Qaynar xəbər portalı

Kitab dünyası


v-1“Taleyə az inanıram…özümə isə daha az!”

O, 25 yanvar 1938-ci ildə Moskvada hərbçi ailəsində anadan olub. Dünya müharibəsi illərində anası Nina Maksimovna ilə birgə Orenburqa deportasiya olunur. 1943-cü ilin yayında yenidən Moskvaya dönürlər.
13 yaşından başlayaraq Vısotskiy dərslərə getməməyə və dostları ilə məclislər düzəltməyə, kart oynamağa başlayır.
1955-ci ildə Vısotskiy orta məktəbi bitirir və Moskva Mühəndis İnşaat İnstitutuna daxil olur, lakin oxumayaraq oranı tərk edir. Bir il sonra 1956-cı ildə Nemiroviç-Dançenko adına Moskva Bədaye Teatr studiyasının aktyorluq fakultəsinə daxil olur. İkinci kursda studiyada İza Meşkova ilə tanış olur və 1957-ci ilin payızında yataqxanadan onun evinə köçür. 1958-in mayında isə cavanlar toy mərasimi keçirirlər. Ancaq cavan ərin tez-tez gənclərlə ünsiyyəti ailədə mübahisələrə səbəb olurdu.

Kino həyatı

v-21961-ci ilin payızında Leninqradda «713-cü eniş tələb edir» filmində epizodik rola çəkilən zaman aktyor cavan kino aktrisası Lyudmila Abramova ilə tanış olur. Sonralar aktrisa xatırlayırdı: «Mən onu qətiyyən tanımırdım. Bilmirdim ki, o, aktyordur. Heç nə bilmirdim. Qarşımda yalnız içkili adamı görürdüm. Mən fikirləşəndə ki, onun yanından necə keçim, o, yaxınlaşdı və məndən pul istədi. Yağışlı Leninqrad axşamının soyuğuna baxmayaraq onun əynində köynək var idi və yaxasının düymələri də qırılmışdı. Mən nədənsə dərhal başa düşdüm ki, bu insana kömək etmək lazımdır. Administratordan pul istədim - o, isə imtina etdi. Sonra mehmanxanada yaşayan tanışlarıma müraciət etdim - faydası olmadı. Onda nənəmdən mənə qalmış qızıl üzüyümü ona verdim. Sonra Vladimirə nəsə oldu. Restoranda nəsə xoşagəlməz səhnə yarandı. O, qab-qacaqları sındırdı. Onu nə milisə verdilər, nə mehmanxanadan qovdular, nə də studiyaya xəbər verdilər. Vladimir üzüyü restorana qoydu və dedi ki, səhər onu alacaq. Bundan sonra o mənim nömrəmə qalxdı və biz orda taniş olduq.»
Bu görüşdən bir neçə gün sonra Vısotskiy dostuna teleqram yazdı: «Tez gəl. Sovetlər Birliyinin ən gözəl aktrisası ilə evlənirəm.» 1962-ci ilin noyabrında Abramova ilə Vısotskinin oğlu Arkadiy anadan olur. Bir il sonra arvadı ərinə deyəndə ki, onların yenə uşaqları olacaq, Vısotskiy bunun əleyhinə çıxır, ona görə ki, işsiz və pulsuz qalırdı. Ancaq avqustun 8-i onların Nikita oğlu dünyaya göz açır.
1960-cı ildə studiyanı bitirdikdən sonra A.S.Puşkin adına Moskva Dram teatrında və bir neçə aylıq Moskva Miniatür Teatrında çalışır. Məhz bu vaxtdan filmlərə çəkilməyə başlayır.

İlk mahnılar

v-31960-61 ci illərdə onun ilk mahnıları çıxır. 1964-cü ildə V.Vısotskiy Taqankadakı Moskva Dram və Komediya Teatrına qəbul olur və 1980-ci ilə kimi burada işləyir. 1966-cı ildə aktyor S.Qovoruxinin «Vertikal» filminə çəkilir. Çəkiliş iştirakçılarından biri belə xatırlayır: «Vısotskiy «İtkol» mehmanxanasının 317-ci nömrəsində qalırdı. Bütün gecə mahnı oxumalar, gəzintilər. Səhər günəş çıxan kimi Qovoruxin çağırır: işləmək vaxtıdır. Ancaq Volodyani qaldırmaq mümkün deyil. Belə hallarda Hüseyn Zalixanova (İnstruktor-alpinist) ehtiyac yaranırdı.
Qızlar Vısotskinin dalınca sürü ilə qaçırdılar. Çəkilişlərdən sonra Leninqraddan məktub gəlir: «Hamiləyəm» Vısotskinin arvadı bu haqda eşitmək belə istəmirdi. Bu hadisələri arvadı görürdü və onu rəqibinə qısqanırdı. Bundan başqa Vısotski bu vaxt ərzində Taqanka Teatrında işləyən aktrisa Tatyana İvanenko ilə qızğın sevgi romanı yaşayır və Nastya adlı qızı anadan olur. Bir il sonra aktyor Moskva Bədaye Teatr studiyasının yataqxanasında yaşayan gənc tələbə qızın üçüncü mərtəbədə yerləşən otağına dırmaşır. Abramova ilə nigah onu qane etmirdi. Vısotskiy dostu V. Zolotuxinə deyir: «Mən öz uşaqlarımı görmürəm. Onsuz da sevmirlər məni. Həftədə onlara yalnız yarım saat baxa bilirəm, onda da birini küncə qoyuram, iş gördürürəm, onlar da çığırırlar. Məgər bu tərbiyədir? Hə, arvadımla da yaxşı deyiləm. Altı ildir bir yerdəyik, amma normal yemək yeyə bilmirəm, təmiz geyinmirəm…»
19 iyun 1967-ci ildə Beşinci Moskva kinofestivalında işləyərkən Vısotskiy fransız aktrisası Marina Vladi ilə tanış olur. O, Taqankadakı teatra «Puqaçov» tamaşasına baxmağa gəlir. Sonra Fransalı kinoaktrisanı səhnə arxasına dəvət edirlər. Festivalın bağlanış mərasimində Vısotskiy aktrisa Vladini gözdən qoymur və onu tez-tez rəqsə dəvət edir. Bu vaxt ərzində aktrisa Vladi rumın aktyoru Kristo Avram ilə roman yaşayırdı. Vısotskiy isə fürsəti əldən verməmək üçün tanışlarından da xahiş etmişdi ki, onu görsələr mehmanxanadan uzaqlaşdırsınlar.
Bir ildən sonra hər şey dəyişdi. 1968-ci ilin yayında aktrisa filmə çəkilmək üçün yenə Sovetlər Birliyinə gəlir və Moskvada dostlarının evində qalır. Vısotskiy onu tapır və açıq-aydın bildirir ki, onsuz yaşaya bilmir. Vladi də razılıqla cavab verir: «Hisslərimizin dərinliyini anlamaq üçün bütün gecə bizə bəs etmədi. Biz sevgidən başqa heç bir şey olmayan sonsuz boşluqda batırdıq.»
Vısotskinin qanuni arvadı Lyudmila Abramovanın reaksiyası təbii ki, əvvəl-axır özünü biruzə verməliydi: «Sonda güc toplayıb aktyoru tərk etməyi qərara aldım. Amma yolum çətinliklərlə dolu idi. Ayaqlarım getsə də, ürəyim burada qalırdı. Bilmirdim necə edəcəm. Onu hamı sevirdi. O, artıq Vısotskiy olmuşdu.»

İçki düşgünlüyü

Aktyorun içməyi onu dəfələrlə alkoqolizmdən mualicə üçün yatağa salır. Möhkəm içdiyi günlərin birində- 24 yanvar 1970-ci ildə Vladimir Marina Vladini döyür və az qala boğur. Amma bu hadisə belə, həmin ilin dekabırın 1-də onların nigaha girməsinə mane olmur. Bir ay sonra Vladimir yenidən içir. Vladi əşyalarını yığıb Fransaya uçur: «Onda mənim hövsələm elə də çox deyildi. Mən yazıb qoydum və qaçdım: «Məni axtarma». 1978-ci ildə Vladinin Vladimiri əyyaşlığı və narkomanlığına görə görməyə gözü yox idi. Bu vaxt Vısotskiy Toxucu İnstitutunun 17 yaşlı tələbəsi Aksana Afanasyeva ilə tanış olur. 23 iyul 1980-ci ildə Vısotskiy Vladi ilə sonuncu dəfə telefonla danışır. Və o, qərara gəlir ki, 29 iyulda Parisə uçsun. Elə həmin günlərdə Vladimir Aksanaya evlənmək təklifi edir. Amma… artıq gec idi: Parisə uçmaq da, gənc və gözəl Aksana ilə evlənmək də… 25 iyulda Vısotskiy ölür.

Onun yaratdıqları

1960-61-ci illərdə onun ilk mahnıları çıxmağa başlayır. O, Voznesenskinin şeirləri əsasında hazırlanmış «Antimirlər», «Üzünüzü qoruyun» tamaşalarında oynayır. «Dünyanı lərzəyə salan on gün» (Ridunun şerlərinə), «Eşidin» (Mayakovskinin şerlərinə), hərb mövzusunda «Yıxılmışlar və dirilər» tamaşalarını oynayır. Vısotskiy həmçinin B.Brext piyeslərinin qəhrəmanlarını oynayır. S.Yeseninin dramatik «Puqaçov» poemasında Xlopuşa, A.Çexovun «Albalı bağında» Lapaxini oynayır. Vısotskinin sonuncu premyerası 1979-cu ildə «Cinayət və cəza» (F.Dostoyevski) tamaşasındakı Svidriqaylov rolu olur. Ancaq Vladimir Vısotskinin teatrda ən məşhur işlərindən biri Şekspirin «Hamlet»idir (1971). Bu rolu aktyor 317 dəfə oynayır.
1965-ci ildən isə Vısotskiy səhnədə oxumağa başlayır. İlk dəfə solo konsertini Leninqradın «Şərq» klubunda verir. 1967-ci ildə «Vertikal» filmində mahnı oxuyur. Aktyor kimi Vısotskiy 30-a yaxın bədii və televiziya filmlərinə çəkilir. «Tayqanın sahibi» (1968), «Dördüncü» (1972), «Pis yaxşı insan» (1973), «Çar Pyotrun ərəbi necə evləndirməsi barədə rəvayət» (1976).
Kinoaktyor kimi Vısotskiyə uğur gətirən rollar «Görüş yerini dəyişmək olmaz» (1979) və «Balaca faciələr» (1980) filmlərindəki Jeqlov və Don Quan obrazları olur.
1960-70 ci illərdə aktyor bir çox filmlərdə mahnı oxuyur.
1972-ci ildə xaricə getmək imkanı qazanır. Kanadada, ABŞ-da, Almaniyada, Fransada və başqa ölkələrdə olur. Fransada Vısotskinin üç müəllif diski çıxır.
O, 600-dən çox şeir yazıb və onların yarısını mahnıya çevirib, teatrın səhnəsində 20-dən çox tamaşa oynayıb, 30-a qədər kino və televiziya tamaşalarında rollar və 8 radio tamaşasında, 5 plastinkada səsi yazılıb. Bütün ölkəni konsert proqramları ilə gəzib. Sonuncu konserti 16 iyul 1980-ci ildə Kalininqradda baş tutub.
Onu dissident, böyük şair, bəstəkr, müğənni, aktyor, milyonların sevimlisi və kumiri, ən nəhayət, Brejnevin dostu adlandırırlar.
O, sadəcə həyatı balaca faciələr içində itib-batan Böyük İnsan idi.
Hazırladı: Əlizadə Əli






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (2 səs, təxmini: 2 ilə 5)
    Loading ... Loading ...
Şərhlər

Bu yazı Cümə, Avqust 17th, 2007 tarixində 19:26 radələrində Musiqi bölməsində yazılıb. Yazını istədiyiniz saytda RSS 2.0 feed xidməti ilə paylaşa bilərisniz. Həmçinin aşağıdan yazıya şərh yaza bilərsiniz.

4 şərh var


  1. yaya adlı istifadəçi, Avqust 18, 2007 tarixində, saat 01:43 yazıb:

    visotski axina qarshi getmeyi bacarib. daha dogrusu, bu adamin tebieti bele olub


  2. rebiqe adlı istifadəçi, Avqust 19, 2007 tarixində, saat 01:33 yazıb:

    agrili ve maraqli bir heyat hekayesi… qadinlarla munasibetine gelince, bu qaydadir, dahileri hami sevir, amma onlara qatlashmaq hech de asan olmur…


  3. Şahanə adlı istifadəçi, Avqust 21, 2007 tarixində, saat 18:17 yazıb:

    Istedad hemise etrafina basqalarini toplayir. Istedadli oqrular bele.
    visotskini dinlemeyi sevirem…

    amma belesi ile yasamaq musibet olardi..-))


  4. rebiqe adlı istifadəçi, Avqust 21, 2007 tarixində, saat 22:41 yazıb:

    amma maraqli musibet olardi - hemioshe xatirlayacagin bir shey

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: