Ömrün uzun olsun, Ustad!
Yazar: Qan Turalı | Bölmə: Ədəbiyyat | Tarix: 17 Ağustos, 2007Bəxtiyar Vahabzadənin 82 yaşına
Şam əgər yaşamır demək
Şamın yaşamağı yanmağındadır
Bəxtiyar Vahabzadə
Dünənki “Yeni Müsavat” qəzetində oxuyuruq: “Bu gün ünlü şairimiz Bəxtiyar Vahabzadənin doğum günüdü. Çağdaş Azərbaycan ədəbiyyatının və dövrümüzün ən görkəmli simalarından olan Bəxtiyar Vahabzadə həm də milli məfkurənin parlaq daşıyıcılarından biridi. Yaradıcılığı büsbütün milli ruhdan yoğrulan böyük şairimizin əsərlərinin qayəsini həmişə Vətənə, xalqa, onun dilinə və tarixinə sonsuz və səmimi sevgi, təmənnasız sayğı təşkil edib”. Doğrudan da elədir, başqa sözə hacət yox.
Təbrik davam edir: “Sovet dövründə milli ruhun və dilin təbliğinə görə təqiblərə məruz qalsa da, heç vaxt öz əqidəsindən dönməyən şair indi də eyni yolun yolçusu, bütöv Azərbaycan ideyasının yorulmaz təbliğatçısıdı”.
Doğrudan da maraqlı məsələdir. Buna görə Bəxtiyar müəllimin şəxsi saytını açıb onun mənalı ömrünü bir daha vərəqlədim. Açığı, məni Bəxtiyar müəllimin Sovet dövründə məruz qaldğı təqiblər maraqlandırırdı. Sən demə, Bəxtiyar müəllim Sovet vaxtı elə təqiblərə məruz qalıbmış ki, Hüseyn Cavid onun yanında toya getməli imiş. “Bəxtiyar Vahabzadə bədii yaradıcılığa ikinci cahan müharibəsi illərində başlamış, 1945-ci ildə Yazıçılar İttifaqının üzvlüyünə qəbul olunmuşdur. Məhsuldar bədii yaradıcılıqla yanaşı, B.Vahabzadə 40 ildən artıq Universitetdə dərs demiş, 1990-ci ildən təqaüdə çıxmışdır. 1980-ci Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir”. Zarafat-zad eləmirəm. Hamısı Bəxtiyar müəllimin saytından götürülüb. İkinci Dünya Müharibəsindən sonra yaradıcılığa başlamaq bilirsinizmi necə böyük əzab və əziyyət tələb edir. Yaradıcılıq ümumilikdə əzabdır, amma müharibədən xüsusən də II Dünya Müharibəsindən sonra yaradıcılığa başlamaq əsl cəhənnəmdir. Kamyunun “Sizif”i kimi bir şeydir. Universitetdə dərs demək isə həqiqətən çox ağır işdir. Qrupun 25 nəfərinin 22-si qız olan filologiya fakultəsində dərs demək sizə asan gəlməsin. Elmlər Akademiyasına müxbir üzv seçilmək sizə asan gəlməsin. Hələ mən Soçi və Kislovodsk sürgünlərini demirəm.
Sovet hökumətinin nə qədər antihumanist və qəddar olduğu bu sətirlərdən bir daha ortaya çıxır. Bəxtiyar Vahabzadə 1974-cü ildə əməkdar incəsənət xadini, 1975-ci ildə respublika, 1984-cü ildə isə SSRI Dövlət Mükafatı laureatı adlarına layiq görülmüşdür. 1985-ci ildə ona “Xalq şairi” adı verilmiş, 1995-ci ildə isə Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizəsində xüsusi xidmətlərinə görə “İstiqlal” ordeni ilə təltif edilmişdir. Adama bu qədər təqib eləyərlər? Amma heç şübhəsiz ki, Bəxtiyar müəllim üçün ən ağır təzyiq “Leninlə söhbət” poemasıdır. Bu poemanı müəllifə KQB zindanlarında yazdırıblar.
Sonra “Azərbaycan xalqı, xüsusən gənc və orta nəsil, bizlər indi də onun qiymətli əsərlərindən, bu əsərlərdə təbliğ olunan sap-sağlam milli ideya xəttindən yararlanırıq. Heç şübhəsiz, Vahabzadənin zəngin ədəbi irsi xalqımızın əvəzsiz və qiymətli sərvəti olaraq qalacaq. Çünki həmişə Bəxtiyar ucalığı, Bəxtiyar zirvəsi olacaq” cümlələri gəlir. Heç şübhəsiz ki, Azərbaycan xalqı Bəxtiyar müəllimin ömür yolundan yararlanır, onun ideyalarını davam elətdirir. Bu yüz faiz belədir.
Mən də Rauf Arifoğlu və “Yeni Müsavat”çılara qoşularaq “sevimli şairimizi doğum günü münasibətilə təbrik edir, ona cansağlığı, ömrünün yerdə qalan hissəsində daha mənalı anlar, yeni yaradıcılıq uğurları arzu edirik. Allah Sizi xalqımıza çox görməsin, Bəxtiyar müəllim!”.






Yüklənir...
Eh, ay Tural, indi eline soz azadliqi dusub hamini yixib-suruyursen… o dovrun ab-havasini yasamaq lazimdi onlari basa dusmek ucun…
Vabahzadeni mudafie elemek kimi cixmasin, amma onun xidmetlerinin ustunden qara xett cekmek senin, menimm qisasi hec ne etmeyen birinin haqqi deyil… Ilhame ancaq Floranin qabaqinda danisa bilmir, niye? Anara shestle Ekrem cavab vere biler, niye? Bir-birlerinin cikine de beleddiler, bikine de…
Bu barede dusunmek lazim, genc tenqidci oqlan… Bu gun uf demeden Bextiyari, Anari, o birini, bur birini ayaq altina atib ironiya edirsense, sabah senin yazdiqlarina ne deyileceyini dusunursenmi hec olmasa herden bir?
Yeri gelmisken, cox esidirem ki, “Gulustan” KQB tezyiqinin mehsuludu. Bunun normal tesdiqini haradan oxuya bilerem?
hormetli Qan_Tural cox aktual olan bir meseleden behs etmishdir…Bu meqale ozuden yalanci dissident obrazi yaratmaq isteyen insanlara verilen cox gozel bir cavabdir !
Gülməli söhbətdi….Bəxtiyar Vəhabzadə Azərbaycanın gəlib-keçmiş ən yaxşı sairlərindən biridir…Yəqin qan_turalı bəy “Leninlə söhbət”-dən başqa şeir oxumayıb….(B.V-in)
qan tural.belkede doslar haqlidi!belkede nobel mukafatini verenler chashiblar.belkede dunya istiyir bizi dfansin.a kishi bes niye bu qeder adam chashir bizim qocaman debiyatcilarimiz chashmirlar mutleq.he azerbaycan edebiyatini dunya taniyir.frans edebiyati danishanmir bizim yanimizdaaaaaaaaaaa