Qaynar xəbər portalı

Kitab dünyası


FestivalSentyabrın 5-dən 10-dək IX “Şərq-Qərb” Bakı Beynəlxalq Kinofestivalı keçiriləcək. Festivalın təşkilat komitəsindən APA-ya verilən məlumata görə, Kinofestivalda ötən illərdə olduğu kimi, əsasən uğurlu ekran taleyinə malik filmlər göstəriləcək.

Festivalın açılışı Azərbaycan Dövlət Akademik Opera Balet Teatrında gerçəkləşəcək. Filmlər “Azərbaycan” kinoteatrında və “İbrus” teatrının kinozalında nümayiş etdiriləcək. Sentyabrın 10-da “Azərbaycan” kinoteatrında keçiriləcək qapanış mərasimində “Qadınlıq rəmzini tərənnüm edən ən yaxşı obraz”, “Kişilik rəmzini tərənnüm edən ən yaxşı obraz”, “Bəşəriyyətə ən humanist göndəriş”, “Dünya kinosunun inkişafındakı xidmətlərinə görə” nominasiyaları üzrə mükafatlar təqdim ediləcək. Bu il festivalda Azərbaycandan “Üç qız” (rejissor Murad İbrahimbəyov-2006), “Məhkumlar” (rej. Mehriban Ələkbərzadə-2007), “Cavid ömrü” (rej. Ramiz Həsənoğlu-2007), Ukraynadan “Çayın kənarında” (rej. Eva Neyman-2007), Rusiyadan “Şəxsi heç nə” (rej. Larisa Sadilova-2007), “Sadə şeylər” (rej. Aleksey Poqrebski-2006), “Ev heyvanları ilə səyahət” (rej. Vera Storojeva-2007), İrandan “Məcnun söyüd” (rej. Məcid Məcidi-2005), Türkmənistandan “Manqurt” (rej. Xocaqulu Narliyev -1990), Bolqarıstandan “Oktyabr sərçələri” (rej. Anri Kulyov-2006), Gürcüstandan “Rus üçbucağı” (rej. Aleko Tsabadze-2007), Qazaxıstandan “Yol gözətçisinin qeydləri” (rej. Janabek Jetiurov-2006), Türkiyədən “Dondurmam qaymaq” (rej. Yüksel Akın-2006), Fransadan “Flandriya” (rej. Bruno Dümon-2006) filmləri nümayiş olunacaq. Festival günlərində “Milli kino-böyük ekrana yol” mövzusunda dəyirmi masa, gürcü filmlərinin retrospektivi, Uşaq Filmləri Festivalı və tamaşaçıların kinematoqrafçılarla görüşləri keçiriləcək. Gürcü filmlərinin retrospektivinə rejissor Eldar Şengelayanın “Qeyri-adi sərgi”, rejissor Georgi Xaindravanın “Xəyallar məzarlığı”, rejissor Georgi Şengelayanın “Qatar gedirdi” filmləri daxil edilib. Festival Azərbaycan hökumətinin, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Beynəlxalq Bankının dəstəyi ilə keçirilir.






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (Hələ səs verilməyib)
    Loading ... Loading ...
Şərhlər

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: