Sentyabrın 6-dan 12-dək Kazanda “Qızıl minbər” III Beynəlxalq müsəlman kinosu festivalı keçiriləcəkdir. Festivalda 40 ölkədən 150 film nümayiş etdiriləcəkdir. Təqdim olunan filmlər içərisində azərbaycvanlı rejissor Mehriban Ələkbərzadənin “Məhkumlar” filmi də vardır. Filmdə əsas hadisələr Umbakı kəndində cüzam xəstəliyinə tutulmuş insanlar ətrafında cərəyan edir.
Çingiz Abdullayevin “Məhkumların cənnəti” əsəri əsasında hazırlanan filmin operatoru Kənan Məmmədov, rəssamı Rafiz İsmayılov, bəstəkarı Aqşin Əlizadədir.
“Məhkumlar” filmi sentyabrda Bakıda keçiriləcək “Şərq-Qərb” və Moskvada təşkil olunacaq “Listopad” kinofestivallarına da təqdim olunmuşdur.




Bölmə: 








