Qaynar xəbər portalı

Kitab dünyası


RuslanaBu il sentyabrın 2-də Ukraynanın xalq artisti və deputatı Ruslana və “Qabriell” latın qrupunun “Amburan” istirahət mərkəzində keçiriləcəyi konsertlərin biletlərinin 50%-i satılıb.
Bu barədə APA-ya konsertin təşkilatçısı olan “S.A.Organization”un nümayəndəsi Möhtərəm Öz məlumat verib. Onun sözlərinə görə, biletlərin satışı normal gedir və əsasən VİP yerlər üçün biletlər satılıb. Sənətçinin sentyabrın 1-də axşam saatlarında Bakıya gələcəyini deyən M.Öz, səfər zamanı Ruslananın nazirlərdən biri ilə görüşəcəyini də deyib: “Həmin nazirin kim olacağı hələ dəqiqləşməyib. Ancaq parlament deputatı kimi onun konserti günü dövlət adamları ilə görüş keçirəcəyini bilirik. Eyni zamanda Ruslana İctimai Televizyaya “Evrovishion”un qalibi kimi bir sıra məsləhətlərini də verəcək. Ruslana Bakıya 13 nəfərlik heyətlə gələcək. Həmin heyətdə onun rəqqasları və musiqiçiləri təmsil olunacaq”. M.Özün sözlərinə görə, konsert zamanı istifadə olunacaq texniki və səs avadanlıqlarını sənətçi özü ilə gətirməyəcək. Həmin konsertdə Ruslananın ifa edəcəyi mahnıların 90% yeni variantda səslənəcək: “Bu mahnılar onun repertuarında yer alan mahnılardır. Ancaq bu konsertdə həmin mahnılar tam yeni variantda səslənəcək. Konsert zamanı Ruslananın müşayiətçiləri arasında Natiq Şirinovun rəhbərlik etdiyi “Natiq” Rist Qrupu da olacaq”. Sentyabrın 3-də səhər saatlarında isə Ruslana vətəninə qayıdacaq.
Qeyd edək ki, konsertin qiymətləri VİP yerlər üçün 180 manat, digər yerlər üçün isə 100-140 manat arasında dəyişir.
Konsertin informasiya dəstəyi APA İnformasiya Agentliyinə məxsusdur.






Yazıya səs verin
  • 1 səs2 səs3 səs4 səs5 səs (Hələ səs verilməyib)
    Loading ... Loading ...
Şərhlər

Bu yazı Çərşənbə Akşamı, Avqust 28th, 2007 tarixində 19:04 radələrində Xəbərlər bölməsində yazılıb. Yazını istədiyiniz saytda RSS 2.0 feed xidməti ilə paylaşa bilərisniz. Həmçinin aşağıdan yazıya şərh yaza bilərsiniz.

2 şərh var


  1. Novarg adlı istifadəçi, Avqust 30, 2007 tarixində, saat 17:32 yazıb:

    Mence konserte bilet almaga imkani olmayan zehmetkeshleri ellerinde gul-chichek hava limanindan shehere qeder yollarin kenarina duzek… Hech olmasa bir ishe yarasinlar…


  2. rebiqe adlı istifadəçi, Avqust 30, 2007 tarixində, saat 18:26 yazıb:

    Ruislanaya menim de simpatiyam var.. Vehshi reqse gore de, en chetin anlarda Ukraynada movqe sergileye bildiyene gore de…
    Numune goturmeli chox shey var bizimkilere…

Adınız (vacibdir)

E-mailiniz (vacibdir)

Saytınız

Şərhiniz: