Qaynar xəbər portalı

Kitab dünyası


Rusiyalı alim Kiril Tomovun “Yaradıcı ittifaqlar: Sovet bəktəkarların professional təşkilatları, 1939-1953-ci illər” kitabında Stalin dövrünün məşhur bəstəkarları barədə yazarkən Qara Qarayevin də adı çəkilib.
APA-nın məlumatına görə, kitabda Q. Qarayev erməni bəstəkarı kimi qeyd olunub. Kitabın 249-cu səhifəsində Stalin mükafatı üzrə yaradıçı şuranın üzvlərini sadalayan müəllif Rusiyadan bəstəkar Şestakoviç, Ukraynadan opera müğənnisi Litvinenko-Veleqemount, Belorusdan opera müğənnisi Aleksandrovskaya, Ermənistandan isə Qara Qarayevin bu şuraya üzv olduğunu yazıb. İngiltərənin məşhur Britanika enseklopediyasında da Qara Qarayev bir daha erməni kimi təqdim olunub və onun tərcümeyi-halı bu cür verilib.
Bakı Musiqi Akademiyasının (BMA) rektoru, xalq artisti Fərhad Bədəlbəyli APA-ya açıqlamasında bütün bunların “savadsız və məlumatsız” insanlar tərəfindən yazıldığını deyib: “Bu onların savadsızlığıdır. Belə biabırçılığı ancaq savadsız insan yaza bilər. Biz buna mütləq sərt reaksiya verməliyik”.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə isə bunu bəstəkarın 90 illik yubileyi ərəfəsində çaxnaşma salmaq məqsədi daşıdığını deyib. Maraqlıdır ki, F. Əlizadə bu faktın çoxdan onlara məlum olduğunu da deyib: “ Bu siyasət çoxdan aparılır və rus ensiklopdeiyalarında təkcə Qara Qarayev haqqında deyil, Qarabağ barədə də tamamilə yanlış fikirlər söylənilir. Bütün bunlara müdaxilə etmək lazımdır. Qara Qarayev haqqında böyük məlumatlar var. Qara Qarayev Bakıda anadan olub, burada təhsil alıb. sonra Moskvaya gedib və yenidən Bakıya qayıdıb. Azərbaycan Dövlət Konservatoriyasının professoru olub və onun Azərbaycanda yüzlərlə tələbəsi olub. Qara Qarayevin Azərbaycan bəstəkarı olmasına necə şübhə eləmək olar”. F. Əlizadə də belə hallara qarşı mübarizə aparmağın vacibliyini bildirib: “Mən Almaniyanın “Müasir dünyanın musiqi tarixi” ensiklopediyasında Qara Qarayev haqqında böyük məqalə yazmışam. Belə hallara qarşı informasiya ilə mübarizə aparmaq lazımdır. Artıq bu internetə yayılıb və nəşr olunub. Biz bunu harada görürüksə müdaxilə edərək öz şərhlərimizi verib, düzgün məlumatları yayırıq. Qara Qarayev haqqında böyük bir sayt var. Orada onun haqqında bütün məlumatlar Azərbaycan, ingilis və rus dillərində yerləşdirilib. Məncə, bu məsələyə Mədəniyyət və Turizm Nazirliyi, həm də bəstəkarın oğlu Fərəc Qarayev də reaksiya verməlidir”.






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (1 səs, təxmini: 5 ilə 5)
    Loading ... Loading ...
Şərhlər

Bu yazı Cümə, Avqust 24th, 2007 tarixində 17:47 radələrində Xəbərlər bölməsində yazılıb. Yazını istədiyiniz saytda RSS 2.0 feed xidməti ilə paylaşa bilərisniz. Həmçinin aşağıdan yazıya şərh yaza bilərsiniz.

4 şərh var


  1. aishen aliyeva adlı istifadəçi, Avqust 25, 2007 tarixində, saat 22:52 yazıb:

    informasiya muharibesine bashlamaliyiq, bu shubhesizdi amma neyi gozleyirik bu melum deyil.


  2. kamil adlı istifadəçi, Avqust 26, 2007 tarixində, saat 00:44 yazıb:

    Ezizlerim bes siz ne dushunurduz?
    Meger biz Qara Qarayevi layiqince saxlayiriqmi? Ona hormet edirik mi? Onun yerini bilirikmi?

    Meselen, onun yeri Filarmoniyanin qarshisindadir.

    Neshsexor, gule-bulbule, yoldan oten camaatin arvad-ushagina sher de yox ey, meyxana duzub qoshan Vahidin evezine onun heykeli qoyulmalidir, heykelin etrafinda ise Qara Qarayev barede muxtelif dillerde buklet, melumat kitabcalari, CD ve DVD-lerden ibaret stendler olsa daha yaxshi olmazmi? filarmoniyanin arxa terefindeki fontandan ise onun eserlerinin seslenmesinin neyi pisdir? Insanlarimizin zovqu yaxshiya dogru deyishmezmi? Ne vaxta qeder Reqsaneler, Aygunler, Xumarlar, Qumarlar milletin zovqunu deqradasiya etmekle meshgul olacaqlar?
    Odur ki, men burada qeribe hec ne gormurem. Millet oz peshekarina (ne olsun ki o olub) qiymet vermeyende, onun eziyyetinin behresinden istifade etmeyende bashqalari ondan istifade edecek. Biz Qara Qarayeve sahib cixmishiqmi? Tam mesuliyyetle deyirem , YOX.
    eger bir muddet sonra ermeniler bashqa peshekarlari oz adlarina cixsalar hec de teecublenmeyin.

    Bize peshekar senetkarlar lazim deyil,
    Bize GOYDELENLER lazimdir

    Bize xaricde tehsil alanlar lazim deyil
    Bize tehsil haqqindan da baha olan MERMER dashlar lazimdir


  3. kamran adlı istifadəçi, Aprel 16, 2008 tarixində, saat 11:39 yazıb:

    ermenilere olum!!!!!!!!!!!!


  4. murad adlı istifadəçi, Oktyabr 26, 2008 tarixində, saat 20:31 yazıb:

    MENIM fikirimce bu soysuz xalq olan ermenilerin birinci seri deyil.ozlerinin incesenet xadimi olmadigina gore Azerbaycan xalqinin en gorkemli bestekarlarindan olan DAHI Qara QARAYEVIDE OZ ADLARINA cixartmaq istemisler .bu hec vaxd mumkun olmayacaq.Serefli AZERBAYCAN XALQI BUNA HEC VAXD ICAZE VERMEYECEK

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: