Qaynar xəbər portalı

Kitab dünyası


“Çiçəyim” Uşaq Teatrı azyaşlı aktyorlar axtarışındadır. Bunu -ya açıqlamasında teatrın direktoru Rəna Kərimova deyib. R. Kərimova aktyor axtarışına teatrın 10 illik yubileyi qeyd edildikdən sonra başladıqlarını vurğulayıb: “Yubileyi qeyd etdikdən sonra teatrın gənc üzvləri yaşları ilə əlaqədar teatrı tərk etməli oldular. Ona görə də teatr 3 yaşından 18 yaşına kimi uşaqların axtarışındadır. İstedadı olan azyaşlıları teatrımızda gözləyirik”. Teatr rəhbərinin sözlərinə görə, kollektiv hələlik məzuniyyətdədir. Məhz aktyor çatışmazlığı üzündən mövsümün açılışının gec baş tutacağını deyən R. Kərimova mövsümün oktyabrda açılacağını vurğulayıb. Mövsüm teatrda yeni quruluşda hazırlanması nəzərdə tutulan “Tıq-tıq xanım” tamaşası ilə açılacaq.






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (Hələ səs verilməyib)
    Loading ... Loading ...
Şərhlər

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: