Qaynar xəbər portalı

Cavid CəfərzadəCavid Cəfərzadə: “Əsas məqsədimiz odur ki, gənclər mütaliə etsinlər, Azərbaycan və dünya ədiblərini oxusunlar”

Xəbər verdiyimiz kimi, yaxınlarda Azərbaycan internet məkanında yeni bir ədəbi portal – Lit.az fəaliyyətə başlayıb. Portalın böyük perspektiv vəd etdiyini və artıq indidən maraqla qarşılandığını söyləmək olar.
Bəri başdan qeyd edək ki, portalın yaranması haqqında ilk xəbəri yayan da “Kultaz” oldu. Bu o deməkdir ki, biz həmkarlarımıza rəqib kimi yox, eyni yükün altına çiyin verən dostlar kimi yanaşdıq. Düşünürük ki, Azərbyacan ədəbiyyatının, mədəniyyətinin təbliği və yayılması kimi ağır, həm də entuziazm tələb edən bir işə qol qoyan hər kəsi alqışlamalı, dəstəkləməliyik.
Ortada isə bəzi suallar var: saytın yaradıcıları kimlərdir; onların ədəbiyyata baxışları necədir, daha hansı layihələr üzərində işləyirlər və s.
Suallarımızı portalın yaradıcılarından biri Cavid Cəfərzadəyə ünvanladıq. Davamı…