Qaynar xəbər portalı

Kitab dünyası


“Yeni Dalğa” Prodüser Mərkəzində istehsal olunan “Cavid ömrü” iki seriyalı bədii filmi və “Qrinviç meridianından kənarda” qısametrajlı bədii filmi Avstraliyada keçiriləcək beynəlxalq film festivalında ölkəmizi təmsil edəcək. Bu barədə APA-ya məlumat verən “Yeni Dalğa” Prodüser Mərkəzinin direktoru Rasim Həsənov bildirib ki, filmlər ilk öncə festivalın Qafqazdakı təşkilat komitəsinə göndəriləcək. Daha sonra sentyabrın 4-də filmlərin festivalda iştirakına icazə veriləcək. R. Həsənov onu da vurğulayıb ki, bu festivala vəsiqə qazanan filmlər CNN telekanalında nümayiş olunmaq imkanı əldə edəcək. Belə ki, artıq neçə illərdir keçirilən bu festivalda iştirak edən filmlər məhz həmin kanalda bütün dünya ictimaiyyəti üçün nümayiş etdirilir.
Qeyd edək ki, Anarın ssenarisi əsasında Ramiz Həsənoğlunun quruluş verdiyi “Cavid ömrü” filmi dövlət sifarişi ilə istehsal olunub. Filmdə Hüseyn Cavid rolunu Rasim Balayev, İblis rolunu Məmməd Səfa, Mircəfər Bağırovu Ramiz Novruz, Müşkünaz rolunu isə Dilarə Əliyeva canlandırıb. “Qrinviç meridianından kənarda” filminin rejissoru Yusif Quliyev, ssenari müəllifi isə Kamran Qasımovdur.






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (Hələ səs verilməyib)
    Loading ... Loading ...
Şərhlər

Bu yazı Çərşənbə Akşamı, Avqust 21st, 2007 tarixində 19:20 radələrində Xəbərlər bölməsində yazılıb. Yazını istədiyiniz saytda RSS 2.0 feed xidməti ilə paylaşa bilərisniz. Həmçinin aşağıdan yazıya şərh yaza bilərsiniz.

2 şərh var


  1. aishen aliyeva adlı istifadəçi, Avqust 21, 2007 tarixində, saat 23:22 yazıb:

    Sebrsizlikle “cavid omru” filmini gozleyirem. dovletin musteqil produser merkezine hevale etdiyi filmin ugurlu alinmasi Azerbaycanda produser merkezlerine etimadin artmasina sebeb olacaq.Ustelik bu filmlerin festivallarda yerlere latiq gorulmesine yalniz sevinmek olar. Her halda indiki halda kinomuzun geleceyine umid beslemeye deyer.
    Ugurlar


  2. aishen aliyeva adlı istifadəçi, Avqust 21, 2007 tarixində, saat 23:27 yazıb:

    qaldi ikinci filme inaniram ki “Kecid” filmi ile artiq oz sozunu demish Yusifin novbeti ekran eseri de maraqla qarshilanacaq. Memnuniyyetle filme baxmaq isterdim.

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: