“Azərbaycan telefilm” Yaradıcılıq Birliyində 2007-ci ilin tematik planına uyğun olaraq “Yorulmadım: Rövşən Behcət” və “Şamaxı abidələri” adlı sənədli televiziya filmlərinin istehsalı başa çatıb. “Azərbaycan Televiziya və Radio Veriıişləri” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tanınmış müğənni Rövşən Behcətin həyat və yaradıcılığına həsr olunan filmin çəkilişləri Bakı və Gəncədə aparılıb. Filmdə ilk dəfə olaraq Rövşən Behcətə aid olan kinoxronikadan da istifadə olunub. Ssenari müəllifləri Camal Yusifzadə və Miri Rzayev, quruluşçu rejissor Miri Rzayev olan hər iki film yaxın günlərdə Azərbaycan televiziyasında nümayiş etdiriləcək.
« Gürcüstanın ürəyinə tüpürdülər | Əsas səhifə | Nyu-Yorkdakı məşhur Tarix Muzeyində Azərbaycana həsr olunan daimi guşə yaradılacaq »




Bölmə: 








