Bakı Uşaq Teatrı heyvanxana həyatından bəhs edən “Heyvanxanada” adlı yeni tamaşa hazırlayır. Teatrın rəhbəri İntiqam Soltan bildirmişdir ki, tamaşa üçün seçiləcək heyvanların bir hissəsi yırtıcı heyvanlar olacaqdır. Artıq heyvanxananın rəhbərliyi ilə danlşıqlar aparılmış və razılıq əldə edilmnişdir. Gələn aydan tamaşanın məşqlərinə başlanacaqdır. İndi azyaşlı tamaşaçılar səhnədə aktyorların çıxışı ilə yanaşı müxtəlif heyvanları da görə biləcəklər.
Heyvanların qəfəsdə saxlanması üçün teatrın səhnəsində müvafiq dekorasiyalar hazırlanmışdır.




Bölmə: 








