Qaynar xəbər portalı

Kitab dünyası


RəbiqəKöçürmə (təcrübi məşğələ)

Səni düşünmək şeir yazmaqdi –
ritmi gözləyək…

Mahnı dinləməkdi səsini eşitmək –
tonu qaldırma…

Görüşlərimiz tamaşadı –
nə faciədi, nə məzhəkə -
bizimki dram…

Xırda-para çəkişmələrimiz şou kimi –
reklama hesablanıb –
efir vaxtını uaztmayaq…

Nəsr məktublaşmalarımızdı –
burda bütün üslublar gözəl…

Amma mən çoxdandı
kino çəkmək istəyirəm…

Feminist şeirlər

1. E.xanıma
Gözəl qadin,
səni bü qədər alçaltmazdım
o alçaq olmasaydı…

2.

Nə qədər ki
yastığınin altında
telefon gizlədən kişilər var,
qadınlar xoşbəxt olmayacaqlar…

3.

Göbələk kimidir kişilər –
dadlısı, zəhərlisi var…
yoluxa da bilərsən –
incidib sonra da keçib gedəcək…
Ən yaxşısı, uazq durmaqdı.

Silsilə - E.K.

1. Sabahkı qrafik

Saat 12.00.
Qayığa minib gedəcəm.
Özümlə şərab götürəcəm,
bir qutu siqaret,
bir də ən yaxın dostunu…
İlk dəfə doyunca içəcəm şərabdan.
Tütün qoxuyacam.
Eşq elan edəcəm dostuna.
Bilirsən niyə?
O səni sevdiyimi daha yaşı bilir…

Saat 00.00.
Peşman olacam.
Söyəcəm özümü.
Ağlayacam durmadan.
Səhəri gözləyəcəm –
dostuna səndən danıçmaq üçün…

2. Kokteyl

Bir az sevgi uydurdum,
bir az nagıl
səni düşününcə.
Bilirsən –
qarışdırmağı sevirəm…
3. Etiraf

Aldatdım səni -
ağrımı gizlədib
“hər şey yaxşıdı” dedim.
Səni sevdiyim üçün deyil.
Məqsədim var –
Yalan danışmaq öyrənirəm…

4. İnad

Tərs kimi gecədi…
bürkü var…
ay da bütöv…
Darıxıram…
yadımdan çıxmırsan…
Amma mənim də tərsliyim tutub –
zəng etməyəcəm sənə….

5. Xahiş

Istəsən yalan danış,
oyun oyna,
sevmə…
Cəhənnəmə.
Amma lütfən,
bir də…
bir də belə -
heç bir şey söyləmədən getmə…

6. Məktəb

Övladlığa götürdüm səni…
əvvəl laylay oxudum
ucundan-qulağından…
indi əllərindən tutub yerimək öyrədirəm…
birinci yıxılacaqsan….
amma yadında qalacaq…
sonra danışmağı öyrədəcəm…
cümlələri sən quracaqsan,
həyatını mən…

Sevgi (S.M)

Bir dostum var,
yaxşı oğlandı.
Yağışlı-küləkli havada
düşürəm yadına.
Deyir ki, sevir…
Düz deyir…
Sevir
iqlim dəyişməsini…
Xəbərdarlıq

Mənə heç nə demə,
tüpürə biərəm hər şeyə -
rahatlığa, xoşbəxtliyə,
deyingən qonşulara, işə,
çoxdan unutduğum keçmişə.
Əvvəl-əvvəl maraqlı gələr,
doğma görünər,
sonra bezdirərəm tələblərimlə.
Məsələn –
hər gün görüşmək istəyərəm…
Mənə heç nə demə,
tüpürə biərəm hər şeyə…
Elə qısqanaram səni,
qapıların şüşəsi sınar.
Heç nə vecimə olmaz –
hardasa bir ürək yıxılar.

Tanıyırsan məni.
Heç nə demə…
Bilirsən necə amansızam,
Keçmərəm ən kişik səhvindən.
Xoşum gəlməz köynəyinin rəngindən –
qəfildən sərt danışaram hamının yanında…

Mənə heç nə demə…
Ağıla, nağıla, noğula aldanmaram –
hamının yanında öpərəm üzündən.
sənin üzündən
tüpürə bilərəm hər şeyə…
Gündüzə, gecəyə, səhərə nifrət edərəm
sən yanımda olmayınca…

Unutmayasan deyə
şəklimi qoyaram cibinə.
Tezdi-gecdi bilmərəm –
gecəyarı zəng gələr evinə.

Tüpürə bilərəm hər şeyə…
Nəyə? – niyə sayım –
məni tanıyırsan.
Özün anlayırsan…
Mənə heç nə demə…

Çərpələng

Üçurdun məni…
çox göyə qalxmağa
qoymadı külək…
Üzümə vurma,
səhvimi bilirəm -
yerə düşüb
ayagına
dolaşmayaydım gərək…

***
özündən sonra
xəyalına tapşır
məni tək qoymasın –
darıxıram

Ağıllı oğlan

Sevirəm dedim
sevindin
görüşək dedim
dedin yaxşı
kefsizəm dedim
susdun
ayrılaq dedim
razılaşdın…
anlamırsan
bu qədər anlayışlı
olmamalıydın…

***
yüngülləşmək üçün
dərdlərimi danışdım
dostlarımla
səni qəsdən unutdum -
paylaşmamaq üçün






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (8 səs, təxmini: 4 ilə 5)
    Loading ... Loading ...
Şərhlər

Bu yazı Bazar ertesi, Avqust 27th, 2007 tarixində 12:46 radələrində Ədəbiyyat bölməsində yazılıb. Yazını istədiyiniz saytda RSS 2.0 feed xidməti ilə paylaşa bilərisniz. Həmçinin aşağıdan yazıya şərh yaza bilərsiniz.

36 şərh var


  1. oxumayici adlı istifadəçi, Avqust 27, 2007 tarixində, saat 13:17 yazıb:

    Bu seirlerin yerine bura royadan musahibe alib qoysaydiz daha yaxshi olardi.


  2. aynure adlı istifadəçi, Avqust 27, 2007 tarixində, saat 14:24 yazıb:

    Once tebrik edirem, Rebiqe. Xeberdarliq seirin mohteshemdi. Bilirem ki ozunu yazirsan. nece varsan ele. Buna gore maraqlidir. hemishe de teze xarakterin cixir ortaya. En son seirin hani bes?


  3. S.M. adlı istifadəçi, Avqust 27, 2007 tarixində, saat 17:31 yazıb:

    Sen yaxsi sairesen! Amma bunlar menim neyime lazim!


  4. elminhesenli adlı istifadəçi, Avqust 27, 2007 tarixində, saat 23:33 yazıb:

    yaxshidi =)


  5. duman adlı istifadəçi, Avqust 28, 2007 tarixində, saat 14:55 yazıb:

    yaxshidi


  6. Ryabina adlı istifadəçi, Avqust 28, 2007 tarixində, saat 20:23 yazıb:

    Sonunda kino çəkmək istədiyin birinci şeirini çox sevmişəm…səninlə tanışlığımız da bu şeirdən sonra olmuşdu…Sənə uğurlar arzu edirəm, Rəbiqə…feminist şeirlərin bir qədər yumşaqdır…sən kişilərə zərbə endirə bilmirsən…ürəyin çox yuxadır bunun üçün-))
    Hər şey yaxşıdır əslidə…pisləri görmək istədiyimiz ana qədər…


  7. Urmu » Archive » ربیقه ناظیم قیزی ، شعرلر adlı istifadəçi, Avqust 28, 2007 tarixində, saat 22:26 yazıb:

    [...] kultaz.com/200… [...]


  8. Çılğın adlı istifadəçi, Avqust 30, 2007 tarixində, saat 00:04 yazıb:

    Eh Rebiqe, Rebiqe…
    Her defe oxuyandan sonra ureyim birteher olur. Besdi de, daha doze bilmirem axi:)))…
    Axir vaxtlar en seve-seve oxudugum wair Rebiqedir, Rebiqe, xeberin var? Coooox gozel yazirsan, uzuve de demiwem. Men ele forsluyam ki, ozumden bawqa hec kesi beyenmirem:))) Ama sene gelende “Coooox gozel yazir” deyirem.
    Sadece cox sag ol, opurem seni…
    Sisi


  9. Kulturist adlı istifadəçi, Avqust 30, 2007 tarixində, saat 00:37 yazıb:

    rəbiqənin yazdığları nağıldan başqa bir şey deyil


  10. karlione adlı istifadəçi, Avqust 30, 2007 tarixində, saat 00:47 yazıb:

    Rebiqe yaza bilen sairedir.Yeni seyirlerinde duygu var deye oxuyanda duygulanirsan yuxlamirsan.Maraqlidir ona gorede maraqlanirsan onun seyirleri ile.Get-gede daha yaxsi yazmagini arzulayiram.Zirve yox zirveye geden yoldaki maragi arzulayiram sene.Cunki zirveye geden yol maraqlidir.Zirve ozu menasizdi.Sag ol ugur seninle olsun.


  11. Seyidsasha adlı istifadəçi, Avqust 30, 2007 tarixində, saat 15:58 yazıb:

    Rebiqe, nooolar, yazma……


  12. Seyidsasha adlı istifadəçi, Avqust 30, 2007 tarixində, saat 16:00 yazıb:

    Yazeee, amma bura yerlesdirme…..


  13. rebiqe adlı istifadəçi, Avqust 30, 2007 tarixində, saat 16:05 yazıb:

    Seyidsasha, oxumaga ne chox muellif, niye bele ezab chekirsen axi meni oxuyub… adimi gorende sehifeni chevir, bitsin de…
    kiminse bu cur ezasb chekmesini gorende dozmurem axi…
    yazacam - ele senin acigina…


  14. elman adlı istifadəçi, Avqust 31, 2007 tarixində, saat 01:40 yazıb:

    Yazım daa…
    Sevənlər üçün əla materialdı.:)
    Bir az daha həyat qatmaq lazım. Daha işıqlı olmalı məncə şeirlər.


  15. perviz adlı istifadəçi, Avqust 31, 2007 tarixində, saat 17:30 yazıb:

    Rebiqeni tam tanidigimuchun mene surpriz olmadi. Sherlerinin ilk oxucularindan sayiliram. Rebiqede hetta sherlerinde bela insan olaraq zeifliyin tesdiq edir. Amma yaxshi yazir. Esas da odur.


  16. Seyidsasha adlı istifadəçi, Sentyabr 2, 2007 tarixində, saat 17:56 yazıb:

    Yazeee, amma seir yaz…


  17. Rəbiqə adlı istifadəçi, Sentyabr 2, 2007 tarixində, saat 20:30 yazıb:

    Seyidsasha, menim bloguma da yaz… Ora bosh qalir e… buralarda offtop eleyince, ora yaz… ozu de sene teshekkur borcluyam - xeyli reklam olunmusham sayende…


  18. Seyidsasha adlı istifadəçi, Sentyabr 6, 2007 tarixində, saat 05:20 yazıb:

    Bu seiri Rebiqe 1998-de mene unvanlamishdi..

    səndən incimişəm, gəl könlümü al,
    soruş: “ay küsəyən,nədən küsmüsən?”.
    üşüyən qəlbimə isti nəzər sal,
    bir az mehriban ol, bir az gülümsə…
    *********************************
    oduna yanmağa səbrim hardadı? -
    bir baxış, vəssəlam, külüm qalacaq.
    özün gəl, dərdləri, özün dayandır,
    gəlməsən, qəlbimi ölüm alacaq…

    Menim ise cavabim tebii ki, basqa cur olada bilmezdi…

    Səndən incimədim, könlün xoş olsun,
    İlham pərilərin sənə yar olsun,
    Qəlbin üşüsədə, canın sağ olsun,
    Ancaq şeriyyatdan getməlisən sən..
    ********************************
    Səbrin tükənməsin, gücünü saxla,
    Başqa bir sənətdə özünü yoxla,
    İstəsən quş saxla, göyərçin saxla,
    Ancaq şeriyyatda ruhun şad olsun..
    ********************************
    Vaxt vədə yetişib, susmalısan sən,
    Əlini qələmdən çəkməlisən sən,
    Ədəbi həyatdan getməlisən sən,
    Cəkil ki, izin də ərisin, solsun,
    İncimə Rəbiqə, başın sag olsun..


  19. Guler_miryahya adlı istifadəçi, Sentyabr 6, 2007 tarixində, saat 17:59 yazıb:

    :)))))))))))Ay da Seyid dogurdan ey ne yaxshi ki varsan hem Rebiqeni reklam edirsen hem de emelli bashli guldurursen.Eybi yox can uje gorurem alishiriq senin sherhlerine. Ele Rebiqe de.Deyesen axirda sen de yazmaqdan el cekesi olacaqsan:)))
    Amma dogurdan shubhelenirem ey Rebiqe,bu Seyidden.Vurulub bu sene.


  20. artyazar adlı istifadəçi, Sentyabr 30, 2007 tarixində, saat 19:43 yazıb:

    Rəbiqe (görəsən, adını düz yazdım), be üstümə az qala çığırıdın ki, mən feminist(kə) deyiləm, amma şeirlərindən bu kişi dünyaya qiyam sezilir…

    P.S. Heyif ki, öz duyğularını sevgiyə deyil, şerə çevirirsən…

    P.P.S. Rəqiqəni görmək istəyən http://www.artyazar.tk saytına gəlsin!!!


  21. Rəbiqə adlı istifadəçi, Sentyabr 30, 2007 tarixində, saat 20:48 yazıb:

    Art, deyesen, biz ciddi dalashacagiq axi… meni adimdan istifade edib oz saytini reklam edirsen, he?
    bes o PS nedi yazmisan?…

    Fursetden istifade edib butun sherhchilere chox sag ol deyirem sherhler uchun… bu sirada Qurban beyi ve digerlerini gormedim…
    Seyidsashaya ozel teshekkurler…


  22. Rəbiqə adlı istifadəçi, Sentyabr 30, 2007 tarixində, saat 22:20 yazıb:

    Adimi da yene tehrif elemisen sonda… duzelmirsen de…


  23. artyazar adlı istifadəçi, Oktyabr 1, 2007 tarixində, saat 11:52 yazıb:

    Rə, doqrudan da bu şeri sən kopyuterə almısan?

    Çərpələng

    Üçurdun məni…
    çox göyə qalxmağa
    qoymadı külək…
    Üzümə vurma,
    səhvimi bilirəm -
    yerə düşüb
    ayagına
    dolaşmayaydım gərək…

    ***
    özündən sonra
    xəyalına tapşır
    məni tək qoymasın –
    darıxıram…

    P.P.S. Rəqiqəni görmək istəyən http://www.artyazar.tk saytına gəlsin!!!


  24. Rebiqe adlı istifadəçi, Oktyabr 1, 2007 tarixində, saat 14:36 yazıb:

    Art-yazar, sualini anlamadim… adimi da tehrif eleme///


  25. artyazar adlı istifadəçi, Oktyabr 1, 2007 tarixində, saat 17:27 yazıb:

    Məncə, sənə əla ad tapmışam: qısa və sadə - Rə!

    Şairəciyəz, şerə ciddi sənət növü kimi baxmasam da, duyğuların fantanı, bəzən isə vulkanı olaraq özünürealizə formasıdır deyənə, yanılıb fikir işlətdim də (YƏNİ BİR ÇOXLARINDAN XOŞUM GƏLDİ): gərək indi baş-gözümü aparasan…

    RƏ, əl çək yaxamdan!!!


