Tanınmış bəstəkar Sərdar Fərəcov artıq bir neçə ildir ki, şeir yazır. Onun verdiyi məlumata görə, toplu çap etdirmək istəyir: «Hələ musiqi yazana qədər mən şeir yazırdım. Davamı…

Avq
25
Avq
25
Cavanşir Quliyev : «Hər səhər vicdanını evdə qoysan, axşam çoxlu pulla qayıdarsan»
Bölmə: Musiqi | ≅ 2 şərh var
Fəaliyyətini Şimali Kipr Türk Cümhuriyyətində davam etdirən Cavanşir Quliyev Bakıda məzuniyyətdədir. Bəstəkarla görüş ərəfəsində öyrəndik ki, amerikalı pianoçu Alan Faynberq onun yeni əsərini Santafe şəhərində keçirilən ənənəvi kamera festivalında səsləndirib. Bundan başqa, bəstəkar bir neçə balet üzərində də işləyir. Hər iki respublikanın musiqisini müqayisə edən bəstəkar «TrendLife»a bunları dedi:
- Xalqlar bir-birinə yaxın olsa da, musiqilərimiz arasında fərqli cəhətlər çoxdur. Əsrlər boyu hər ölkənin musiqisi öz kökü üstündə inkişaf edib. Türkiyə bir imperiya olub. Bu imperiyadan doğan tələblər əsasında musiqi formalaşmağa başlayıb. Azərbaycan uzun əsərlər dövlət ola bilmədiyi üçün musiqisi saray səviyyəsində inkişaf edib. Ölkələrin musiqisi arasında oxşar cəhətləri yalnız Şərq ənənələri birləşdirir. Mənim fikrimcə, Azərbaycan musiqisi qonşu İrana daha yaxındır, nəinki Türkiyəyə. Yalnız aşıq sənətindən danışarkən türk musiqisi ilə oxşar cəhətlərin olduğunu söyləmək olar. Bunun da kökləri ozan sənətinə gedib çıxır. Amma xalq musiqiləri, muğam anlayışı Türkiyədə yoxdur. Ara-bir ona bənzər musiqilər ifa etməyə çalışırlar. Davamı…








