Qaynar xəbər portalı

Kitab dünyası


Dahi cazmen Rouç öldü


Bölmə Bölmə: Xəbərlər | Göndər Göndər | Çap et Çap et | 221 oxunma

jazzDünyanın ən böyük caz musiqiçilərindən biri olan 84 yaşlı Maks Rouç dünən Nyu-Yorkda vəfat edib.
“Blue Note Record” şirkətindən verilən məlumata görə, cazmen uzun sürən xəstəlikdən sonra Manhettendəki hospitalda dünyasını dəyişib.Artıq 30 yaşında o, caz musiqisində dünyanın ən böyük zərbçisi sayılırdı. Daha sonra isə Maks Rouç novator, müəllim, dahi kimi məşhurlaşdı. O, 1940-cı illərdə “bibop” stilini yaradanlardan biri, adi barabançını cazda sadəcə, fon yaradandan tammənalı solistə döndərən şəxsdi.
Onun solo ifaları tarixə düşərək əfsanələşib.
16 yaşında caz-bənddə saksafonçu Çarli Parker və şeypurçu Dizz Gillespi ilə debüt edən Rouç 23 il sonra dünyanın ən nüfuzldu 100 cazmeni tərəfindən “Bütün zamanların ən yaxşı zərbçisi” kimi tanındı.
1980-ci ildə “Dowbeat” dərgisinin “Şöhrət Zalı”nda yer alan Rouç 15 il sonra “Grammy”nin “Şöhrət Zalı”nda fəxri podiuma layiq görüldü.
1988-ci ildə isə M.Rouç “McArthur Fellowship” fondu tərəfindən “Dahilər üçün Qrant” proqramı çərçivəsində $372.000 almış ilk cazmen olmuşdu.






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (Hələ səs verilməyib)
    Loading ... Loading ...
Şərhlər

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: