Tanınmış bəstəkar Sərdar Fərəcov artıq bir neçə ildir ki, şeir yazır. Onun verdiyi məlumata görə, toplu çap etdirmək istəyir: «Hələ musiqi yazana qədər mən şeir yazırdım. Bu haqda çox insan bilmir. Poeziya mənə musiqi ilə məşğul olmağa kömək edir. Bəzən tamaşalara təcili mahnı tələb olunur, məhz onda öz şeirlərimdən istifadə edirəm. 35 ildə yazdığım şeirlərdən ibarət kitab çap etdirmək istəyirəm». /Trend/
« Cavanşir Quliyev : «Hər səhər vicdanını evdə qoysan, axşam çoxlu pulla qayıdarsan» | Əsas səhifə | Lit.az portalı ehtiyacdan yarandı »




Bölmə: 








