Avq
23
700-dən çox iştirakçının qatıldığı Beynəlxalq Konqresdə
Dünən İstanbulda “Qlobal kənd” adlı sərgi açılıb. İstanbul Böyük Şəhər Bələdiyyə başçısı Kadir Topbaşın rəhbərliyi və Türkiyənin məşhur “Anadolu atəşi” qrupunun konserti ilə açılan Beynəlxalq Konqres çərçivəsində baş tutan sərgidə iştirakçılar öz ölkələrinin mədəniyyətləri haqqında məlumat veriblər (”OLAYLAR” İA). Qeyd edək ki, 21-30 avqust tarixləri arasında keçirilən konqres dünyanın ən böyük tələbə təşkilatı olan AİESEC tərəfindən təşkil olunub. Davamı…
Avq
23
İçərişəhərdə təntənəli tədbir düzənlənəcək
Şah İsmayıl Xətainin 520 illiyi münasibətilə keçiriləcək tədbirlər sırasına daha birisi əlavə olunub. Şəhərin müxtəlif mədəniyyət ocaqları ilə yanaşı, İçərişəhərin özündə də təntənəli tədbir keçirilməsi planlaşdırılıb. Davamı…
Avq
23
Avqustun sonunda mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin jurnalistlərlə görüşü planlaşdırılıb. Bu barədə “OLAYLAR”a nazirliyin mətbuat katibi İntiqam Hümbətov məlumat verib. Davamı…
Avq
23
Şahin Verdiyev: “Sənətkarlar üçün ikinci belə yer yoxdur”
Bakının mərkəzində yerləşən “Vahid” bağındakı “Vahid” Poeziya Evinin söküləcəyi deyilsə də, poeziya evinin direktoru Şahin Verdiyev söylənilənləri rədd edir. Ş.Verdiyev “OLAYLAR”a verdiyi açıqlamasında bu kimi xəbərlərin şayiədən savayı bir şey olmadığını deyib. Davamı…
Avq
23
Azərbaycanın təkcə torpağı deyil, mədəniyyəti, ədəbiyyatı da bölünmüş durumdadır. Bəlkə də bir çox problemlərimizin səbəbi heç bir mənada vahidləşə bilməməyimizdir. “Kultaz” olaraq bu yöndə də bəzi addımlar atmağı düşünürük. Bu gündən biz portalımızda güneyli soydaşlarımızın da mədəni həyatına, yardıcılıq nümunələrinə yer ayıracaq, heç olmasa internet üzərindən bir körpü atmağa çalışacağıq.
İlk olaraq sizlərə Təbrizdə yaşayan istedadlı şair Duman Ərdəmin “Özgürlük türküsü” kitabından bir neçə şeirini təqdim edirik. /Kultaz/ Davamı…
Avq
23
Tərlan Qorçuyev: «Bizdə bu teatr ola-ola niyə sayılan ölkələr sırasına düşməyək, Azərbaycanı bu sənətlə təbliğ etməyək?»
…Bu səhnə adi səhnələrdən tamamilə fərqlənir. Təkcə 1 metr eni olması ilə yox. Bu səhnənin oyunçuları da başqadır. Cəmi 25-30 santimetr boyları var. Canlı da deyillər. Amma elə hərəkət edirlər ki, baxan onların həqiqətən də kiçik aktyorlar olduğuna inanar. Onlar sadəcə olaraq kukladırlar. Həm də adi kuklalardan fərqlənən marionet kuklaları. Davamı…
Avq
23
rejissor Əlisəftər Hüseynov
Kino sənəti ilə poeziyanın əlaqələrinin parametrlərini dəqiq müəyyənləşdirmək üçün «poetik» kino, habelə nəzəri ədəbiyyatlarda çox vaxt «kinonun poeziyası» (poetiçnost kino) anlayışı ilə ifadə olunan «lirik kino» terminlərinə münasibətdə elmi-nəzəri dəqiqləşdirmələr aparmaq lazım gəlir. Məsələ burasındadır ki, elə indinin özündə də kinonun «poetik» və «qeyri-poetik» təsnifatı mübahisəlidir. Davamı…