  26. Rebiqe adlı istifadəçi, Oktyabr 2, 2007 tarixində, saat 11:23 yazıb:

    Ay, oldu…


  27. artyazar adlı istifadəçi, Oktyabr 2, 2007 tarixində, saat 13:30 yazıb:

    Salam, Rə!
    Necəsən, mənim kefimi bilmək istəsən sağ və salamatam və bir olan Allahdan diləyirəm ki, səni də oz qanadları altında saxlasın…

    Senin azeriblogdakı saytında yerləşdirilən şəkli orjinallaşdır!

    Mənim aşağıdakı saytlarıma keçid qoy:

    http://www.artyazar.tk
    http://www.virtualroman.tk
    http://www.xariciedebiyyat.tk
    http://www.azeriedebiyyat.tk

    və s. və i.a.

    Ki, saytın rəngarəng alınsın. Qarşılıqlı olaraq mən də özümün yardım əlimi sənə tərəf uzadaram…

    Seeyidsaşa-ya de ki, sənin yaradıcılığına yönəli sevgisini kobudluğa çevirməsin…

    P.S. Voobşe-to, məni uşaqlığda və indinin özündə də - keçmiş sevgililərim - AYI çağırılar, komplekstuluğu!!!
    A.X.


  28. ZUZU adlı istifadəçi, Oktyabr 4, 2007 tarixində, saat 12:15 yazıb:

    yaxsi serlerdi.


  29. Rəbiqə adlı istifadəçi, Oktyabr 6, 2007 tarixində, saat 00:18 yazıb:

    azyazar.com-a baxin


  30. Karlione adlı istifadəçi, Oktyabr 7, 2007 tarixində, saat 02:22 yazıb:

    agilli oglan serinden xosum gelir.Bu derecede agilliliq sadece kut beyinlikdir muasir dilimizde desek lomluqdur.Maraqli serdir.Ugurlar sene dost.Hormetle:Xac atasi


  31. seyidsasha adlı istifadəçi, Oktyabr 7, 2007 tarixində, saat 02:42 yazıb:

    Rebiqe, salamatciliqdirmi..?


  32. Rəbiqə adlı istifadəçi, Oktyabr 14, 2007 tarixində, saat 00:51 yazıb:

    http://www.bizimki.org-a baxin - eger isteseniz tebii…


  33. Stilyaga adlı istifadəçi, May 1, 2008 tarixində, saat 14:47 yazıb:

    Baxdim ki, bu seirler en cox oxunub, dedim qoy men de dadina baxim. Rebiqeni coxdan taniyirdim, onun bele urek ve soz ve istedad sahibi oldugunu bilmirdim.
    Demek tanimamisam!!!
    Sene ugurlar arzulayiram!


  34. tofig adlı istifadəçi, May 26, 2008 tarixində, saat 10:24 yazıb:

    bu seirler hagginda edalet gezetinde cikan yazi neden burada yoxdur


  35. Rebiqe adlı istifadəçi, May 26, 2008 tarixində, saat 11:17 yazıb:

    Menim sheirlerim barede Edaletde kim ve ne yazib ki? Maraqlidi…


  36. Bilal adlı istifadəçi, İyun 4, 2008 tarixində, saat 14:03 yazıb:

    Sadedirler.
    Esl şeir bele olar

    Vüsal Coşqun

    Belke de.
    Bir yarın sehrine düşüb qalmışam,
    Mecnuntek dünyaya haray salmışam.
    Belke ele men de Mecnun olmuşam?
    Belke de.

    Sanki bu dünyaya bir atılmışıq,
    Birge terk edilmiş, bir atılmışıq.
    Belke bir betnde yaradılmışıq?
    Belke de.

    Öz qelbim özümü ona sesleyir,
    Xeyalım gözümü ona sesleyir.
    Belke qelbim nese demek isteyir?
    Belke de.

    O yar içimdeki en xoş arzudur,
    Bir yağış damlası, bir içim sudur.
    Belke sevgilerin sonuncusudur?
    Belke de.

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: