azerbaycanin herbi sisteminde yuksek vezifeler tutur.Rusiyada tehsil almis ve layiq oldugu vezifeni dashiyan bir insanin qaynatasi muxalifetchi olub sonra muxalifetin verdiyi sozu tutmamasi sebebinden onlardan uzaqlashirsa buna don geyindirmek yox,sizin ne savadiniz,ne de menevi imkanlarinizin yol vermediyi bir shekilde,agilla,herterefli dushunub,analiz edib meselenin neden ibaret oldugunu bilerek movqe numayish etdirmek lazimdir.Yeqin bu sadaladigim xususiyyetleri ozunuzde cemleshdirmeye omrunuz yetecek qeder cavansiniz.Bir az dushunun…


  6. Sarxan adlı istifadəçi, Mart 8, 2008 tarixində, saat 06:26 yazıb:

    Çox təəssüflənirəm ki, bu yazını vaxtında oxumamışam. Əla yazıdır, hələ bir çox başqalarından da danışmaq olardı. Bu yerdə deyirlər ki: “Dəxi kim qaldı, xudaya, bu vilayətdə bizə…”
    Eşq olsun, Elnur bəy!

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: