700-dən çox iştirakçının qatıldığı Beynəlxalq Konqresdə
Dünən İstanbulda “Qlobal kənd” adlı sərgi açılıb. İstanbul Böyük Şəhər Bələdiyyə başçısı Kadir Topbaşın rəhbərliyi və Türkiyənin məşhur “Anadolu atəşi” qrupunun konserti ilə açılan Beynəlxalq Konqres çərçivəsində baş tutan sərgidə iştirakçılar öz ölkələrinin mədəniyyətləri haqqında məlumat veriblər (”OLAYLAR” İA). Qeyd edək ki, 21-30 avqust tarixləri arasında keçirilən konqres dünyanın ən böyük tələbə təşkilatı olan AİESEC tərəfindən təşkil olunub. Bu il Beynəlxalq Konqresdə 100 ölkədən 700-dən çox gənc iştirak edir. Tədbirdə əvvəlki illərdən fərqli olaraq Azərbaycanı 4 tələbə təmsil edib. Onlar sərgi zamanı milli geyimdə Azərbaycan tarixi, mədəniyyəti, musiqisi, milli mətbəxi haqqında ziyarətçilərə məlumat veriblər. Onu da deyək ki, Azərbaycan təmsilçiləri müxtəlif kanal və agentliklərə müsahibə veriblər.
« Şah İsmayıl Xətainin 520 illiyi keçiriləcək | Əsas səhifə | Kamal Abdullanın tamaşası eston teatrında »




Bölmə: 









Rasim adlı istifadəçi, Avqust 24, 2007 tarixində, saat 11:24 yazıb:
Fotolari vardi diger saytlarda. Sizde yoxdur?