Milli və dünya ədəbiyyatı korifeylərinin əsərlərindən ibarət 150 cildlik nəşr olunacaq
Dövlət başçısı İlham Əliyev 150 cilddən ibarət “Dünya ədəbiyyatı kitabxanası”nın nəşr edilməsi barədə bu gün sərəncam imzalayıb. Sənəddə deyilir ki, bu zərurəti ölkə oxucularının milli və dünya ədəbiyyatına artan marağı, kitabsevərlərin şəxsi kitabxanalarının zənginləşdirilməsi məqsədi yaradıb. Sənəddə 150 cildliyin latın qrafikası və nəfis şəkildə çap edilməsi irəli sürülür.
Sənəddə 150 cildliyə milli və dünya ədəbiyyatının görkəmli klassiklərinin əsərlərinin daxil olacağı qeyd edilir.
Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri yerinə yetirmək üçün Mədəniyyət və Turizm Nazirliyinin, Milli Elmlər Akademiyasının, Yazıçılar Birliyinin tövsiyələrini nəzərə almaqla, təklifləri bir ay müddətinə dövlət başçısına təqdim etmək tapşırılır. Sərəncam imzalandığı gündən qüvvəyə minib.
TURAN
« “Çiçəyim” Uşaq Teatrı azyaşlı aktyorlar axtarır | Əsas səhifə | Cavanşir Quliyev : «Hər səhər vicdanını evdə qoysan, axşam çoxlu pulla qayıdarsan» »




Bölmə: 









elman adlı istifadəçi, Avqust 25, 2007 tarixində, saat 09:55 yazıb:
Adamın lap sevinməyi gəlir.