Qaynar xəbər portalı

Kitab dünyası


GYBDünən Gürcüstan Yazıçılar Birliyi binasından çıxarılıb. Qurum XX əsrin əvvəllərindən burada, Tiflisin mərkəzindəki binada məskunlaşmışdı.İqtisadi İnkişaf Nazirliyinin qərarı ilə, həmin binada ofisi olan Gürcüstan Milli İstiqlal Partiyası da binadan çıxarılıb.
Dünən səhər 04.00 satalarında binanı patrul polisi mühaisrəyə alıb.
Çıxarılmanın qarşısını almaq üçün binada növbə çəkən 6 yazıçı oradan zorla çıxarılıb.
Səhər saat 07.00-də isə Yazıçılar Birliyinin üzvlərinə məxsus bütün əşyalar artıq küçədə qalaqlanmışdı.
“Onlar bütün Gürcüstanın ürəyinə tüpürdülər. İqtisadi İnkişaf Nazirliyinin qərarından şikayət vermişik. Məhkəmənin hökmünədək binadan çıxarılma prosesi dayandırılmalıdır”, - Yazıçılar Birliyinin sədri Makvala Qonaşvili bildirib.
Bir qədər əvvəl Gürcüstanın Ali Məhkəməsi binanın Yazıçılar Birliyinə məxsus olduğunu təsdiqləsə də, İqtisadi İnkişaf Nazirliyi bu qərara etiraz edərək, “bina dövlət mülkiyyətidir” deyib.
Xatırladaq ki, Tiflisin mərkəzindəki binanı yazıçı və şairlərə XX əsrin əvvəllərində gürcü xeyriyyəçisi David Saracaşvili hədiyyə etmişdi.






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (Hələ səs verilməyib)
    Loading ... Loading ...
Şərhlər

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: