Qaynar xəbər portalı

v-1“Taleyə az inanıram…özümə isə daha az!”

O, 25 yanvar 1938-ci ildə Moskvada hərbçi ailəsində anadan olub. Dünya müharibəsi illərində anası Nina Maksimovna ilə birgə Orenburqa deportasiya olunur. 1943-cü ilin yayında yenidən Moskvaya dönürlər.
13 yaşından başlayaraq Vısotskiy dərslərə getməməyə və dostları ilə məclislər düzəltməyə, kart oynamağa başlayır.
1955-ci ildə Vısotskiy orta məktəbi bitirir və Moskva Mühəndis İnşaat İnstitutuna daxil olur, lakin oxumayaraq oranı tərk edir. Bir il sonra 1956-cı ildə Nemiroviç-Dançenko adına Moskva Bədaye Teatr studiyasının aktyorluq fakultəsinə daxil olur. İkinci kursda studiyada İza Meşkova ilə tanış olur və 1957-ci ilin payızında yataqxanadan onun evinə köçür. Davamı…


FestivalSentyabrın 5-dən 10-dək IX “Şərq-Qərb” Bakı Beynəlxalq Kinofestivalı keçiriləcək. Festivalın təşkilat komitəsindən APA-ya verilən məlumata görə, Kinofestivalda ötən illərdə olduğu kimi, əsasən uğurlu ekran taleyinə malik filmlər göstəriləcək. Davamı…


MMBu gün Azərbaycanın görkəmli musiqiçisi, Azərbaycan və SSRİ-nin xalq artisti, uzun illərdir, Moskvada yaşayan həmyerlimiz Müslüm Maqomayevin 65 yaşı tamam olur. Davamı…


Qan TuralıQan Turalı

Bəxtiyar Vahabzadənin 82 yaşına

Şam əgər yaşamır demək
Şamın yaşamağı yanmağındadır

Bəxtiyar Vahabzadə

Dünənki “Yeni Müsavat” qəzetində oxuyuruq: “Bu gün ünlü şairimiz Bəxtiyar Vahabzadənin doğum günüdü. Çağdaş Azərbaycan ədəbiyyatının və dövrümüzün ən görkəmli simalarından olan Bəxtiyar Vahabzadə həm də milli məfkurənin parlaq daşıyıcılarından biridi. Yaradıcılığı büsbütün milli ruhdan yoğrulan böyük şairimizin əsərlərinin qayəsini həmişə Vətənə, xalqa, onun dilinə və tarixinə sonsuz və səmimi sevgi, təmənnasız sayğı təşkil edib”. Doğrudan da elədir, başqa sözə hacət yox. Davamı…


xırdapara qeydlər

Aliyə

İlk növbədə çox maraqlı bir əhvalatı yazmaq istəyirəm. Bu əyalətin mədəniyyətə münasibətinə aiddi. Hələ keçən əsrin ortalarında mənim ulu nənəm, yəni babamın anası körpə nəvələrini əzizləyərmiş. Çox qəribə sözlərlə. Kəndə təzə gəlmiş sözlərlə: «Ay mədəni, ay kolxoz, ay sovxoz, ay briqadir balam…» Qulağı təzə söz eşitmiş ulu nənəm bu sözü nəvəsinə aid edəndə ağlına da gəlməzmiş ki, ilin günün bu vaxtı nəticə - mən bu yazını yazacam və ondan bəri Azərbaycan əyalətlərində mədəniyyət bu əzizləmədən uzağa getməyəcək. Davamı…