Almaniyalı fotoqraf Silvio Azərbaycanda səfərdədir. Bu barədə APA-ya Azərbaycan Rəssamlar İttifaqının katibi Ənvər Qarayev məlumat verib. O bildirib ki, ayın əvvəlindən ölkəmizdə səfərdə olan fotoqraf Azərbaycanın bütün bölgələrini gəzərək fotolar çəkib. Fotoqraf avqustun 31-də Almaniyaya geri dönəcək. Sentyabrın əvvəlində isə Silvio Azərbaycanda çəkdiyi fotolardan ibarət sərgi təşkil edəcək. Həmin sərgi Azərbaycana həsr olunacaq.
« Fikrət Qoca: “Yarımçıq qalan əsas işim xatirələrimi yazmaqdır” | Əsas səhifə | “Çiçəyim” Uşaq Teatrı azyaşlı aktyorlar axtarır »




Bölmə: 








